Son dəqiqə
Aktual / Ölkə
20-12-2021, 17:39
808
Qax icra hakimiyyətindən vətəndaş şikayətinə REAKSİYA
Keçən həftə Qax rayonu, Turaclı kənd sakini Sahnidze Nəzakət Dursun qızının şikayəini təqdim etmişdik.
Bununla bağlı Qax RİH DİA.AZ-a münasibətini açıqlayıb. Həmin mövqeni olduğu kimin təqdim edirik:
"Məlumat üçün bildiririk ki, Qax rayon Turaclı kənd sakini Şahinidze Nəzakət Dursunovna sosial şəbəkələrdə anası Şahinidze Ququli İsmayılovnanın şəklini paylaşaraq anasının xəstəlikdən əziyyət çəkdiyini və bir ildən artıqdır ki, anasının pensiya müavinətinin dayandırıldığını bildirmişdir. 2012-ci ildə Şahinidze Ququli İsmayılovnaya Heydər Əliyev Fondunun dəstəyi ilə təmənnasız olaraq açıq ürək əməliyyatına köməklik göstərilmişdir. Pensiya müavinətinin verilməsi isə Tibbi Sosial Ekspert Komissiyasının rəyinə əsasən dayandırılmışdır. Bundan başqa vətəndaşa Turaclı kənd İƏD üzrə nümayəndəliyi və kənd bələdiyyəsi tərəfindən imkan daxilində daimi olaraq bayramlarda və ehtiyacı olduğu vaxtlarda maddi və ərzaqla lazımi köməklik göstərilir".
XəbərTv.info