Son dəqiqə
Aktual
10-02-2022, 09:07
331
Paşinyan faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dedi
Ermənistanın baş naziri Nikol Paşinyan Milli Şuranın bugünkü iclasında çıxış edərkən MDB-nin yaradılması haqqında sazişdə nəzərdə tutulan Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasına dair sazişlərin həyata keçirilməsinin zəruriliyini bəyan edib.
Bu barədə aysor.am xəbər verir.
“Sovet dövründə Ermənistanla Azərbaycan arasında sərhəd var idi, bu sərhəd delimitasiyası aparılıb və 1991-ci ildə Ermənistan və Azərbaycan parlamentləri tərəfindən ratifikasiya olunmuş MDB-nin yaradılması haqqında sazişə əsasən bu sərhədlər tanınıb. Hesab edirik ki, bu razılaşmalar həmin məntiqlə həyata keçirilməlidir”.