Son dəqiqə
20-01-2022, 13:31
453

Qubadlıdan keçib Ermənistana yük daşıyan İran TIR-ları azalıb?

Qubadlıdan keçib Ermənistana yük daşıyan İran TIR-ları azalıb?


Ermənistanın dövlət gəlirləri Komitəsinin sədri Rüstəm Bədəsyan ötən gün yanvarın 19-da jurnalistlərə bildirib ki, Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsi ilə hərəkət edən İran yük maşınlarının sayı azalıb.

Erməni məmurun iddiasına görə, İran yük maşınlarının böyük hissəsi alternativ Tatev-Kafan yoluna üstünlük verir. Bədəsyan deyib ki, erməni tərəfi Gorus-Qafan yolu üzərində gömrük məntəqəsi yerləşdirib və İran yük maşınları bu yoldan istifadə edə bilərlər. Lakin yükdaşıyanlar artıq xərcə düşmək istəmir və Azərbaycan tərəfinə 130 dollar tranzit yükdaşıma vergisi ödəməmək üçün alternativ yoldan istifadə edilər.



“Döngələrdən yan ötməyə imkan verən yeni yol haqda da danışılır. Bu yol çəkilsə Gorus-Qafan yolu bağlana, oradan yük axını ümumiyyətlə kəsilə bilər”, - Bədəsyan belə deyib.

Bəlli olduğu kimi, 2020-ci ilin dekabrında Ermənistan ordusunun qalıqları Qubadlı rayonunun ərazisini tam tərk edib və beləliklə də Azərbaycan bu istiqamətdə öz dövlət sərhədinə nəzarəti ələ alıb. Bununla da hələ sovet dövründə çəkilmiş Gorus-Qafan avtomobil yolunun Qubadlının Eyvazlı və Çayzəmi kəndləri arasından keçən təxminən 23 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə keçib. 2021-ci ilin yay aylarında Azərbaycan Gorus-Qafan yolu üzərində gömrük və sərhəd postları yerləşdirib, tranzit yükdaşımalara dair normalara əsasən bu yoldan keçib Ermənistana yük daşıyan İran TIR-larından gömrük rüsumu tutmağa başlayıb.



Ermənistan Tatev kəndindən Qafana tələm-tələsik alternativ yol çəkməyə başlayıb, lakin bu yol mürəkkəb dağlıq ərazilərdən keçdiyinə görə ağırtonnajlı yük maşınlarının hərəkəti üçün əlverişli deyil. Ona görə də İran yükdaşıyanları qəzadan qaçmaq üçün Azərbaycan gömrüyünə rüsum ödəyərək Gorus-Qafan yolundan istifadə etməkdə davam edirdi. Nəticədə Azərbaycan tərəfi təxminən üç ay ərzində Eyvazlı gömrük postunda 1,2 milyon dollara yaxın gömrük rüsumu toplaya bilmişdi.

Bu baxımdan indiki sərt qış aylarında İran TIR-larının əksəriyyətinin Tatev-Qafan alternativ yoluna yönəldiyi haqda erməni məmurun dedikləri inandırıcı deyil. Elə müxalifətdə olan “Ermənistan” blokundan deputat Artur Xaçatryan da buna inanmır. O, ötən gün jurnalistlərə bildrib ki, Gorus-Qafan yoluna alternativ çəkilən yol artıq dağılmağa başlayıb. O deyib ki, hökumət alternativ yolun çəkilməsinə Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində gömrük nəzarəti tətbiq edilməsindən sonra başlayıb və tikinti işləri tələm-tələsik aparılıb.

Hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Marina Kazaryan bunu inkar etməyib, deyib ki, yolun 6-7 sahəsində müəyyən problemlər yaranıb. Bu da tikinti işlərinin tələsik aparılması ilə bağlıdır. “Bu yolla 40 tonluq avtomobillər hərəkət etməlidir. Bu, dövlətlərarası şosse deyil, kənd yoludur və beynəlxalq əhəmiyyətli şosse normalarına cavab vermir”, - Kazaryan etiraf edib. Və belə vəziyyətdə Ermənistan vətəndaşlarına hansı yolun qaldığını izah etməyib.

Vəziyyətdən çıxış yolu isə əlbəttə ki, Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsindən istifadə etməkdir. Yəni hökumət rəsmilərinin optimist proqnozlarının əksinə olaraq İran TIR-ları əsasən bu yoldan istifadə etməli olacaqlar.

Digər xəbərlər

“Rusiya Qarabağı münaqişəli zona kimi saxlamaq istəyir“ - İqbal Ağazadə
“Survivor” iştirakçılarının koronavirusdan xəbəri yox imiş - Video
Ramiz Mehdiyev seçkidə də uduzdu
"Suqovuşan” elektrik stansiyalarından görüntülər
Prezident: “Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcək”
Rəbiyyə Məmmədova: "Madər Musayevin namizədliyi ləğv edilsin"
Düşmənin Tərtər və Goranboya top atəşləri iki mülki şəxsin yaralanmasına səbəb oldu
Oqtay Şirəliyevdən xəbər var
Səhlənkarlıq etdi. Evsiz qalacaqdı...
Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı açıqlandı
Ərdoğanla Trüdo arasında telefon danışığı olub
Buraxılış imtahanının nəticələri açıqlandı
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI
Belarusdakı aksiyalarda azərbaycanlı şəxs saxlanıldı: Ukraynaya deportasiya olundu
Bakı İslam Universitetinin diplomları tanınmır? - Rəsmi açıqlama
Göyçaylı Qazi icra başçısından narazıdır
Kamran Əliyev hərbi prokuroru vəzifədən uzaqlaşdırdı
Bu gün Xalq artisti Afaq Bəşirqızının doğum günüdür
Yaponiyada intihar artdı: Tənhalıq Məsələləri naziri vəzifəsi yaradıldı
“Avroviziya”nın bütün finalçıları bəlli oldu
Ramin Bayramlı TƏBİB-dən niyə getdi? -
Fazil İsmayılovun Gəncə Dövlət Universiteti arzusu - İTTİHAM
Peyvənd olunmayan müəllimlərə dərs saatı verilməyib?
Şəkidə kişi özünü ülgüclə doğradı
“Memar İnşaat-2017” MMC-dən Prokurorluğa ŞİKAYƏT OLUNACAQ - Tikinti məqsədilə ağacları kəsiblər
SON DƏQİQƏ! Sabahki günlə bağlı əhaliyə xəbərdarlıq edildi
Biləsuvarın ədalətsiz YEZIDI - VİDEO
"Sürücüləriniz 'hoqqa çıxarır', cənablar..." - "Sürücüyə deyəndə..."
Türkiyə daha 2 şəhid verdi - 4 yaralı
Koçaryan: “Azərbaycanla diplomatik münasibətlər qurulmalıdır”
{sape_links}{sape_article}