Son dəqiqə
Ölkə
16-02-2022, 17:32
337
İstehlaka yararsız qida məhsulları məhv edildi

İstehlaka yararsız və istifadə müddəti bitən 1575 kq dəniz məhsulları, konservlər və alkoqolsuz içkilər məhv edilib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, həmin məhsullar “Fenix Trade” MMC-nin Agentliyə müraciəti əsasında “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda yararsız hala gətirilib.