Son dəqiqə
30-11-2021, 17:34
844

Azərbaycanda son 30 ildə baş verən helikopter və təyyarə qəzaları (STATİSTİKA)

Azərbaycanda son 30 ildə baş verən helikopter və təyyarə qəzaları (STATİSTİKA)


Xəbər verildiyi kimi, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

XəbərTv.info məlumat verir ki, Qaynarinfo müstəqilliyimiz dönəmində təsadüf nəticəsində Azərbaycanda baş verən helikopter və təyyarə qəzaları ilə bağlı araşdırma edib. Məlum olub ki, 1995-ci ildən 2021-ci ilin noyabr ayınadək texniki nasazlıq səbəbindən baş verən qəzalarda 110 nəfər vətəndaşımız həlak olub. Onlardan 89 nəfəri mülki, 21 nəfəri hərbçidir.

1995-ci il, 5 dekabr:

Azərbaycanın müstəqillik tarixində baş verən ən böyük aviasiya qəzası 1995-ci il dekabrın 5-də qeydə alınıb. Həmin gün Naxçıvan-Bakı reysi ilə hərəkət edən Tu-134 sərnişin təyyarəsi Naxçıvan aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra açıq sahəyə düşərək tamamilə yanıb. Qəzada 4 heyət üzvü və 48 sərnişin həlak olub. Sonradan Rusiya və Azərbaycan ekspertlərindən ibarət beynəlxalq komissiya qəzanın TU-134-ün mühərriklərindən birinin nasaz olması və pilotların qəza enişi zamanı səhvə yol verməsi qənaətinə gəliblər.

1997-ci il, 15 may:

"AZAL"a məxsus "Yak 40" təyyarəsində Gəncə yaxınlığında təlim keçən gənc pilotlar 4-cü dairəni tamamlayarkən təyyarə böyük bucaq altında şığıyaraq yerə çırpılıb və təyyarədəki 6 nəfərin hamısı həlak olub.

2005-ci il, 23 dekabr:

Bakı-Aktau reysi ilə uçan "AN 140" markalı təyyarə havaya qalxdıqdan 5 dəqiqə sonra pilot nasazlıq barədə aeroporta məlumat verib və radardan itib. Təyyarə ştopor edərək 2100 metr hündürlükdən dənizə düşüb. Hava gəmisinin qalıqları Nardaran qəsəbəsi yaxınlığında sahildə aşkar edilib. Qəzada 5-i uçuş heyəti olmaqla, 23 nəfər həlak olub. Həlak olanlar arasında Azərbaycan, Qazaxıstan, Avstriya və İngiltərə vətəndaşları olub.

2007-ci il, 12 oktyabr:

"AZAL Helicopter"ə məxsus "Mi 8T" vertolyotu xəstə neftçini təxliyə etmək üçün Zabratdan qalxaraq Xəzər 4 platformasına gəlib. Xəstəni götürən vertolyot platformadan 12 metr aralıda naməlum səbəbdən qəzaya uğrayıb. Hadisə yeri sahildən 20 km aralıda idi. Vertolyotun qalıqları 12 metr dərinlikdə aşkar edilib. Qəzada 4 ekipaj üzvü və 2 pilot həlak olub.

2008-ci il, 29 yanvar:

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "MİQ-29" döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot - Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub. Ə. Aslanovun cəsədi bir neçə gün sonra dənizdən aşkarlansa da, F. Əsgərovun meyitini tapmaq mümkün olmayıb.

2009-cu il, 12 iyul:

"AZAL Helicopter"ə məxsus "Mi 8T" vertolyotu qazma qurğusunun kranına toxunaraq dənizə düşüb, vertolyotdakı 6 nəfərdən ikisi həlak olub. Maşının qalıqları 90 metr dərinlikdə aşkar edilib.

2013-cü il, 11 fevral:

Fevralın 11-də Bakının Şıx ərazisində Müdafiə Nazirliyinin Mİ-17 helikopteri qəzaya uğrayaraq dənizə düşüb. Nəticədə ekipajın üç üzvü - kapitan Yaşar Mail oğlu Əhmədov, baş leytenant Rüstəm Gülhüseyn oğlu Rüstəmov və leytenant Bəhruz Novruz oğlu Zeynalov həlak olub.

2019-cu il, 24 iyul:

Bakı vaxtı ilə iyul ayının 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilmiş və aviasiya vasitəsi radarlardan itmişdir. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşmüşdür. Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olundu. Azərbaycan Müdafiə Nazirliyinin avqustun 19-da verdiyi məlumata görə təyyarənin qara qutusu tapılmışdır. 20 avqust tarixində isə pilotun nəşi tapılmışdır. 21 avqust tarixində Rəşad Atakişiyevin nəşi ikinci Fəxri xiyabanda dəfn edilmişdir. 07.05.2021-ci ildə Hərbi Pilot Polkovnik Leytnant Rəşad Atakişiyev-ə Şəhid statusu verilib.

2021-ci il, 30 noyabr:

Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər –polkovnik Cavadov Fizuli Əli İbram oğlu; polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu; mayor Həsənov Elmir Mircəlil oğlu; mayor Əhmədov Elbrus Səmrəddin oğlu; mayor Mayılov Emil Şahid oğlu; mayor Məmmədov Murad Yaşar oğlu; mayor Əliyev Emil Elman oğlu; tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu; kapitan Bayramlı Cavid Əhliman oğlu; kapitan Əliyev Xəyyam Əlixan oğlu; kapitan Qaraisayev Teymur Ənvər oğlu; leytenant Süleymanov Abdulla Telman oğlu; baş leytenant Nağıyev Fərid Təyyar oğlu; işçi Nəbiyev Elçin Fikrət oğlu həlak olub və 2 nəfər ağır yaralanıb.

Digər xəbərlər

DİN-dən “Nida”çı gəncin saxlanılması ilə bağlı açıqlama
Bu gündən I sinfə qəbulla bağlı məktəb seçimi prosesinə başlanılır
Şamaxının Quşçu kənd sakinlərindən Prezidentə müraciət
Rusiya sülhməramlıları Xankəndiyə daxil oldu
Prezidentin Köməkçisi: “Paşinyan Səddam Hüseynin taktikasını təkrarlayır” - FOTO
Bu proqramları telefonunuzdan təcili silin...
Bu günün hava proqnozu
4 min manata satılmış bələdiyyə sədrliyinin təfərrüatları
Azərbaycan nefti ucuzlaşıb
BÖYÜK QƏLƏBƏ: Rusiyanın bütün hərbi gəmiləri Ukrayna sahillərindən uzaqlaşdı
Kömür mədənində qəza
Paşinyan reytinqdə sabiqləri geridə qoydu - RƏQƏMLƏR
İranda 11 deputat koronavirusa yoluxub
Kəlbəcərin Almalıq kəndindən görüntülər - VİDEO
Türkiyədə fransız qadın terrorçu saxlanıldı
Azərbaycanda gəncə dəhşətli sürpriz - VİDEO
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi
Toylar da təxirə salınacaq? - VİDEO
Bakıda qəzalı vəziyyətdə olan məktəb bağlanıb - Fotolar
ABŞ-ın məşhur supermarketlər şəbəkəsində Azərbaycan bayrağı asılıb
Prezident: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq!”
"Prostokvaşinonun qayıdışı" cizgi filminin yeni seriyası "YouTube" kanalında
Azərbaycanda futbolçu dəhşətli qəzada öldü - FOTO
Qusarda toy mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Nazir icra başçısının oğluna yüksək vəzifə verdi -
Erməni döyüşçü: "Deyirlər ki, 1500 erməni əsgəri 5-6 Azərbaycan əsgərinin qarşısından qaçdı. Bəli, qaçırdıq"
Günün qoroskopu - 25.11.2019
Bakıya sərnişin daşımaq istəyirdi, həbs olundu - Foto
Tofiq Yaqublunun azadlığa buraxılmasına dair vəsatət verildi
Elmar Vəliyev ağlını itirib?
{sape_links}{sape_article}