Son dəqiqə
26-11-2021, 20:14
946

Ölüm səbəbi sirr olaraq qalan məşhurlar

Ölüm səbəbi sirr olaraq qalan məşhurlar


Onore de Balzak

Fransız ədəbiyyatının ən tanınmış siması Onore de Balzak əsl “qəhvə xəstəsi” imiş. O, gün ərzində 50 fincana yaxın qəhvə içirmiş. Hələ bu azmış kimi yazıçı iri qəhvə dənələrini üzünü belə turşutmadan rahatlıqla çeynəyirmiş. Qəhvə dahi yazıçıya əsərlərini yazmaq üçün ayıq qalmağa kömək edirmiş. Ancaq bu vərdiş yazıçının sağlamlığına təsirsiz ötüşməyib. Balzak yüksək qan təzyiqindən, ürəkdə və qarnında ağrılardan əziyyət çəkirmiş və yazıçının qəhvənin tərkibindəki kofeindən zəhərlənərək öldüyü güman olunur.

Silviya Plat

Ölümündən əvvəl ağır depressiyadan əziyyət çəkən Silviya Plat evində, başı sobada qalmış vəziyyətdə ölü tapılıb. Bu ölüm bir intihar hadisəsi olaraq qəbul edilsə də bəziləri bunun qəza olduğunu söyləyir.

Merlin Monro

36 yaşında həyatdan köçən məşhur aktrisa Merlin Monronun ölümünün ardından fərqli fikirlərin irəli sürülməsi müxtəlif şübhələr yaratdı. Deyilənlərə görə yüksək dozda narkotik maddələr qəbul etdikdən sonra, intihar edən aktrisanın ölümü dəlil çatışmazlığı ucbatından bir müəmma olaraq qaldı. Başda köməkçisi Eunice Murray olmaqla hadisə şahidlərinin fərqli ifadələri ölüm səbəbinin cinayət olduğuna və siyasi səbəblərdən Mafiya və Kennedi ailəsinin buna səbəb olduğuna dair bir çox təsdiq olunmamış fərziyyələr ortaya atıldı.

Monronun bədəni daha sonra keçmiş həyat yoldaşı Co Dimacioya təslim edildi . Merlin Monro 8 avqust 1962-ci ildə Westwood Village Memorial Park Məzarlığında dəfn edilib.

Tupac Şakur

1990-cı illərin ən böyük rep əfsanələrindən biri kimi tanınan Tupak Şakur gənc yaşına baxmayaraq ətrafda baş verən bütün sosial bərabərsizliklər haqqında dürüst rep söylədiyinə görə hər kəs tərəfindən çox sevilirdi. Bəzi imkanlı şəxslərin yollarında bir mane olan reper 1996-cı ildə Mayk Taysonun Las-Veqasdakı çıxışından qayıdan zaman güllələnmişdi. Bu hadisədən altı gün sonra reper vəfat etmişdir.

Tupakın həyatı və ölümü ətrafında söz-söhbət hələ də davam etməkdədir. Lakin onun ölüm səbəbi indiyədək məlum deyil.

Şahzadə Diana

Bu məşhur xanımın ölümündəki sirlər hələ də açılmayıb. İngilis xalqının sevimlisi olan Diana çox səmimi və xeyirxah olub. Bütün həyatı boyu xeyir işlər görən Ledi Diana foroqraf və jurnalistlərin hədəfi idi. Ölümünə səbəb kimi də elə onların hücumundan qaçmaq cəhdi göstərilir. Dəqiq desək, guya şahzadə jurnalistlərdən qaçarkən sürücünü həddindən artıq sürətli sürməyə məcbur edib və məhz buna görə sürücü qəza törədib.

Diana öldükdən sonra bir çox sui-qəsd iddiaları ortaya çıxsa da, lakin bunlardan biri inandırıcı idi.Belə ki, Fransalı məşhur jurnalist Lafaillenin tapdığı bir sənəd şahzadənin hamilə olduğu bildirilirdi. Sənədə görə, uşaq şahzadənin ərindən, yəni şahzadə Çarlzdan deyildi. Çünki bu söhbətin mövcud olduğu dövrdə, yəni 1997-ci ildə onlar rəsmi olaraq ər-arvad deyildilər, bir il öncə boşanmışdılar. Hamiləlik kağızının saxta olmadığını səhiyyə naziri də təsdiq etmişdi.

O zamanlar belə bir şayiə də vardı ki, Diana müsəlman bir kişi ilə eşq yaşayıb. Elə buna görə də ehtimal olunur ki, İngiltərə kral ailəsi gəlinlərinin başqa birindən hamilə olması xəbərini gizlətmək üçün bu dəhşətli qəzanı təşkil ediblər.

Maykl Cekson

Pop musiqisinin kralı kimi tanınan Maykl Ceksonun müəmmalı ölümü ilə bağlı cinayət işi açılmışdı. Los-Anceles polisinin qətllərin təhqiqatı şöbəsinin bəyanatında bildirilir ki, M. Ceksonun dünyasını dəyişməsinə 6 güclü preparatdan ibarət “ölüm kokteyli” səbəb olub. Məhkəmə ekspertizası müəyyən edib ki, kəskin intoksikasiya (zəhərlənmə) propofol preparatından qaynaqlanıb. Ancaq propofol digər preparatların qarışığı nəticəsində öldürücü təsir göstərib. Polisin açıqlamasında sənətçinin şəxsi kardioloqu Konrad Mürreyin şübhəli şəxs olduğu bildirilməyib və ona rəsmi ittiham irəli sürülməyib.

Xatırladaq ki, Maykl Cekson 2009-ci ilin iyunun 25-də Los-Ancelesdəki evində keçinib və sentyabrın 3-də dəfn olunub.

Pop-ulduz Maykl Ceksonun qızı Paris Cekson hesab edir ki, atasını öldürüblər və onun ölüm səbəbi rəsmi versiya üzrə deyildiyi kimi, artıq dozada ağrıkəsici preparatın qəbul edilməsi olmayıb.

Rolling Stone jurnalına müsahibəsində Paris Cekson atasının ölümünün "gizli hazırlanmasına" əmin olduğunu bildirib.

Cek Deniel

Məşhur viski istehsalçısı Cek Deniel 1911-ci ildə işə tez gələrək ofisin kassasını açmağa cəhd edib. Şifrəni heç cür yadına sala bilmədiyinə əsəbiləşərək kassanı təpikləməyə başlayan Deniel ayaq barmaqlarını zədələyib. Daha sonra isə infeksiyadan dünyasını dəyişib.

Elvis Presli

Rok-n-rollun kralı Elvin Presli tualetdə qusanda vəfat edib. Həkimlərin dediyinə görə, “kral”ın ölüm səbəbi köklük və dərmanlardan yaranan infarktdır.

Con Lennon

“Beatles”in əfsanə səsi Con Lennon da karyerasının zirvəsindəykən vəfat etdi. Onun ölümündəki sirlər hələ də qalmaqdadır. İddiaya görə qatilin ruh sağlığı normal deyilmiş. 1980-ci ildə Nyu-Yorkdakı bir konsertdən sonra öldürülən müğənninin ABŞ siyasətinə qurban getdiyi də söylənilir. Çünki Con Lennon o zamanlar hakimiyyətdə olan Amerika prezidenti Ronald Reyqana qarşı sərt münasibət bəsləyir, radikal fikirlər söyləyirdi.

Digər xəbərlər

Düşmənin açıqladığı itki sayı 1300-ü ötdü
Serialdakı lüt qızlara görə sevgilisinə qadağa qoydu - Gündəmə çevrilən şərh - FOTO
Çempionlar Liqasında 4-cü tura start verildi: Nəticələr
Zaqatalada kişi arvadını balta ilə öldürdü
Göyçay icra başçısının köməkçisi barəsində həbs qətimkan tədbiri seçilib
Bakıda “Toyota” “KamAZ”la toqquşdu: Ölən var
Mikrofonun açıq qaldığını unudan sədr müavini deputatı təhqir etdi - VİDEO
Rəşad Tağıyev: “Hibrid formada təhsilin müəllimlərin maaşına heç bir təsiri yoxdur”
Qənirə Paşayeva Türkiyə səfiri  ilə görüşüb
Neftin qiyməti ucuzlaşıb
Dövlət mağazalarında siqaret yoxa çıxdı, özəl mağalarda isə ən ucuzu 100 manata...
Prezidentdən Abel Məhərrəmovun oğlu ilə bağlı SƏRƏNCAM
Penitensiar sistemdə rüşvətə MÜVƏQQƏTİ QADAĞA... - daimi olaydı kaş...
Deputat: “Ali Baş Komandana “Ordu Marşalı” adı verilsin”
Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi yubiley medalı təsis ediləcək
İlin ilk Ay tutulması hadisəsi başa çatıb -
Tanınmış həkim koronavirusdan ölüb - FOTO
Çingiz Qənizadə Kəlbəcərdə minaya düşən jurnalistlərdən danışdı
Corablarını qurutmaq üçün qazana qoyub, yatdı - Bakıda yanğın təşvişi
İçərişəhərdə təmir və bərpa işləri ilə bağlı son durum
“Şəhərdaxili nəqliyyatdan istifadə edənlərin sayı azalıb”
Etibar Pirverdiyev HƏBS OLUNA BİLƏR
Almaniya Ermənistanı darmadağın etdi
Borca görə sevgilisinə qəsd edən qadına hökm oxundu -
İlham Əliyev: “Hesab edirəm ki, atəşkəs çağırışları sadəcə çağırış olmamalıdır”
Bakıda qadını doğrayıb zibil qutusuna atdılar
Vladimir Solovyov: " İlham Əliyev Azərbaycanın milli qəhrəmanıdır"
Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan bölgələrdə buraxılış və qəbul imtahanları keçiriləcək
Ağalar müəllim deputatdır... hər halda məhkəmədə onun SÖZÜ KEÇƏR...
Vüsalın şəkli vurulan “Topçu” arağı müzakirə yaratdı - FOTO
{sape_links}{sape_article}