Son dəqiqə
30-11-2021, 19:27
312

Əlahiddə Ümumqoşun Orduda döyüş atışlı taktiki təlimlər keçirildi

Əlahiddə Ümumqoşun Orduda döyüş atışlı taktiki təlimlər keçirildi


“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun artilleriya, reaktiv, minaatan və tankəleyhinə batareyaları ilə döyüş atışlı taktiki təlimlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, artilleriya bölmələri “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqələrindən təyinat rayonlarına hərəkət edərkən verilən müdaxiləyə əsasən hərəkətdən birbaşa döyüş düzülüşünə açılaraq döyüş tətbiqinə hazırlanıb.

Döyüş şəraitinə tam yaxınlaşdırılmış şərtlərlə keçirilən taktiki təlimlərdə bölmələrin uzlaşmasına və səhra vərdişlərinin yüksəldilməsinə, taktiki və atəşlə manevrinə geniş yer verilib.
“Düşmənin qəfil hücumunun dəf edilməsi və müdafiənin əlverişli hədlər üzrə bərpası zamanı artilleriya bölmələrinin fəaliyyəti” mövzusunda keçirilən təlimlərdə müdafiə olunan bölmələrimizin atəş dəstəyi həyata keçirilib, ən uzaq hüdudlarda pilotsuz uçuş aparatları və digər kəşfiyyat vasitələri ilə aşkar edilmiş düşmən hədəfləri məhv edilib.

Tank təhlükəli istiqamətdə tankəleyhinə batareyalar və düzünə tuşlamaya çıxarılmış toplar şərti düşmənin zirehli texnikalarını sıradan çıxarıb.

Əlahiddə Ümumqoşun Ordunun tankəleyhinə batareyaları praktiki atışlardan öncə Naxçıvan Qarnizonunun Simulyasiya mərkəzində xüsusi proqram təminatına malik kompüter və məşq qurğularında müvafiq tapşırıqları icra edib.

Təlimlər zamanı Vətən müharibəsində düşmən texnikalarının dəqiqliklə məhv edilməsi tapşırıqlarını uğurla yerinə yetirmiş Əlahiddə Ümumqoşun Ordunun tankəleyhinə bölmələrinin döyüş təcrübəsi gənc heyətlərə öyrədilib, virtual təlim meydançasında döyüş sursatı və yanacaq sərf etmədən müxtəlif şəraitdə atış və atışın idarəolunması həyata keçirilib.

Təlimlərin sonunda bölmələrin fəaliyyəti yüksək qiymətləndirilib.



XəbərTv.info

Digər xəbərlər

DİN-dən “Nida”çı gəncin saxlanılması ilə bağlı açıqlama
Bu gündən I sinfə qəbulla bağlı məktəb seçimi prosesinə başlanılır
Şamaxının Quşçu kənd sakinlərindən Prezidentə müraciət
Rusiya sülhməramlıları Xankəndiyə daxil oldu
Prezidentin Köməkçisi: “Paşinyan Səddam Hüseynin taktikasını təkrarlayır” - FOTO
Bu proqramları telefonunuzdan təcili silin...
Bu günün hava proqnozu
4 min manata satılmış bələdiyyə sədrliyinin təfərrüatları
Azərbaycan nefti ucuzlaşıb
BÖYÜK QƏLƏBƏ: Rusiyanın bütün hərbi gəmiləri Ukrayna sahillərindən uzaqlaşdı
Kömür mədənində qəza
Paşinyan reytinqdə sabiqləri geridə qoydu - RƏQƏMLƏR
İranda 11 deputat koronavirusa yoluxub
Kəlbəcərin Almalıq kəndindən görüntülər - VİDEO
Türkiyədə fransız qadın terrorçu saxlanıldı
Azərbaycanda gəncə dəhşətli sürpriz - VİDEO
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi
Toylar da təxirə salınacaq? - VİDEO
Bakıda qəzalı vəziyyətdə olan məktəb bağlanıb - Fotolar
ABŞ-ın məşhur supermarketlər şəbəkəsində Azərbaycan bayrağı asılıb
Prezident: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq!”
"Prostokvaşinonun qayıdışı" cizgi filminin yeni seriyası "YouTube" kanalında
Azərbaycanda futbolçu dəhşətli qəzada öldü - FOTO
Qusarda toy mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Nazir icra başçısının oğluna yüksək vəzifə verdi -
Erməni döyüşçü: "Deyirlər ki, 1500 erməni əsgəri 5-6 Azərbaycan əsgərinin qarşısından qaçdı. Bəli, qaçırdıq"
Günün qoroskopu - 25.11.2019
Bakıya sərnişin daşımaq istəyirdi, həbs olundu - Foto
Tofiq Yaqublunun azadlığa buraxılmasına dair vəsatət verildi
Elmar Vəliyev ağlını itirib?
{sape_links}{sape_article}