Son dəqiqə
Cəmiyyət / Manset
6-02-2022, 08:28
456
Kəlbəcər məktəbində biabırçılıq -Qadın direktor kişi müəllimi söydü
Azərbaycanda qadın direktor kisi müəllimi söyüb.
XəbərTv.info məlumat verir ki, müəllimlərdən biri onun dərs saatının kəsilməsinə etiraz edib.
Bu zaman direktor onu təhqir edib və otaqdan çıxmayacağı təqdirdə müəllimi öldürtdürəcəyini bildirib.
Göygöl rayonunda fəaliyyət göstərən Kəlbəcər rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmraslanovanın Ramiz adlı müəllimi təhqir etməsi ilə bağlı araşdırma başlanılıb.
Bu barədə APA-ya Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Namiq Rəcəbov məlumat verib. “Hadisə barədə günorta saatlarından məlumatım var. Nəzərinizə çatıdırım ki, həftənin 6-cı günü bizdə istirahət günüdür. Məktəblər və idarə 5 günlük rejimdə çalışır. Məsələ nəzarətimizdədir. Birinci gün araşdırma aparılacaq və fakt təsdiqini taparsa, o zaman lazımı tədbirlər görüləcək, məsələyə hüquqi qiymət veriləcək”.