Son dəqiqə
26-01-2022, 18:16
539

Mədəniyyət idarəsinin baş məsləhətçisindən mədəniyyətsiz davranış

Mədəniyyət idarəsinin baş məsləhətçisindən mədəniyyətsiz davranış

Mədəniyyət dedikdə, insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı, həmçinin nəsildən-nəsilə ötürdüyü maddi və mənəvi dəyərlərin toplusu nəzərdə tutulur.

Bundan əlavə, mədəniyyətə hər bir insanın az və ya çox dərəcədə əldə etdiyi bilik və vərdişlər, savad və tərbiyəsi, eyni zamanda yaradıcılıq və mənəvi-əxlaqı və s. daxildir. Mədəniyyət təkcə insanın mədəni görünməsi üçün deyil, həm də insanın daxilində, varlığında, rəftar və hərəkətlərində özünü göstərməlidir. Faktdır ki, mədəni davranış, mədəni yanaşma və etika kimi anlayışlar uzun əsrlər boyu mövcud olmuş və bu gün də öz aktuallığını saxlamaqdadır. Bu anlayışlar cəmiyyətdə insanların əxlaqa əsaslanan davranış qaydalarını, ünsiyyət formalarını, həmçinin insanın daxili və xarici mədəniyyətini özündə ehtiva edir.

Bundan əlavə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunun 6.2.-ci hissəsində qeyd olunub ki, dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. O halda sual oluna bilər ki, Qanunun belə bir tələbinin olduğu halda, görəsən Bərdə Regional Mədəniyyət idarəsinin Yevlax şəhəri üzrə nümayəndəsi, baş məsləhətçi Rafiq Məmmədovun KİV nümayəndəsinin ünvanladığı suala verdiyi cavaba nə ad vermək olar?

Son günlər bir çox media qurumlarında, sosial şəbəkə istifadəçilərinin facebook səhifələrində və s. Yevlax Mədəniyyət Mərkəzinin əməkdaşı Rafiq Məmmədovun mədəniyyətdən kənar danışığı ölkə gündəmini zəbt etməkdədir. Buna əsas səbəb, adı çəkilən bu dövlət qurumunun əməkdaşı Rafiq Məmmədovun, xəbər saytlarından birinin əməkdaşının “Başda İlyas Hacıyev olmaqla Zöhrə Adıgözəlova, siz və Eldəniz müəllim işçilərin maaşlarına əlavə əmək haqqı yazırsınız, sonra da həmin pulları geri alırsınız?” sualına qarşı tərəfin son dərəcə vulqar və əxlaqdan uzaq bir cavabı Bərdə Regional Mədəniyyət idarəsində hökm sürən ab-havanın və həyata keçirilən idarəçiliyin mahiyyətini göstərir. Çünki, Bərdə Regional Mədəniyyət idarəsinin Yevlax şəhəri üzrə nümayəndəsi, baş məsləhətçi Rafiq Məmmədov özündə arxayınçılıq tapmasaydı, o heç bir halda jurnalistin ünvanladığı suala bu cür də cavab verməzdi. O halın varlığına diqqət yetirmək lazımdır ki, bu şəxs uzun illər ərzində mədəniyyət sahəsində çalışıb saçını-saqqalını ağartsa da, hələ də adicə mədəni davranış qaydalarını nümayiş etdirə bilmir. Əslində bu cür yanaşmanın varlığı, Bərdə Regional Mədəniyyət idarəsində və onun tabeliyində fəaliyyət göstərən Yevlax Mədəniyyət Mərkəzində bənzəri olmayan fəlakətin işartılarından xəbər verir.

Onu da qeyd edək ki, bugünə kimi geniş ictimaiyyətdə belə bir düşüncə formalaşıb ki, mədəniyyət sahəsində çalışanlar olduqca mədəni və əxlaqlı olurlar, hər kəsə qarşı nümunəvi davranış və yanaşmaları ilə fərqlənirlər. Yevlax mədəniyyət mərkəzinin əməkdaşı Rafiq Məmmədovun jurnalistin ünvanladığı suala verdiyi cavab isə, artıq bu yöndə formalaşmış düşüncələri tamamilə altüst etməkdədir. Çünki, ortada real faktlar və bu şəxsin əxlaqdan kənar ifadə etdiyi səsyazıları var.

Düşünürük ki, Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2021-ci il tarixli Sərəncamı ilə, mədəniyyət naziri vəzifəsinə təyin olunan cənab Anar Kərimov, artıq ölkəmizin mədəniyyət sahəsinin “üzqarası” hesab olunan Yevlax mədəniyyət mərkəzinin əməkdaşı Rafiq Məmmədovun əməllərinin araşdırılması yöndə, aidiyyatı üzrə lazımi tapşırıqlarını verəcək. Yəqin ki, o halda adı çəkilən bu şəxs ətrafdakılarla necə davranmağın mədəni qaydalarını mədəni formada başa düşəcək.



P.S Yazını ictimaiyyətə açıqlamazdan əvvəl qarşı tərəfin mövqeyini öyrənmək məqsədi ilə əməkdaşımız Rafiq Məmmədovla əlaqə yaradaraq baş verən danışıqla bağlı onun fikirlərini öyrənmək istəyib. Rafiq Məmmədov jurnalisti təhqir edib soydüyündən peşman olmadığını, əksinə olduqca məmnun olduğunu dilə gətirib. Sitat: Bəli, söymüşəm, düz etmişəm, onun verdiyi o sualın cavabı da belə olmalıydı.

XəbərTv.info

Digər xəbərlər

Gəncədə avtoxuliqanlıq edən sürücü həbs olundu
Təhsil Nazirliyi: 8 və 16 may dərs günü olacaq
72 yaşlı milyonçu Əmiraslanov yenə necə deputat olur? – Şok faktlar…
Röyadan qeyri-adi tərzli FOTOSESSİYA
Aysel Şükürova boşandığına peşman olub: “Üzr istəmək keçir içimdən...”
İTV AK prezidentinin müstəqil media barədə çıxışını dəyişdirdi –
Düşmən rayonlarımızı atəşə tutur
Şahmatçımız beynəlxalq turnirin qalibi oldu
Heç bir texnikası və işçisi olmayan MMC Zərdabda necə yol çəkir?
“Ermənistan 1 “S-300” qiymətinə 5 illik pensiyaları verə bilərdi”
Sabahın hava proqnozu AÇIQLANDI
Bakıda azyaşlını döyən şəxs buna müdaxilə edən iki qardaşı da beşbarmaqla döyüb
Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı günüdür
Rusiya universitetində ATIŞMA -
Əli Həsənovun daha bir yaxın qohumu vəzifəsindən azad edildi
Qaziyə "kül təpənə" deyən "XEYİRSEVƏR" Tolik - ETİRAZ
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
Yoluxanların sayı açıqlandı
“Bunu heç yerdə deməmişəm” - Nazilə Səfərli və Könül Kərimova arasında “villa qalmaqalı”
Bu tarixdən bağça, məktəb və universitetlər tətilə çıxır
Yevlax rayon xəstəxanasında baş həkimin otağına yol tualetdən keçir
Ermənistan təxribatı nəticəsində bir ailənin 5 üzvü həlak olub
Şəki Penitensiar Müsəssisəsinin rəisi Seyidova TABE OLMUR?
Gəncənin icra başçısı axtarılır-Milyonlar isə…-VİDEO+FOTO
Türkiyə səhiyyə nazirindən dördüncü dalğa barədə XƏBƏRDARLIQ
Gəncə Dövlət Universitetində korrupsiya qalmaqalı
Türkiyənin Daxili İşlər naziri istefa verdi
Azərbaycanlı “qanuni oğru”lar yenə savaşır: Quli klanının gəncəli “oğru” ilə düşmənçiliyinin səbəbi…
Göyçayın mərkəzi küçələri zibilliyə qərq olub - VİDEO
Tovuzda RƏSMİ TALAN... - ARAŞDIRMA
{sape_links}{sape_article}