Son dəqiqə
27-10-2021, 17:17
345

Rövşən Əkbərovun cəzası elan edildi

Rövşən Əkbərovun cəzası elan edildi


Bakı Hərbi Məhkəməsində 20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən, sabiq birlik komandiri general-leytenant Rövşən Əkbərova hökm oxunub.

Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə R.Əkbərovun vəkili Rüstəm Zülfüqarov çıxış edərək müvəkkilinin cinayəti törətdiyinə dair sübut olmadığı üçün üçün ona bəraət verilməsini istəyib: “Rövşən Əkbərov hadisə günü ailəsi ilə birlikdə evdə olduğunu deyir. Amma istintaq orqanı onun ailə üzvlərini şahid kimi dindirməyib. Bundan başqa Rövşən Əkbərova məxsus avtomobilin hadisə günü “Sikora” kafesinin qarşısında olmasına dair ittiham tərəfinin heç bir sübutu yoxdur. Şahid ifadələrində ona məxsus xidməti avtomobilin cinayət günü Kiyevdəki Azərbaycan səfirliyinin həyətində olduğu göstərilib. Hadisənin yeganə şahidi Məzahir Şıxəliyev 3 gün polis bölməsində saxlanılıb və bu müddətdə Rövşən Əkbərovun adını çəkməyib. Lakin Nazim İbrahimov Kiyevə gələndən sonra qəribədir ki, Rövşən Əkbərovun adı cinayətdə hallanmağa başlayıb”.

Daha sonra Rövşən Əkbərov son sözlə çıxış edib: “Mən hadisə günü o kafedə, ümumiyyətlə, olmamışam. Həmin axşamı evdə ailə üzvlərimlə keçirmişəm. Səhəri günü tezdən mənə zəng olunub ki, Elçin Əliyevi öldürüblər. Hadisə günü orada olduğu deyilən Məzahir Şıxəliyevi həyatım boyu görməmişəm, tanımıram. Mənə bəraət verilməsini xahiş edirəm”.

Daha sonra hakimlər hökmü elan etmək üçün müşavirəyə çıxıblar.

Hökmə əsasən, R.Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib. O, dəymiş mənəvi ziyana görə zərərçəkən tərəfə 40 min 10 manat təzminat ödəməlidir.

R. Əkbərovun hərbi rütbəsi və fəxri adlarının alınması zəruri hesab edilməyib.

İttihama görə, Rövşən Əkbərov 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhərində “Sikora” kafesinin yaxınlığında Elçin Əliyevlə aralarında yaranmış münaqişə səbəbindən onu hərbi xəncərlə vuraraq öldürüb.

XəbərTv.info

Digər xəbərlər

Parlamentdə bir sıra qanun layihələri ikinci oxunuşda qəbul edilib
Sergey Lavrov Bakıda, İlham Əliyevlə görüşdə
Millimiz UEFA Millətlər Liqasında son oyununa çıxıb
Yoluxanlarla bağlı bu günə olan statistika
Salyanda azyaşlı kanala düşərək boğuldu
Bakıda avtomobil evakuatorla toqquşdu
Ordumuz işğaldan azad edilmiş ərazidə Azərbaycan Bayrağını sancdı - VİDEO
İcra başçısı karantin qaydalarını pozaraq, içki məclisi təşkil etdi - VİDEO
Düşmənin kəşfiyyat-diversiya qrupu belə məhv edildi - Video
Neftçilər xəstəxanasında " Növbəti qurban O oldu."- Ramina Eyvazqızınln acı fəryadı...
İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul etdi
Mingəçevirdə ana və uşaqlarını maşın vurdu
Beynəlxalq karate yarışı Heydər Əliyev Mərkəzində keçiriləcək -
Cavid Qurbanovun ÇƏTİN DÖNƏMİ BAŞLAYIR...
Prezident: "Sizin onlardan xoşunuz gəlirsə, verin Marsel şəhərini, onlara orada ikinci dövlət yaradın"
Prezident Natiq Qarayevlə bağlı sərəncam imzaladı
Direktorların işə qəbulu üzrə imtahanlar başlayır
Ağdamdakı Birgə Monitorinq Mərkəzindən reportaj - VİDEO
Azərbaycanda ötən ay 12 nəfər dərmandan zəhərlənib
İlham Əliyev ABŞ prezidentinin müşaviri ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi
Eldəniz Quliyev Milli Şuradan istefa verdi
Ceyhun Bayramov xarici işlər naziri oldu
“Digər icra başçıları rüşvət almağa davam edirlər”
Yoluxanların sayı 1000-dən aşağı düşdü
Əli İnsanov iqtidar dairələri ilə anlaşıb?
Sahil Babayev, bu ailənin pulunu kəsmək nə qədər ADİLDİR? -  VIDEO
Daha bir xəstəxananın şöbə müdiri saxlanıldı - Rüşvətə görə
Bu qidalar xərçəngə gedən yoldur.
Arnold Şvartseneqqer qəzaya düşdü -
Erməni tankının Şuşada Azərbaycan Ordusu tərəfindən məhv edilmə anı - VİDEO
{sape_links}{sape_article}