Son dəqiqə
22-01-2022, 20:48
324

DİN-dən həyacan təbili: Narkotiki əvvəlcə pulsuz təklif edirlər, sonra...

DİN-dən həyacan təbili: Narkotiki əvvəlcə pulsuz təklif edirlər, sonra...


"Son bir neçə ildə sosial şəbəkələr üzərindən narkotik vasitələrin satışı daha da aktuallaşıb və intensivləşib. Xüsusilə də Vətən müharibəsindən sonra xaricdə yaşayan narkotacirlər və Azərbaycanı istəməyən qüvvələr gənc nəslə qarşı bu cür xüsusi əməliyyat keçirir”.

XəbərTv.info məlumat verir ki, bunu DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov AzTV-nin efirində yayımlanan "Gəncsən” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, sosial şəbəkələrdə narkotik vasitə satışı terror hadisəsi kimi qiymətləndirilə bilər:

"Azərbaycan gəncliyinin şücaətinin davamı olaraq onlar daha böyük uğurlar əldə edə bilərlər. Lakin bunun qarşısını almağa çalışan qüvvələrin sosial şəbəkədəki müharibəsi hələ də davam edir. Narkotacirlərin bu müharibəsi poliqonlardan sosial şəbəkələrə köçürülüb. Söhbət xüsusilə xaricdəki narkotacirlərdən gedir ki, biz onların bir qisminin kimliyini müəyyən edə bilirik, bir qisminin yox. Bizim əsas mübarizə prinsipimiz onların ölkə daxilində özlərinə narkokuryer seçdikləri şəxslərdir.

Onlar ölkə daxilində narkokuryer axtarışına keçərək yanlış məlumatlar verir və bu da gənclərin psixologiyasına təsir edir”.

Polis mayoru qeyd edir ki, gəncləri narkotik vasitə istifadəsinə sövq etmək üçün narkotiklər ilk dəfə pulsuz təklif olunur:

"Bu çox ciddi məqamlardan biridir. Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklər olur ki, bundan öncə narkotacirlərin toruna düşən şəxslərin narkotik vasitələrlə təması başlayır. Narkotik vasitələr müəyyən yerlərə yerləşdirilir və bu yeni tora düşən gənclər də gedib onları götürür. Daha sonra artıq narkotik maddənin müqabilində pul tələb edilər. Belə-belə bu şəbəkələrin üzvləri artır. Onların əksəriyyəti sonra peşmançılıqlarını dilə gətirirlər. Onlar elə bilməsin ki, sosial şəbəkə üzərindən hərəkət etdikləri üçün kimlikləri müəyyənləşdirilməyəcək. Daxili işlər orqanlarında narkomaniya ilə mübarizə çərçivəsində mütəmadi olaraq aparılan tədbirlər öz nəticəsini verir”.

Digər xəbərlər

DİN-dən “Nida”çı gəncin saxlanılması ilə bağlı açıqlama
Bu gündən I sinfə qəbulla bağlı məktəb seçimi prosesinə başlanılır
Şamaxının Quşçu kənd sakinlərindən Prezidentə müraciət
Rusiya sülhməramlıları Xankəndiyə daxil oldu
Prezidentin Köməkçisi: “Paşinyan Səddam Hüseynin taktikasını təkrarlayır” - FOTO
Bu proqramları telefonunuzdan təcili silin...
Bu günün hava proqnozu
4 min manata satılmış bələdiyyə sədrliyinin təfərrüatları
Azərbaycan nefti ucuzlaşıb
BÖYÜK QƏLƏBƏ: Rusiyanın bütün hərbi gəmiləri Ukrayna sahillərindən uzaqlaşdı
Kömür mədənində qəza
Paşinyan reytinqdə sabiqləri geridə qoydu - RƏQƏMLƏR
İranda 11 deputat koronavirusa yoluxub
Kəlbəcərin Almalıq kəndindən görüntülər - VİDEO
Türkiyədə fransız qadın terrorçu saxlanıldı
Azərbaycanda gəncə dəhşətli sürpriz - VİDEO
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi
Toylar da təxirə salınacaq? - VİDEO
Bakıda qəzalı vəziyyətdə olan məktəb bağlanıb - Fotolar
ABŞ-ın məşhur supermarketlər şəbəkəsində Azərbaycan bayrağı asılıb
Prezident: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq!”
"Prostokvaşinonun qayıdışı" cizgi filminin yeni seriyası "YouTube" kanalında
Azərbaycanda futbolçu dəhşətli qəzada öldü - FOTO
Qusarda toy mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Nazir icra başçısının oğluna yüksək vəzifə verdi -
Erməni döyüşçü: "Deyirlər ki, 1500 erməni əsgəri 5-6 Azərbaycan əsgərinin qarşısından qaçdı. Bəli, qaçırdıq"
Günün qoroskopu - 25.11.2019
Bakıya sərnişin daşımaq istəyirdi, həbs olundu - Foto
Tofiq Yaqublunun azadlığa buraxılmasına dair vəsatət verildi
Elmar Vəliyev ağlını itirib?
{sape_links}{sape_article}