Son dəqiqə
7-01-2022, 09:17
444

Jurnalist Karaulov Qazaxıstana qoşun yeridilməsini Bakıdakı qanlı yanvarla müqayisə etdi

Jurnalist Karaulov Qazaxıstana qoşun yeridilməsini Bakıdakı qanlı yanvarla müqayisə etdi


Tanınmış sovet və Rusiya jurnalisti Andrey Karaulov etirazları yatırmaq üçün Qazaxıstana Rusiya desant qoşunlarının (KTTM sülhməramlıları adı altında) yeridilməsini kəskin pisləyib. Jurnalist Qazaxıstana qoşun yeridilməsini sovet qoşunlarının 1990-cı ilin yanvarında Bakıya qanlı müdaxiləsi ilə müqayisə edib.

Özünün YouTube-daki müəllif proqramında Karaulov qeyd edir ki, KTMT barədə müqaviləyə əsasən Rusiyanın və digər üzv ölkələrin Qazaxıstana qoşun yeritmək səlahiyyətləri yox idi. KTMT haqda müqavilədə göstərilir ki, ölkələr bir-birlərini ancaq xarici hərbi təcavüzə qarşı müdafiə edə bilərlər.



“Başa düşmək lazımdır ki, “Rosqvardiya”nı yox, desantçıları yeridirlər. Eynilə 90-cı ilin yanvarında desantçıların Bakıya yeridilməsi kimi. Biz “Qanlı yanvarı” xatırlayırıq. O zaman Bakıda general Lebedin desantçıları şəhərin dinc sakinlərini zirehli transportyorlarla əzdilər və süngüyə keçirdilər. Onların qurbanları arasında südəmər körpə və 92 yaşında qoca da var idi. Bizim desantçıların bütün qurbanları Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Yeri gəlmişkən ora prezident Putin də baş çəkib və həlak olanların məzarlarına gül qoyub. Lebedin desantçıları o vaxt Azərbaycanın rəhbəri Vəzirovu xilas etmişdilər”, - Karaulov bildirir.



Jurnalist xatırladır ki, həmin günlərdə Moskvadakı Azərbaycan nümayəndəliyində Heydər Əliyev çıxış etmişdi və onun çıxışını bütün dünya dinləmişdi. Karaulov indi Rusiyada heç kimin Qazaxıstana qoşun yeridilməsinə etiraz etməməsindən təəccübləndiyini bildirir. “Haradadır Nobel laureatı Muratov və digər insan haqları müdafiəçiləri?”, - o sual edir.

Qeyd edək ki, Qazaxıstanda internet işləmir və orada nələrin baş verdiyi barədə məlumat almaq da çətinləşib. Rəsmi məlumatlara əsasən Alma-Atada “təmizləmələr” davam etdirilir və 3 minə yaxın adam həbs olunub.

Bu arada Rusiya mənbələri xəbər verirlər ki, yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomərt Tokayevin rəsmən KTMT qüvvələrinin ölkəyə yeridilməsi barədə müraciətlə çıxış etməsindən əvvəl içərisində 300-ə yaxın Vagner muzdlusu olan İl-76 təyyarəsi Alma-Ataya enib. Həmin vaxt şəhər aeroportu hələ etirazçıların əlinə keçməmişdi. Ehtimal edilir ki, həmin gün axşam Alma-Atada etirazçılara atəş açanlar və onlarla adamı öldürənlər (bəzi məlumatlara görə öldürülənlərin sayı daha çoxdur, morqlar meyitlərlə doludur) də elə Vagner muzdluları olublar.

Yeri gəlmişkən, 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıya yeridilməsi zamanı da nümayişçilərə atəş açanlar arasında “Alfa” xüsusi təyinatlı dəstəsinin Əfqanıstan müharibəsini keçmiş veteranları olduğu üzə çıxmışdı. Onları Krasnodar vilayətindən Bakıya gətirmişdilər.../virtualaz/

Digər xəbərlər

Düşmən yaşayış məntəqələrimizi atəşə tutub
Nazirin NƏZƏRİNƏ: Zaqatala təhsil şöbəsinin müdiri saxtakarlıq edir... - İTTİHAM
Koronavirusa yoluxan müavin və oğlu ilə bağlı - İcradan açıqlama
1994-cü ildən bəri həbs olunmuş icra başçıları (SİYAHI)
Son sutkada koronavirusdan sağalanların sayı, yoluxanların sayını iki qat üstələdi
12 mindən çox şəxsə niyə “Müharibə veteranı” adı verilmir? -
MASALLI POLİSİ İNSANLARIN TALEYİNİ “UĞURLU STATİSTİKAYA” QURBAN VERİR
Düşmənə dərs verən daha bir şəhid müəllim
Prezident ona orden verdi — SƏRƏNCAM
Yevlaxda karantin rejimini pozaraq toy məclisi təşkil edən şəxslər aşkarlandı
Lavrov: "Qarabağın status məsələsi üçtərəfli bəyanata şüurlu şəkildə salınmayıb"
Samir Nuriyev: "Şuşa şəhərinin baş planının hazırlanması üzərində işlərə başlanılıb"
Azərbaycan Türkiyədən 80 milyon manatlıq koronavirus vaksini alır
Azərbaycanda gözəllik salonları ilə bərbərxanalar da bağlandı - Rəsmi
Xankəndi sakinlərinin 70 faizi şəhərdən qaçıb
“Zirə” – “Keşlə” matçında 5 qol, 3 “qırmızı” - Video
Vilayət Eyvazov müşavirə keçirdi - Tapşırıqlar verdi
“Bu dövlət qurumu imtahanların təşkilinə xərc çəkmədən böyük pullar qazanır” - VİDEO
Yeni sədr “Space” TV-ni niyə tərk etdi? (SƏBƏBLƏR)
İlham Əliyev: "Nə oldu bəs status? Cəhənnəmə getdi status!"
Məşhur futbolçu həbs edildi
Evdən çıxan iki koronavirus xəstəsi vəfat edib
Azərbaycanda bir gündə 2104 nəfər COVID-19-dan sağalıb, 1213 nəfər yoluxub, 21 nəfər vəfat edib
Azərbaycanda restoranda toy məclisi keçirən şəxslər həbs edildi
Azərbaycan istehsalı olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı
İyunun 21-i Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Arutyunyana cinayət işi açıldı
Yeni il gecəsi restoranlarda bayram tədbirləri qadağandır! - XƏBƏRDARLIQ
Kəmalə Piriyeva: “Ola bilər ki, heç vaxt ailə qurmayım” - VİDEO
Azərbaycanın işğaldan azad olunan ərazilərinə polis şöbələri köçürülür
{sape_links}{sape_article}