Son dəqiqə
29-09-2021, 17:54
2457

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb


Sentyabrın 29-da Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən XəbərTv.info-ya verilən məlumata görə, Azərbaycan parlamentinin rəhbərini səmimiyyətlə salamlayan Prezident Tokayev dost və qardaş ölkələr olan Qazaxıstan və Azərbaycan arasında münasibətlərin yüksək səviyyəsindən razılığını bildirib. Ölkə başçısı Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfər münasibətilə təbriklərini çatdıraraq qeyd edib ki, qədim tarixə malik münasibətlərimiz dövlətlərimiz müstəqillik qazandıqdan sonra daha da inkişaf edib. Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev tərəfindən inkişaf etdirilən bu münasibətlər hazırda Azərbaycanın və Qazaxıstanın dövlət başçıları tərəfindən uğurla davam etdirilir. Prezident Kasım-Jomart Tokayev onun salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.



Səmimi görüş üçün minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin salamlarını Qazaxıstanın dövlət başçısına çatdırıb. Bildirib ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra Azərbaycan və Qazaxıstan arasında münasibətlər tamamilə yeni səviyyəyə yüksəlib. Sevindirici haldır ki, gələn il biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik.

Parlamentlərimiz arasında əlaqələr haqqında məlumat verən Milli Məclisin sədri vurğulayıb ki, ikitərəfli münasibətlərimiz qanunverici orqanlar səviyyəsində də yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları mövcuddur və deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında mütəmadi görüşlərin keçirilməsi ikitərəfli əlaqələrin inkişafına töhfə verir. Spiker xüsusilə TÜRKPA çərçivəsində əməkdaşlığın əhəmiyyətindən danışıb.



Sonra Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın dövlət başçısına Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər və regionda yeni yaranmış şərait haqqında geniş məlumat verib. Bildirib ki, 2020-ci ildə Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edib. Qarabağ münaqişəsinin artıq tarixə çevrildiyini deyən Milli Məclisin sədri bildirib ki, hazırda Azərbaycan azad edilmiş ərazilərində bərpa-quruculuq işləri həyata keçirir. Spiker həmçinin xatırladıb ki, Ermənistan işğal dövründə şəhər və rayonlarımızı, kəndlərimizi, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri vəhşicəsinə dağıdıb. Sədr Qazaxıstan nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Şuşa və Füzuli rayonlarına səfər etdiyini, Ermənistan tərəfindən törədilən vandalizmi öz gözləri ilə gördüyünü bildirib.
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı siyasəti barədə danışan Milli Məclisin sədri Xocalı soyqırımının 30 illiyi ərəfəsində Qazaxıstan parlamentinin də bu məsələyə münasibət bildirməsi istəyini ifadə edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Əgər iş həkimlərin insafına qalarsa... - “Artıq evimdə satmağa heç nə qalmayıb”
Baba Rzayev buraları elə günə qoyub ki...
Mehriban Əliyeva Xalq artistinin müalicəsini öz üzərinə götürdü
Səfər Mehdiyev xalqı öz gömrüyündən utandırır - qəddarlıq, işgəncə, monopoliya...
İlham Əliyev Təhsil Nazirliyinə 7 milyon manat ayırdı
Şuşan Stepanyan istefa verdi
Bakıda iki bacını avtomobil vurdu
İlham Əliyev Ərdoğanla telefonla danışdı
Prezident: “Onların dərsini verməsək, Moskvaya danışıqlara qaçardımı?”
“Ermənistana silah göndərən bütün ölkələri…” – Əliyevdən sərt xəbərdarlıq
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
Erməni cütlüklərin “silaha sarılma” təbliğatı - Şərh
Bakıda qadın və uşaq sığınacağına hücum olub, xəsarət alanlar var
Nizami rayonunda park kimlər tərəfindən işğal olunub? -
Putin Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha bəyan etdi
Sumqayıtda sexdən 31 ton metal oğurlanıb
Rusiya XİN: "Beş rayonun qaytarılmasının tərəfdarıyıq"
Gəncədə qadın əri tərəfindən yandırıldı - VİDEO
“Hər gün 100 cəsəd göndərin, ailələrinə bu barədə məlumat verməyin” - Ermənilərin yazışması ələ keçirildi
"Bu şəhərdə" Mir Şahini belə parodiya etdi — VİDEO
Elçin Əliyevin anası Rövşən Əkbərovun həbsindən danışdı
Ərəb şeyxinə ərə gedən azərbaycanlı gimnast "İnstaqram" vasitəsilə kömək istədi - FOTO
Düşmənin çox sayda canlı qüvvə və texnikası məhv edildi - SİYAHI
Ağdamda “Park Forest Otel Ağdam” otelinin təməl qoyma mərasimi
Baş infeksionist: “İki doza vaksindən 10 gün sonra temperaturun olması peyvəndlə bağlı deyil”
“Vilyam Hacıyev ailəsi ilə kirayədə qalır” - İH-dən açıqlama
Cəlilabad rayon icra başçısı Namiq Zeynalov rüşvət alarkən saxlanıldı
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik etdi
Bakıda 120 mindən çox bina söküləcək
Laçın Məmmədovu güllələyən "Lotu Quli"nin adamı saxlanıldı — VİDEO
{sape_links}{sape_article}