Son dəqiqə
7-02-2022, 17:39
340

Milli Kitabxanada “Şuşa İli”nin açılışı tədbiri keçirildi

Milli Kitabxanada “Şuşa İli”nin açılışı tədbiri keçirildi

Fevralın 7-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Şuşa İli”nin açılış tədbiri keçirilib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, tədbirdə nazirliyin Milli Kitabxana ilə birgə çap etdirdiyi “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” və “Xan Şuşinski. Biblioqrafiya” nəşrləri təqdim olunub.

Milli Kitabxananın direktoru Tahir Kərimov kitabxana tərəfindən hazırlanan “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı biblioqrafiyanın Şuşaya həsr edilmiş ilk fundamental əsər olduğunu söyləyib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov 2022-ci ilin çox əlamətdar olduğunu qeyd edib: “Sevinirik ki, əsasının qoyulmasının 270 illiyini 28 il həsrəti ilə yaşadığımız Şuşanın özündə qeyd edirik. Şuşa Azərbaycanın ürəyi, iftixar mənbəyidir. Hazırda məqsəd və vəzifəmiz Şuşanın əvvəlki görkəmini və ruhunu özünə qaytarmaqdır. Buna görə tədbirlər planı hazırlanır. Sənəddə il ərzində keçiriləcək tədbirlərin siyahısı yer alacaq”.

Xan Şuşinskinin qızı, muğam ustadının adını daşıyan fondun rəhbəri Bəyimxanım Cavanşirova-Verdiyeva layihənin əhəmiyyətdən söz açaraq ailəsi adından təşəkkürünü bildirib.

Tədbirin sonunda iştirakçılar Milli Kitabxana tərəfindən hazırlanmış “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır” adlı kitab sərgisi ilə tanış olublar.




XəbərTv.info

Digər xəbərlər

Ukrayna ABŞ-dan milyardlarla dollar iqtisadi yardım istədi
Azərbaycanda sabiq vəzifəli şəxs barəsində cinayət işi açıldı
Müəllimlərin attestasiyası haqqında layihə birinci oxunuşda qəbul olundu
Musa Qurbanlı İsveç çempionatında rəmzi komandaya düşüb
Əli Həsənov Abu Dabiyə qaçması ilə bağlı iddialara cavab verdi
Vəfat etmiş şəxsə QR kodlu məzar daşı QOYULDU – Bu, islamda QADAĞANDIR?
"Neftçi" Avropa Liqasında növbəti mərhələyə yüksəldi
Meyxanaçı Samirə pulsuzluqdan taksi sürməyə başladı
Türkiyə ordusu Suriyada onlarla terrorçunu məhv etdi
Ermənilərin Gəncəyə bu gün atdığı raket 3 nəfəri yaraladı
İlham Əliyevdən Ermənistanın faşist rəhbərliyinə XƏBƏRDARLIQ
Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsinə başlanılıb - FOTO
Mərkəzi Bank işğal altında olan ərazimizi unutdu - FOTOFAKT
Pakistanda sərnişinlə dolu avtobus çaya düşdü
“Barselona” iki məşhur futbolçusunu sata bilər
Daha 2 məktəb distant tədrisə keçdi
Azərbaycan Həkimləri Birliyi bəyanat yaydı
Martda neçə gün evdə olacağıq?
Nərimanov Tibb Mərkəzi ilə bağlı hüquqi araşdırma başladılmalıdır...
Deputat Salyan Xəstəxanasını ana ölümündə ittiham etdi: “Şöbədə əməlli “bazar”dır”
"Bakı, Sumqayıt, Gəncəyə ermənilərin qaytarılması məsələsi qaldırılsa, razılıq verməliyik, çünki…"
Ermənistanda etirazçılar Paşinyanın istefasını tələb edir, saxlanılanlar var - FOTOLAR
Dünya bazarlarında Azərbaycan nefti bahalaşıb
KİV: Azərbaycan Qran-prisi ləğv olundu
Portuqaliyalı cüdoçu yerə düşən telefona görə Bakı turnirindən uzaqlaşdırıldı - VİDEO
Akademik Zərifə Əliyevanın anım GÜNÜDÜR
Hikmət Hacıyev: “Atəşkəs sülh deyil və heç bir zaman ola bilməz”
Müdafiə Nazirliyinin idarə rəisi həbs edildi
Pompeo Rusiyanı ABŞ-ın düşməni adlandırdı
65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür
{sape_links}{sape_article}