Son dəqiqə
İdman / Manset
9-12-2021, 19:26
753
ABŞ, Avstraliya, Böyük Britaniya və Kanadadan sonra Slovakiya da Olimpiya Oyunlarını boykot etdi

Slovakiya Prezidenti Zuzana Çaputova Çində keçiriləcək Qış Olimpiya Oyunlarının diplomatik boykot edilməsi məsələsində ABŞ-ı dəstəkləyir və Pekinə getməyəcək.
XəbərTv.info verir ki, bu barədə Slovakiya radiosu məlumat yayıb.
Qeyd edək ki, ABŞ və onun üç müttəfiqi - Avstraliya, Böyük Britaniya və Kanada 2022-ci il Oyunlarını diplomatik boykot elan ediblər.
2022-ci il Olimpiadasına getməkdən imtinanın rəsmi səbəbi Çində insan haqlarının pozulmasıdır.