Son dəqiqə
18-10-2021, 16:35
2751

Suraxanı məhkəməsində çəkişmə: valideyin “SABIS SUN” məktəbinə qarşı iddia qaldırdı

Suraxanı məhkəməsində çəkişmə: valideyin “SABIS SUN” məktəbinə qarşı iddia qaldırdı


Bir neçə gün əvvəl, oktyabrın 13-də Suraxanı rayon məhkəməsində hakim Anar Qasımovun sədrliyi ilə “SABIS SUN” özəl məktəbinə qarşı qaldırılmış iddiaya baxılıb. İddiaçı qismində övladı həmin məktəbdə oxuyan valideyin Eldar Dadaşov çıxış edir. Xatırladaq ki, “SABIS SUN” məktəbi “Azərsun Holding”in tərkibinə daxildir.

İddia ərizəsinə əsasən məktəb istehlakçıların hüquqlarına, dövlət dilinə və uşaqların hüquqlarının müdafiəsinə dair qanunvericiliyin bir neçə bəndini pozub. Valideyin bildirir ki, həmin məktəblə bağlı valideyinlərin çoxu şikayətçidir, amma onlardan heç də hamısı məhkəməyə müraciət etmək istəmir, çəkinirlər.



Məktəbə qarşı iddia qaldırmağa cəsarət edən Eldar Dadaşov bir neçə il ABŞ-da yaşayıb, Florida ştatında notarius işləyib və peşəkar hüquqşünasdır. Hazırda o, Azərbaycanda yaşayır, sahibkarlıqla məşğuldur və iri şirkətlərdən birinin rəhbəridir.

O, iddiasında göstərir ki, təhsil müəssisəsi valideyinlərə qrammatik səhvlərlə dolu müqavilə mətni təqdim edir, üstəlik həmin səhvləri düzəltmək istəmir. Məktəb ancaq beş ay sonra dövlət dili haqqında qanunu pozduğunu dərk edib və səhvləri düzəltməyə razılaşıb. Və bu məqam məhkəmədə təəcüb yaradıb.

Bundan əlavə, illik təhsil haqqı 12 min manat olan bu məktəb təqdim etdiyi xidmətlərin və tədris olunan fənlərin siyahısını müqavilədə əks etdirməyib. Bu isə Eldar Dadaşovun bildirdiyi kimi, istehlakçıların hüquqlarının pozulmasıdır. İqtisadiyyat Nazirliyi yanında istehlakçıların hüquqlarının qorunmasına nəzarət və antiinhisar Dövlət Xidməti iş üzrə səlahiyyətli şəxs qismində çıxış edərək iddiaçının bu tələbini tamamilə haqlı sayıb.

Məhkəmənin gedişində iddia ərizəsində göstərilmiş bu qanun pozuntuları ilə yanaşı məktəbin direktoru Bahadur Yeltekinin özbaşınalığı, dövlət dilinə hörmətsizlik etməsi, azyaşlı uşaq və valideyinlərlə nalayiq davranışları da üzə çıxıb.


Bahadır Yeltekin

İddiaçının bildirdiyinə görə direktor özünün şəxsi prinsiplərinə görə (başqa səbəb tapmaq çətindir) ödənişli təsil xidmətlərinin göstərilməsi ilə bağlı müqaviləyə zidd şəkildə, şağird və valideyinin hüquqlarını məhdudlaşdırmaq məqsədi ilə təyziqlər göstərib, qanunsuz göstərişlər verib. Bu haqda sübutlar məhkəməyə təqdim olunub və Bahadır Yeltekinin barəsində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi ilə artıq məhkəmə məşğuldur. Belə ki, 2-ci sinif şagirdinin faktiki olaraq dərslərdən qanunsuz kənarlaşdırılması, valideyinin uşağın təhsil almaq hüququnun məhdudlaşdırılacağı (yəni məktəbdən xaric olunacağı) ilə hədələnməsi, ona müqavilənin imzalanması üçün təziq göstərilməsi müəyyən edilib.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasında təqdim olunan sübutlara və tərəflərin çıxışları əsaslanaraq bildirib ki, məktəb direktoru Bahadır Yeltekinin qanunsuz göstərişləri əsasında şagirdin tədris ilinin ortasında məktəbdən kənarlaşdırması uşaqların təhsil almaq hüququnun pozulması kimi təsbit olunur.

Lakin direktor Bahadır Yeltekin həm də istehlakçılarında hüquqlarını pozur. Belə ki, istehlakçının (valideyinin) xahişi və qanunun tələbi ilə məktəbin təqdim etdiyi xidmətlərə dair müvafiq bəndlər müqaviləyə əlavə olunmayıb. Bunu məhkəmədəki çıxışında üçüncü şəxs qismində cəlb olunan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Dövlət Nəzarəti Xidmətinin nümayəndəsi də təsdiqləyib.

Qanuna əsasən istənilən xidmət alarkən (indiki halda valideyin ödənişli təhsil xidmətlərini məktəbdən alır) sifarişçi müqavilədə ödədiyi məbləğin müqabilində göstəriləcək xidmətlərin açıqlamasını, həcmini və bütün zəruri məlumatların əks olunmasını tələb etmək hüququ vardır.

Bu məhkəmə çəkişməsi ilə bağlı Azad İstehlakçılar Birliyi də öz mövqeyini bildirib. Sitat: “Azad İstehlakçılar Birliyi olaraq, “SABIS Sun Beynəlxalq Məktəbi” -nin direktoru Bahadir Yeltekenin hərəkətlərini qəti şəkildə qınayırıq, onun verdiyi qərar və tapşırıqlarını qanunsuz hesab edirik. Xarici vətəndaşın Azərbaycanda məhşur təhsil ocağına rəhbərlik etməsinə şərait yaradılırsa, Azərbaycan qanunvericiliyinə, Azərbaycan vətəndaşına və onun hüquqlarına, Dövlət dilinə hörmət etməyə borcludur.



İndiki halda Bahadır Yeltekinin hərəkətləri “Azərsun Holding”in prezidenti Abdolbori Gozalın şirkətin internet saytında yerləşdirilmiş bu devizinə də ziddir: “Müştərilərimizin ehtiyac və istəklərini müəyyənləşdirərək istədiklərindən daha keyfiyyətli məhsul və xidmət təqdim etmək təməl hədəfimizdir”.

İddiaçı sual edir: bəs cənab Gozaılın onun şirkətinə aid olan məktəbin direktorunun fəaliyyətinin bu hədəflərə uyğun gəlmədiyindən xəbəri varmı?

İş üzrə növbəti məhkəmə iclası oktyabrın 21-nə təyin olunub./virtualaz.org/

XəbərTv.info

Digər xəbərlər

Azərbaycanda devalvasiya gözlənilir?
Bayram günlərində avtomobillərin texniki baxışı necə təşkil olunacaq? (AÇIQLAMA)
BNA: 1 400-dən çox avtobusda şəffaf arakəsmələr quraşdırılıb
Õtən il bu qədər tələbə vəfat edib
Azərbaycanda 4 uşaq anası özünü öldürdü
5 deqiqəyə gözəl salat resepti
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi
Holand rekorda bir addım qaldı
Barəsində cinayət işi açılan şəxs “Azərişıq”dan 766 min manatı necə alıb? — FOTOFAKT
Azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün BMT Azərbaycana 1 milyon dollar ayırıb
Masallı rayon Mərkəzi xəstəxanasının sabiq direktorunun məhkəməsi başlayır
İlham Əliyev: “Biz heç vaxt mülki əhalini vurmayacağıq, biz erməni deyilik”
Sabirabadın icra başçısının ev hədiyyə etdiyi xanım kimdir?
Bu ölkədə boş evin kilidini qırıb yerləşmək cinayət DEYİL
Ərdoğan Azərbaycana gəlir: Səfər proqramı açıqlandı
Müdafiə Nazirliyinin 2 yüksəkvəzifəli şəxsi vəzifəsindən azad edildi
Prezident İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini qəbul edib
Tofiq Yaqubluya hökm oxundu
Texas sahillərində iki barja və tanker toqquşub, neft sızması baş verib
Umayra Tağıyeva: “Fevralın 24-də bu qışın ən soyuq günü gözlənilir”
Paris Olimpiadasında hansı ölkənin medalı çoxdur? - SİYAHI
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir
Mikayil Cabbarov bizi küçələrdə qoyub! -
Yeni qanun: Qadınlar təca  ? Tarih:GÜçünü öldürsə də, cəza almayacaq
Trampı zəhərləməyə cəhd etdilər
Bu da İqbal Məmmədovun sərvəti... - SİYAHI
Azərbaycan ordusu cəbhənin Xocavənd istiqamətində üstünlüyünü artırır
Saç salonunun rəhbəri jurnalist vəsiqəsiylə saxlanıldı - Foto
Milli Məclis Sədrinin köməkçisi vəzifəsindən azad olunub
Xoşqədəmin verilişi bağlandı