Son dəqiqə
6-02-2022, 10:15
401

Deputat Feyziyev - adi “Mauqli” banderloqu

Deputat Feyziyev - adi “Mauqli” banderloqu

Müəllif: Elnur Eminoğlu

Britaniya banklarında deputat və biznesmen Cavanşir Feyziyevin milyonlarının aşkar olunması barədə xəbər partlayan bomba effekti yaratdı. Həmin bombanın qəlpələri Feyziyevin təkcə sifətini doğramadı, həm də baş beynini zədələdi. Deputat sifətini həmişəlik itirdi, bəs onun beynini və onunla bağlı olan düşüncə prosesini bərpa etmək mümkün olacaqmı? Azərbaycan jurnalistlərinin permanent olaraq pulların yuyulmasında, saxta və keyfiyyətsiz dərman ticarətində, tütün məmulatlarının idxalının inhisarı sxemində iştirakda ittiham etdikləri deputatın vəziyyətinə qibtə etmək mümkün deyil.



Cavanşir Feyziyev banderloqa çevrilib...

Britaniya ədliyyəsi Cavanşir Feyziyevin banklardakı milyonlarla funt-sterlinqini təkcə aşkar etmədi, həm də onların Londona çirkli korrupsiya sxemi ilə daxil olduğunu sübuta yetirdi. Təkrar edirik, söhbət hansısa jurnalistin və ya britaniyalı lordun ittihamından yox, şübhə üçün heç bir yer qoymayan məhkəmə qərarından gedir. Üstəlik, Feyziyev sıradan deputat deyil, Böyük Britaniya və İsraillə parlamentlərarası dostluq qrupunun rəhbəridir. Belə vəziyyətdə dünyanın başqa ölkələrində abırlı və özünə hörmət bəsləyən deputat nə edərdi? Əlbəttə, biz parlament üzvünün qərarından danışanda Kuba, Şimali Koreya və ya Nikaraquanı nəzərdə tutmuruq. Halbuki o ölkələrdə də mandatı əlindən alıb, arxasından təpik vuraraq on il müddətinə həbsə göndərərdilər. Feyziyev və onun kimi deputat-biznesmenlər ən yaxşı halda mandatını itirər və mülki edam ayininə məruz qalardı. Lap Çernışevski kimi.

Bəs Feyziyev nə edir? Deputatın yüyənsiz davranışını ağılla və məntiqlə izah etmək qeyri-mümkündür. Məhkəmə qaydası ilə fırıldaqçılıqda və korrupsiyada ifşa olunan deputat banderloq kimi Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin üzərinə atılır. Feyziyev modern som adlanan, senzuradan keçməyən üz ifadəsinə malik müxbir tərəfindən idarə olunan (birbaşa mənada dağdan Bakıya enib) papuas saytda qəzəbli çıxış edərək nüfuzlu jurnalistləri, ictimai xadimləri, QHT rəhbərlərini təhqir edir. Söhbət London məhkəməsinin hökmündən sonra Feyziyevi haqlı tənqidə tutan ictimai xadimlərdən gedir.

Deputat əvvəlcə quyruq büzərək hakimiyyət saytında sonradan silinən bəraət qeydi vasitəsilə ictimaiyyətin gözündə özünə haqq qazandırmağa cəhd göstərir. Ancaq alınmır. Ən yaxşı müdafiə - hücumdur. Üstəlik Londonda banderloq Feyziyevin quyrğunu qoparıblar. Çox ağrıdır və xilas etməyə heç nə yoxdur. Feyziyev isə Rauf Arifoğlunu, Eynulla Fətullayevi, Xalid Kazımlını, Əvəz Zeynallını, Xədicə İsmayılovanı, Zaur Qəriboğlunu, Elnur Məhərrəmlini, Osman Gündüzü, Sevinc Telmanqızını və Azərbaycanın vətəndaş cəmiyyətinin bir çox hörmətli nümayəndəsini təhqir etməyə keçir. “Reketdirlər, cibgir oğrular, yalançılar, fırıldaqçılar, Qərb agenturası, satqınlar…” Və Londondakı səs-küylü prosesdən bəhs edən jurnalistləri və vətəndaş fəallarını həzm olunmayan bu cür epitetlərlə mükafatlandırır. Həzmə yararsız epitetlər ictimai ishal doğurur. Və hər tərəfi Feyziyevin qoxusu basır!

İcazənizlə, oğurluqdan başlayaq. Yaddaşımız aldatmırsa, oğurluq və korrupsiyada jurnalistlər yox, deputat Feyziyev və onun ailə üzvləri ittiham olunub. London məhkəməsinin hökmünə əsasən, Cavanşir Feyziyev, onun həyat yoldaşı, qızı, oğlu və hətta qardaşı oğlu pulların yuyulması ilə bağlı cinayətkar fəaliyyətlərini gizlətmək üçün Estoniya və Latviyada qurulmuş saxta şirkətlər vasitəsilə cinayət törədiblər. Söhbət sadəcə korrupsiyadan yox, Feyziyevin bütün ailəsinin cəlb olunduğu mütəşəkkil cinayətkar qrupdan gedir! Rahat anlaşılsın deyə yüzüncü dəfə təkrarlayaq: Azərbaycan məhkəmələri də daxil olmaqla heç bir məhkəmə bizi ittiham etmir - ittiham olunan Feyziyevdir! Və fırıldağın miqyası dünya ictimaiyyətini necə şoka salıbsa, dünyanın aparıcı nəşrlərinin hamısı (!!!) baş məqalələrini bu səs-küylü korrupsiya qalmaqalına həsr edib.


Feyziyev necə davranmalıydı? Əslində sualın qoyuluşu doğru deyil. Feyziyevin yerində ləyaqətli şəxs necə hərəkət edərdi? Səhvlərini boynuna alar, üzr istəyər, deputat mandatını təhvil verər, sonra da ölkənin siyasi üfüqlərindən həmişəlik yox olardı. Feyziyev isə Bakının havasını korlamaqda davam edir! Ekologiya Nazirliyinə müraciət etməyin vaxtıdır!!!

Feyziyevin əlini daha sıxmaq olmaz. Onun əlləri hər gün Bakıdakı iki alman aptekinin qarşısına toplaşaraq ağlagəlməz baha qiymətə həqiqi dərman almaq üçün növbəyə duran milyonlarla bakılının və azərbaycanlının qanına batıb. Çünki yerdə qalan apteklərdə dərmanlar saxtadır. Feyziyev və onun kimiləri öz milyonlarını saxta dərmanların idxalından qazanıb. Orta əsrlərdə bu cinayətinə görə Feyziyevi əllərindən və ayaqlarından bağlayıb ətraflarını əks istiqamətlərə dartıb uzadardılar. Əvvəlcə qığırdaq toxumaları dağılardı, sonra isə ətrafları qopardı. Sonda isə duzla isladılmış tikanları onun kürəyinə batırardılar.


Orta əsrlərdə bu aləti Feyziyev kimi xəzinə oğruları və yalançılar üçün düşünüb hazırlamışdılar...

Yeni orta əsrdə isə biz sadəcə Feyziyevlə bağlı London məhkəməsinin hökmünü ictimaiyyətin mühakiməsinə çıxarmışıq. Onun dərin yaralarına virtual olaraq duz səpmişik… Əzablarımıza və yaxınlarımızın əzablarına görə!

Deputat buna tab gətirməyib vəhşi və təhlükəli banderloqa çevrilib, dişlərini qıcayıb və qapmağa başlayıb. Bu cür banderloqları isə sivil dünyada sterilizasiya edərək əvvəlki yaşayış yerinə buraxırlar.

Özündən çıxmış banderloqun strelizasiyası üçün mexanizmi düşünüb tapmaq lazımdır…
/haqqın.az/

Digər xəbərlər

DGK-da FÖVQƏLADƏ VƏZİYYƏT - Bu il ŞİŞİRDİLMİŞ PLANI ödəyə bilməyəcəklər...
Azərbaycanda film kimi OLAY: Qadın evini təmir etdirdiyi ustası tərəfindən aldadıldı - VİDEO
“Barsa” fikrini dəyişdi: Qrizmanı geri göndərib “Atletiko”nun digər ulduzunu almaq istəyir
Siyəzənin halına dəsmal götürüb AĞLAYAN LAZIMDIR... -
Dövlət büdcəsinə işğaldan azad olunmuş ərazilərin yenidənqurması ilə bağlı düzəlişlər daxil ediləcək
Aylar öncə itkin düşmüş hərbçimizin şəhid xəbəri gəldi - FOTO
Kəlbəcər məktəbində biabırçılıq
Hikmət Hacıyev ermənilərin “fake” “suriyalı döyüşçü” yalanını ifşa etdi
Sabirabadın icra başçısının ev hədiyyə etdiyi xanım kimdir?
Prezidentdən Şuşaya çəkilən yolla bağlı sərəncam
Prezident Şuşada inzibati binanın əsaslı təmiri ilə tanış oldu -
Ermənilər dövlət qurumlarının binalarını atəşə tutdu: 7 nəfər yaralandı - RƏSMİ
Təyyarədə güclü yanğın baş verdi -
Koronavirusa yoluxan mer komaya düşdü
“Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - RƏSMİ
Respublika Veteranlar Təşkilatı media nümayəndələrin həlak olması ilə bağlı bəyanat yaydı
“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb
Rəqəmsal Mərkəzlərin üstünlükləri
Benzinin qiymətinin ucuzlaşması ilə bağlı SOCAR-dan açıqlama
Qəbul imtahanları nə vaxt keçiriləcək? - DİM-dən canlı yayım
Tovuz istiqamətində düşmən yenidən hücuma keçdi, döyüşlər gedir
Şəkidə 23 yaşlı qadın intihar edib
Bakıda sürüşməyə meyilli ərazilərin SİYAHISI
Müslüm Maqomayevin heykəlinin ucaldılması prosesi niyə uzanır?
İntim görüntülərə görə axundu şantaj edənlər məhkəmə zalında həbs edildi
Telefona gələn bu SMS-lər dərhal silinməlidir
Ramin Bayramlının qohumu jurnalistlərə hücum etdi, villanı çəkməyə qoymadı – ANBAAN VİDEO
Bu gün Şuşanın işğalı günüdür
MN: “Ermənistan tərəfi yenə yalan danışır”
Zəngilan və Kəlbəcərdəki qızıl mədənlərində qazıntılarla bağlı müqavilələr imzalanıb
{sape_links}{sape_article}