Son dəqiqə
10-02-2022, 09:34
363

Hakimin Baş prokurora şikayət etdiyi müstəntiqdən daha bir narazılıq

Hakimin Baş prokurora şikayət etdiyi müstəntiqdən daha bir narazılıq

"Əvvəlcə prokurorluq cinayət işini başlamaqdan imtina etmişdi. Məsələ ictimailəşdikdən və qərardan verilən şikayətdən sonra məhkəmə-mühasibatlıq ekspertizası keçirildi".

Bunu Şəmkir rayonunda yerləşən, yarım milyon manatdan çox pulun mənimsənildiyi deyilən “Zirvə” marketin sahibi Ramin Əliyev “Qafqazinfo”ya növbəti müraciətində deyib. O bildirib ki, ilk müraciətindən sonra Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tədqiqat apararaq 451 000 manat mənimsəmə olmasına dair rəy verib.

Sahibkar yarım milyon manatdan çox pulun mənimsənilməsində işçisi Laura Əliyevanı şübhəli bilir: "Onun pulları mənimsədiyi sübuta yetirilsə də, işi aparan Şəmkir rayon prokurorluğunun müstəntiqi Nicat Məmmədli onu təqsirləndirilən şəxs kimi cəlb etmir.

Artıq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tədqiqat apararaq 451 000 manat mənimsəmə olmasına dair rəy verib. Bundan sonra Nicat Məmmədli məni qəbul edərək rəhbərliyin həmin rəylə razı olmadığını, təkrar ekspertiza keçirilərək rəyin dəyişdiriləcəyini bildirdi. İndi Laura Əliyevanı məsuliyyətə cəlb etməmək üçün formal olaraq əlavə suallar qoyub müxtəlif üsullarla vaxt qazanmaq istəyirlər. N.Məmmədli əlavə etdi ki, “bu məsələni davam etdirsən, biz də sənin barəndə başqa tədbirlər görəcəyik. Çünki bu rəyi elə vergiyə göndərsəm, sənin barəndə vergi yayınması ilə cinayət işi başlanacaq”.

Lauranın mağazamdan oğurluq etməsini təsdiq edən 5 aylıq kamera görüntüləri, 2 audit hesabatı, 1 məhkəmə-mühasibatlıq rəyi, çoxsaylı şahid izahatlarının olmasına baxmayaraq, Şəmkir Rayon Prokurorluğu cinayət işi başlamaqdan imtina edir. Bu azmış kimi şikayətimin geri götürülməsi üçün məni müxtəlif bəhanələrlə hədələyirlər. Müstəntiq prokurorluğun zona üzrə kuratoru vasitəsilə rəyin dəyişdiriləcəyini deyir.

Həmçinin oxuyun: “Yarım milyonluq yeyintinin videosunu vermişik, prokuror müavini işi rədd edir”

Baş Prokuror Kamran Əliyevə müraciət edərək bildirirəm ki, mənim artıq rayon prokurorluğuna inamım qalmayıb. Əvvəlcə rayon prokurorunun müavini, hazırda isə müstəntiq məni hədələyərək geri çəkilməyimi tələb edir. Araşdırmanın Baş Prokurorluqda aparılmasını təmin etməyinizi xahiş edirəm”.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin müraciət əsasında Şəmkir Rayon Prokurorluğunda hazırda araşdırma aparılır: “Araşdırma zamanı izahatlar alınıb, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək rəy alınıb və digər zəruri sənədlər toplanıb.

Lakin, məhkəmə-mühasibatlıq ekspertizasının rəyində ekspert tərəfindən qoyulmuş suallara tam və ətraflı cavab verilmədiyindan, əlavə ekspertiza təyin olunub.

Bundan əlavə, sahibkar Ramin Əliyevə prokurorluğun hər hansı əməkdaşı tərəfindən təzyiq göstərilməsi barədə onun tərəfindən heç bir şikayət daxil olmayıb”.

Qeyd edək ki, adıçəkilən müstəntiq Nicat Məmmədli daha öncə qətl işini prosesual pozuntularla araşdırdığı üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədov onun barəsində xüsusi qərardad çıxararaq barəsində müvafiq tədbirlərin görülməsi üçün Baş Prokuror Kamran Əliyevə məlumat verilməsi haqda qərar vermişdi.

Digər xəbərlər

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb
Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb edənlər saxlanıldı
“Yeni klinika”ya rəhbərlik edəcək şəxsin TƏRCÜMEYİ HALI
Prezident İlham Əliyevin Budapeştə səfəri Macarıstan KİV-lərində geniş işıqlandırılıb -
“Əsrin müqaviləsi”nin imzalanmasından 27 il ötür
Ombudsmanın tapşırığı ilə Şəki təcridxanasında yoxlamalar başlandı - Ciddi nöqsanlar var
Şirvanda zavodda partlayış nəticəsində ölən və xəsarət alanın kimliyi bilindi -
Ağdaşda azyaşlıya qarşı seksual hərəkətlər edildi — TƏFƏRRÜAT
Sülhməramlı kontingent üçün maddi-texniki təminat vasitələri gətirilir - VİDEO
Bu gün Bakıda AVRO-2020-nin ilk oyunu keçiriləcək
Bağçalar məktəblərdən tez açıla bilər?..
Ermənistan müxalifəti Paşinyanın yerinə namizəd müəyyənləşdirdi
DİM imtahanların təşkili ilə bağlı qərar verdi
Martda neçə gün evdə olacağıq?
Fuad Mayılovun bərbad radar siyasəti
Avropa ölkəsi "Formula 1"in azarkeşsiz keçirilməsinə icazə verdi
Prezident xalqa müraciət edəcək
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Nazir Sahil Babayevin anasının əlilliyinin saxta olması iddiasına aydınlıq gətirilib
Nofəl Süleymanovun onu öldürən oğlu haqqında dediyi SON SÖZLƏRİ — VİDEO
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Pərdə, plyonka və jalüzlərlə bağlı yenilik
Nağılları ilə erməniləri aldadan Solovyov günah keçisinə çevrilir
Almaniya Kubokunda ilk Finalçılar bəlli oldu.
“Qərb bizim dediyimizi edəcək”: Ərdoğanın dünyanın nizamını dəyişəcək ideyası reallaşır
Vilayət Eyvazov Sumqayıta yeni rəis təyin etdi
BAHÇELİyə o tviti yazdıran proseslərin PƏRDƏARXASI: Hədəfdə həm də İlham Əliyevdir ...
İran hərbi bazasının partlayışdan sonrakı görüntüləri yayıldı
Restoran və çayxanalar cərimələndi SiİYAHI
Hava ilə bağlı ayın 23-nə XƏBƏRDARLIQ
{sape_links}{sape_article}