Son dəqiqə
13-01-2022, 10:02
417

Malik Babayev Beynəlxalq Bankın pulları hesabına təmir etdirdiyi oteli satır

Malik Babayev Beynəlxalq Bankın pulları hesabına təmir etdirdiyi oteli satır


Rusiyanın Peterburq şəhərində Dövlət Ermitajının rəsmi oteli olan “The Hermitage Hotel” 2,7 milyard rubl start qiyməti olmaqla hərracdan satışa çıxarılır. Bu haqda “Torgi-ru” resursu bildirir.

Şəhərin mərkəzində, Pravda küçəsində yerləşən otelin ümumi sahəsi 11 min 419 kvadratmetrdir, səkkiz mərtəbəlidir və yerləşdiyi torpaq sahəsi ilə birlikdə satılır. Hərrac yanvarın 26-na təyin edilib.



Otelin mülkiyyətçisi “Beynəlxalq Baltik İnvestisiya Şirkəti” ASC-dir. Bu cəmiyyətin səhmlərinin 70 faizi Azərbaycan vətəndaşına, qalan 30 faizi Rusiya vətəndaşına məxsusdur. Otel 2013-cü ildə Azərbaycan Beynəlxalq Bankından ayrılan on milyonlarla dollar kredit hesabına əsaslı təmir edilmişdi. Lakin həmin kredit qaytarılmayıb və Azərbaycan Beynəlxalq Bankı “Beynəlxalq Baltik İnvestisiya Şirkəti” ASC barəsində üç dəfə müflisləşmə iddiası qaldırmağa cəhd edib. Lakin məhkəmə iddiaları təmin etməyib.

Məlumat üçün deyək ki, “The Hermitage Hotel”lə bağlı mübahisələr illərdir davam edir. Otelin əsas mülkiyyətçisi olan həmin Azərbaycan vətəndaşının adı Malik Babayevdir. Malik Babayev oteli daha əvvəlki sahibindən - qida sənayesi işçilərinin Mədəniyyət evindən 4,1 milyon dollara almışdı. Və Peterburqdakı məşhur Ermitajla anlaşaraq muzeyin adının otelin adı kimi istifadə edilməsinə razılıq alıb, əvəzində muzeyə müəyyən məbləğ ödəməyə razılaşıb.



O, sovet dövründə məşhur olan, ancaq sonradan baxımsız vəziyyətə düşən uçuq-sökük oteli aldıqdan sonra binanı restavrasiya etmək üçün Azərbaycan Beynəlxalq Bankından illik 12 faiz olmaqla dollarla kredit götürüb. Babayevin bankdan nə qədər kredit götürdüyü məlum deyil. Ancaq ekspertlər hesab edir ki, binanın restavrasiyasına və təmirinə azı 35-40 milyon dollar xərclənib.



Lakin bu kredit geri qaytarılmayıb və Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” tərəfindən mülkiyyətə həbs qoyulmasına dair məhkəmə iddiası qaldırılıb.. Bankdan o zaman bildiriblər ki, Babayevin şirkəti borc öhdəliklərini yerinə yetirmək istəmir. Borcun ödənilməsi xeyli müddət gecikdiyinə görə bank Babayevin girov qoyduğu əmlakı - oteli müsadirə etmək üçün iddia qaldırıb.

Malik Babayev Peterburqda daşınmaz əmlak sahəsinə investisiya qoyan biznesmendir. O, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin biznes-kompanyonlarından hesab olunurdu. "Beynəlxalq Baltik İnvestisiya Şirkəti"ni onunla birlikdə “MBA-Moskva” təsis etmişdi /virtualaz.org/

Digər xəbərlər

"Korrupsiya idarəsi Şabran xəstəxanasında əməliyyat keçirsin" - VİDEO
“Ziraat Bank Azərbaycan”da yenə Avni Dəmirçi sindromu yaşanır?
Azərbaycan yığmasının Rusiya ilə oyunlarının nəticələri ləğv olunub
“IDEA” paytaxtın Sabunçu rayonunda yeni “Bizim Həyət”in açılışını edib
Yasamal sakinləri səhəri belə açdı.
Gülməmmədova keçmiş MTN işçisini elə bir problemə salıb ki... -
Muxtar Babayevin diqqətinə: Qırmızı Kitaba daxil olan agaclar məhv edilib, yerində restoran tikilib -
“Ukrayna məğlub olsa, Avropa da süqut edəcək” - Zelenskidən çağırış
Ərəb şeyxinə ərə gedən Zeynəbin dramı: O haradadır?
"Polat Yol Yapı" işçilərin MAAŞINI VERMİR... - VIDEO
Daşkəsəndə 48 yaşlı kişi zəhərlənmədən öldü
Soyuqdan dondu, 6 saat sonra dirildi — nadir hadisə - fotolar
Onlar NATO-nu təhdid edir -
İki məşhur klinikanın adından yazılan 100-ə yaxın COVID-19 testi saxta çıxdı
Azərbaycanda ötən il intihar etmiş şəxslərin sayı açıqlanıb
Ceyhun Bayramov Litvanın ölkəmizdəki səfirini qəbul edib -
Gəncə DYPŞ rəisinin bu günki idarəçiliyi əksəriyyətə örnək ola bilər
“Ömür boyu pulum olmayıb, bu gün də cibim boşdur” - Siyavuş Novruzovla maraqlı MÜSAHİBƏ
Bu gün Şuşada «Xarıbülbül» musiqi festivalı başlayır
Ermənilərin sıradan çıxarılan texnikası
Səhiyyə Nazirliyi koronavirusa qarşı evdə müalicə prosesinə aydınlıq gətirib
Qaz limiti ilə bağlı mühüm - Açıqlama
Prezident: “Bilirəm ki, xalq qovmaqla bağlı sözlərimi bəyənib”
Əfqanıstandakı iflasın ardınca Bayden postsovet məkanına yönələ bilər
Koçaryan koronavirusa yoluxdu, Moskva səfəri təxirə düşdü
“Azərbaycanlı general”ın Xocavənddəki evi - VİDEOREPORTAJ
ADIF ləğv prosesində olan banklara borcu olanlara müraciət edib
Zəngilanın Cahangirbəyli kəndindən görüntülər - VİDEO
Bu il Azərbaycanda baş verən zəlzələlərin sayı açıqlanıb
Prezident xalqa müraciət etdi - TAM MƏTN
{sape_links}{sape_article}