Son dəqiqə
Şou / Mədəniyyət
21-10-2021, 07:34
454
"Eurovision-2022" müsabiqəsində iştirak edəcək ölkələr müəyyən oldu
“Eurovision–2022” beynəlxalq mahnı müsabiqəsində 41 ölkənin yarışmada iştirakı artıq təsdiqlənib.
Bu barədə yarışmanın mətbuat xidməti məlumat yayıb. Gələn ilin may ayında Turin şəhərində keçiriləcək 66-cı "Eurovision" mahnı müsabiqəsində Azərbaycan, Rusiya, Avstraliya, Avstriya, Norveç, Ukrayna, Böyük Britaniya, İspaniya, İtaliya, Yunanıstan, Fransa, Almaniya, Ermənistan və başqa ölkələr iştirak edəcəklər. “Eurovision 2022”nin yarımfinalları mayın 10 və 12-də, finalı isə mayın 14-də keçiriləcək.
XəbərTv.info