Son dəqiqə
Ölkə
12-10-2021, 16:26
2321
Zığda fəhlələrin üzərinə metal konstruksiya çökdü

Xətai rayonu, Zığ kəndində tikinti işləri zamanı baş verən qəza nəticəsində fəhlələr xəsarət alıb. XəbərTv.info-nun məlumatına görə, işçilərin üzərinə metal konstruksiya çöküb.
Qeyd olunur ki, 3 yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, qalanlarına isə tibbi yardım yerindəcə göstərilib.
Faktla bağlı araşdırma aparılır.