Son dəqiqə
9-02-2022, 13:22
448

“Tərtər işi” üzrə istintaq: 281 zərərçəkmiş müəyyən edildi, 4 nəfər həbs olundu

“Tərtər işi” üzrə istintaq: 281 zərərçəkmiş müəyyən edildi, 4 nəfər həbs olundu

Baş prokurorluq ötən ilin dekabrında istintaqı təzələnən “Tərtər işi” barədə yeni rəsmi bəyanat yayıb.

Bəyanatda deyilir ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə icraat təzələnib. Və Baş prokurorun birinci müavini tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu tərəfindən 16 dekabr 2021-ci il tarixdən bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılmaqdadır.

Ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib. Onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin olunub. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən olunub. İş üzrə zərərçəkmiş şəxslərin müəyyən edilərək dindirilməsi prosesi davam etdirilir. 2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar işgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan, habelə qanunsuz olaraq azadlıqdan məhrum edilən, lakin zərərçəkmiş şəxs qismində tanınmayan şəxslərdən Baş Prokurorluğun “961” Çağrı Mərkəzi, habelə 012-361-16-47 nömrəli telefonla əlaqə saxlanılaraq dindirilmələrindən ötrü istintaqa gəlmələri xahiş olunur.

Əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılmış, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş şəxslərlə bağlı cinayət işləri öyrənilərkən müəyyən prosessual pozuntulara yol verilməsi halları aşkar edildiyindən 16 şəxs barəsində 16 cinayət işi üzrə yekun məhkəmə qərarlarının ləğv edilərək işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasından ötrü Baş Prokurorun müvafiq müavini tərəfindən məhkəmələrə apellyasiya protestləri verilib.

Eyni zamanda, Quliyev Elçin Mətləb oğlu barəsində dövlətə xəyanət ittihamı ilə aparılmış cinayət təqibinə öldüyünə görə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qəbul edilmiş 19 dekabr 2017-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan Baş Prokuror tərəfindən ləğv edilmiş və onunla əlaqədar bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmaqla yekun qərarın qəbul edilməsi təmin ediləcəkdir.

Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Ələsgərov Vüsal Əziz oğlu, Ələsgərov Rüstəm Çərkəz oğlu, Qarayev Ramil Fariz oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Axundov Fuad Arazi oğlu CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

“Bununla yanaşı, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, sosial media platformaları istifadəçilərinin, eləcə də cinayət prosesi iştirakçılarının diqqətinə bir daha çatdırılır ki, ibtidai araşdırma məlumatlarının müvafiq icazə olmadan yayılması yolverilməz olmaqla cinayət qanunvericiliyinə əsasən məsuliyyət yaradır, habelə istintaqa təsir göstərmək, cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, qalib Azərbaycan Ordusunun nüfuzuna, dövlət orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli surətdə təhrif olunmuş məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir",-bəyanatda bildirilir.

Digər xəbərlər

İlham Əliyev Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi
“Zəfər” ordeninin statusu məlum oldu
Bakıda iki qızı vəhşicəsinə döyüb yola atdılar
Sabah YAP MSK üzvlüyünə namizədlərini müəyyənləşdirəcək
Erməni silahlılar Bəyanatdan sonra Qarabağa gəlib - FAKT
ŞÖBƏ RƏİSİ GÜNAHI GENERALA, O DA QARALOVA ATDI -
Vüqar Bayramov qardaşının həbsindən DANIŞDI
Qayınana hadisə yerində, qayınata isə xəstəxanada öldü: Prokurorluq dəhşətli cinayət barədə məlumat yaydı
İyulun 15-nə olan hava proqnozu
Rafiq Bayramovla Zakir Sultanovun da həbs müddəti uzadıldı
Xəzərdə zəlzələ oldu
“Ayaks” çempionluq kubokunu əridib
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanıldı - FOTOLAR
DTX açıqladı: Neftçaladakı əməliyatda kimlər tutuldu... - Adlar və vəzifələr/Video
Azərbaycanda general qardaşının özünü ürəyindən güllələməsi ilə bağlı cinayət işi açıldı
Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi keçirilib
Sabah 25 dərəcə isti olacaq
Bakıda vəkil intihar etdi
Saleh Məmmədovun işçisindən ŞOK AÇIQLAMA
Model dəfilə zamanı podiumda yıxılıb öldü - Video
"Kiyevdə 50-yə yaxın səfirlik fəaliyyətini bərpa edir" - Zelenski
Rəsmi iş yeri olmayanlar ömürlük kirayədə qalacaq? -
`QARA MASKALI`lar SDU rektorunun QAPISINI DÖYƏCƏKMİ? -
Zaur Mikayılov kollektivə təqdim edildi
MİDA yeni BAZARLIĞA HAZIRLAŞIR... - Əliniz cibinizdə olsun...
Xudatda narkotik satışına görə iki nəfər TUTULDU
Prezident işdən çıxarılan icra başçılarından danışdı
İpoteka və Kredit Zəmanət Fondundan kirayə mənzillərlə bağlı MÜHÜM AÇIQLAMA
Sakinlər su problemi ilə bağlı yolu bağlamağa cəhd etdi: Saxlanılanlar var
Novxanıda gənclər və yeniyetmələr arasında narkotiki təbliğ edən şəxs saxlanılıb - FOTO - VİDEO
{sape_links}{sape_article}