Son dəqiqə
20-12-2021, 11:29
878

Bugünkü qərarlarla hansı sahələr üzrə gəlirlər artdı? - Siyahı

Bugünkü qərarlarla hansı sahələr üzrə gəlirlər artdı? -


Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Fərmanda dəyişiklik edib.

Dəyişikliyə əsasən bir sıra sahələr üzrə sosial müavinətlər artırılıb. Məbləği dəyişən müavinətlərin adlarını təqdim edirik.

Yaşa görə müavinət 130 manatdan 180 manata qaldırılıb.

Əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinət:

I dərəcə əlilliyi olan şəxslərə 150 manatdan 220 manata
II dərəcə əlilliyi olan şəxslərə 130 manatdan 180 manata
III dərəcə əlilliyi olan şəxslərə 110 manatdan 120 manata qaldırılıb.

Əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” səbəbindən baş verdikdə:

I dərəcə əlilliyi olan şəxslərə 150 manatdan 220 manata
II dərəcə əlilliyi olan şəxslərə 130 manatdan 180 manata
III dərəcə əlilliyi olan şəxslərə 110 manatdan 120 manata

Əlillik “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə:

I dərəcə əlilliyi olan şəxslərə 150 manatdan 220 manata
II dərəcə əlilliyi olan şəxslərə 130 manatdan 180 manata
III dərəcə əlilliyi olan şəxslərə 110 manatdan 120 manata qaldırılıb.

-Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət 150 manatdan 200 manata

- Ailə başçısını itirməyə görə müavinət 80 manatdan 100 manata

- Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət 100 manatdan 120 manata

- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 100 manatdan 120 manata

- Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət 55 manatdan 70 manata qaldırılıb.

Övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət:

- övladlığa götürülən uşağa (bu yarımbəndin ikinci abzasında qeyd olunan uşaqlar istisna olmaqla) görə 160 manatdan 200 manata

- övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə 480 manatdan 600 manata qaldırılıb.

- Birdəfəlik müavinətlərdə uşağın anadan olmasına görə müavinət 200 manatdan 300 manata

- dəfn üçün müavinət isə 300 manatdan 350 manata qaldırılıb.

Eyni zamanda, Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncama da dəyişikliklər edib.

Həmin sərəncamla artırılan təqaüdlərin məbləği ilə bu linkə daxil olaraq tanış ola bilərsiniz.

Bundan əlavə, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə verilən Prezident təqaüdünün məbləği 200 manatdan 300 manata və 120 manatdan 200 manata çatdırılıb.

Həmçinin, beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 manatdan 70 manata qaldırılıb.

I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə verilən 50 manatlıq təqaüdün məbləği 80 manata qaldırılıb.

Fəxri adlara görə aylıq təqaüdün məbləği Xalq yazıçısı, Xalq şairi, Xalq artisti və Xalq rəssamı üçün 150 manatdan 180 manata, Əməkdar elm xadimi, Əməkdar incəsənət xadimi, Əməkdar artist, Əməkdar rəssam, Əməkdar mədəniyyət işçisi, Əməkdar müəllim, Əməkdar həkim, Əməkdar memar, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar dövlət qulluqçusu, Əməkdar jurnalist, Əməkdar mühəndis, Əməkdar hüquqşünas, Əməkdar kənd təsərrüfatı işçisi, Əməkdar pilot, Əməkdar tibb işçisi üçün 100 manatdan 120 manata qaldırılıb.

XəbərTv.info

Digər xəbərlər

DİN-dən “Nida”çı gəncin saxlanılması ilə bağlı açıqlama
Bu gündən I sinfə qəbulla bağlı məktəb seçimi prosesinə başlanılır
Şamaxının Quşçu kənd sakinlərindən Prezidentə müraciət
Rusiya sülhməramlıları Xankəndiyə daxil oldu
Prezidentin Köməkçisi: “Paşinyan Səddam Hüseynin taktikasını təkrarlayır” - FOTO
Bu proqramları telefonunuzdan təcili silin...
Bu günün hava proqnozu
4 min manata satılmış bələdiyyə sədrliyinin təfərrüatları
Azərbaycan nefti ucuzlaşıb
BÖYÜK QƏLƏBƏ: Rusiyanın bütün hərbi gəmiləri Ukrayna sahillərindən uzaqlaşdı
Kömür mədənində qəza
Paşinyan reytinqdə sabiqləri geridə qoydu - RƏQƏMLƏR
İranda 11 deputat koronavirusa yoluxub
Kəlbəcərin Almalıq kəndindən görüntülər - VİDEO
Türkiyədə fransız qadın terrorçu saxlanıldı
Azərbaycanda gəncə dəhşətli sürpriz - VİDEO
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi
Toylar da təxirə salınacaq? - VİDEO
Bakıda qəzalı vəziyyətdə olan məktəb bağlanıb - Fotolar
ABŞ-ın məşhur supermarketlər şəbəkəsində Azərbaycan bayrağı asılıb
Prezident: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq!”
"Prostokvaşinonun qayıdışı" cizgi filminin yeni seriyası "YouTube" kanalında
Azərbaycanda futbolçu dəhşətli qəzada öldü - FOTO
Qusarda toy mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Nazir icra başçısının oğluna yüksək vəzifə verdi -
Erməni döyüşçü: "Deyirlər ki, 1500 erməni əsgəri 5-6 Azərbaycan əsgərinin qarşısından qaçdı. Bəli, qaçırdıq"
Günün qoroskopu - 25.11.2019
Bakıya sərnişin daşımaq istəyirdi, həbs olundu - Foto
Tofiq Yaqublunun azadlığa buraxılmasına dair vəsatət verildi
Elmar Vəliyev ağlını itirib?
{sape_links}{sape_article}