Son dəqiqə
1-12-2021, 12:21
384

Milli Hidrometeorologiya Xidməti dekabr ayına proqnozlaşdırılan hava durumunu açıqladı

Milli Hidrometeorologiya Xidməti dekabr ayına proqnozlaşdırılan hava durumunu açıqladı


Dekabr ayının hava pronozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, bütün meteoroloji müşahidələrə görə ən soyuq 2002-ci ildə Bakıda 8.8° şaxta olduğu halda növbəti 2003-cü ilin dekabr ayında 22.5° isti qeydə alınıb. Belə halları son 10 ildə də müşahidə etmək olar. Misal üçün, 2012-ci ildə havanın orta temperaturu iqlim normasından aşağı, növbəti 2013-cü ildə yüksək, 2015-də yenidən mülayim isti, 2016-cı il isə həmişəkindən soyuq, hətta Bakı üçün nadir hadisə kimi havanın temperaturu 4.2° şaxta olub. Ardınca 2017, 2018, 2019-cu illər müsbət anomaliya ilə fərqlənib. Keçən il isə havanın temperaturu iqlim normasından aşağı olub.

"Lakin daha uzunsıralı dövrlərin təhlili göstərir ki, 1961-1990-cı illərlə müqayisədə 2002-ci ili nəzərə almasaq, son onilliklərdə dekabr ayında orta temperatur artıb və şaxtalı günlərin sayı azalıb. 2019-cu il dekabrın 2-də şimal-qərb küləyinin maksimal sürəti Sumqayıtda 40 m/s, Bakıda 38 m/s-ə çatıb", - deyə, Umayra Tağıyeva bildirib.

U.Tağıyeva qeyd edib ki, dünyada son illərin meteoroloji tədqiqatları göstərir ki, ildən-ilə qış aylarında soyuq günlərin sayı azalır, normadan yüksək isti günlərin sayı isə artır. Ölkəmizdə də şaxtalı, qarlı günlərin sayı azalaraq, qışın daha mülayim keçməsi müşahidə olunur. Lakin, iqlim dəyişmələri nəticəsində atmosfer sirkulyasiyasında baş verən transformasiyalar fəsildən asılı olmayaraq qısamüddəti və ya daha davamlı kəskin hava-iqlim anomaliyaları ilə özünü biruzə verir.

"Məsələn, bütün çoxillik müşahidələrə görə Bakıda ən çox sutkalıq cəm yağıntı 2002-cı il dekabrın 10-da gündüz və 11-nə keçən gecə müşahidə olunub, sutka ərzində rekord miqdarda 48 mm yağıntı (qar) düşüb. Dekabrın 11-də səhər Bakıda və Abşeronun qərbində qar örtüyünün hündürlüyü 50 sm olub. Ən çox aylıq yağıntı da 2002-ci ilin dekabrında müşahidə olunub, ay ərzində 183.9 mm yağıntı düşüb ki, bu da aylıq normadan 5.7 dəfə çoxdur.

Adətən bu kimi prosesləri aylıq proqnozlarda nəzərə almaq mümkün olmadığı üçün, dünya təcrübəsinə əsaslanaraq uzunmüddətli proqnozlarda yalnız gözlənilən temperatur və yağıntı iqlim norması ilə müqayisəli şəkildə təqdim edilir.

Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi dövrlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur", - deyə U.Tağıyeva bildirib.

Digər xəbərlər

DİN-dən “Nida”çı gəncin saxlanılması ilə bağlı açıqlama
Bu gündən I sinfə qəbulla bağlı məktəb seçimi prosesinə başlanılır
Şamaxının Quşçu kənd sakinlərindən Prezidentə müraciət
Rusiya sülhməramlıları Xankəndiyə daxil oldu
Prezidentin Köməkçisi: “Paşinyan Səddam Hüseynin taktikasını təkrarlayır” - FOTO
Bu proqramları telefonunuzdan təcili silin...
Bu günün hava proqnozu
4 min manata satılmış bələdiyyə sədrliyinin təfərrüatları
Azərbaycan nefti ucuzlaşıb
BÖYÜK QƏLƏBƏ: Rusiyanın bütün hərbi gəmiləri Ukrayna sahillərindən uzaqlaşdı
Kömür mədənində qəza
Paşinyan reytinqdə sabiqləri geridə qoydu - RƏQƏMLƏR
İranda 11 deputat koronavirusa yoluxub
Kəlbəcərin Almalıq kəndindən görüntülər - VİDEO
Türkiyədə fransız qadın terrorçu saxlanıldı
Azərbaycanda gəncə dəhşətli sürpriz - VİDEO
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi
Toylar da təxirə salınacaq? - VİDEO
Bakıda qəzalı vəziyyətdə olan məktəb bağlanıb - Fotolar
ABŞ-ın məşhur supermarketlər şəbəkəsində Azərbaycan bayrağı asılıb
Prezident: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq!”
"Prostokvaşinonun qayıdışı" cizgi filminin yeni seriyası "YouTube" kanalında
Azərbaycanda futbolçu dəhşətli qəzada öldü - FOTO
Qusarda toy mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Nazir icra başçısının oğluna yüksək vəzifə verdi -
Erməni döyüşçü: "Deyirlər ki, 1500 erməni əsgəri 5-6 Azərbaycan əsgərinin qarşısından qaçdı. Bəli, qaçırdıq"
Günün qoroskopu - 25.11.2019
Bakıya sərnişin daşımaq istəyirdi, həbs olundu - Foto
Tofiq Yaqublunun azadlığa buraxılmasına dair vəsatət verildi
Elmar Vəliyev ağlını itirib?
{sape_links}{sape_article}