Son dəqiqə
Aktual / Manset
18-02-2022, 17:38
538
Müğənni Manaf Ağayev həbs edildi
Müğənni Manaf Ağayev və onunla birgə olan Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər etdiklərinə görə cəzalandırılıblar. Onlar polis idarəsinə çağırılaraq barələrində protokollar tərtib edilib. Protokollar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.
Xatırladaq ki, Manaf Ağayev özünə məxsus “Mercedes Maybach” avtomobili ilə Füzuli Aeroportunun qarşısından çəkilmiş videosunu İnstagram səhifəsində yaymışdı. Həmin videoda onu iş adamı olduğu bildirilən dostu S.Hüseynov AA seriyalı “Mercedes”lə müşaiyət edirdi. Əslən Füzulidən olan müğənni doğma torpaqlarına qovuşduğu üçün dualar etmişdi və vətən həsrətli mahnı da oxumuşdu. Lakin video sosial şəbəkələrdə qıcıq doğurub, daha sonra məsələ hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib və indi məşhur müğənni Füzuliyə icazəsiz qovuşduğuna görə 15 sutka həbsdə qalmalı olacaq.