Son dəqiqə
19-02-2022, 20:15
331

Sumqayıt yaxınlığında bir ailənin məhv olmasına səbəb olan yol çuxuru

Sumqayıt yaxınlığında bir ailənin məhv olmasına səbəb olan yol çuxuru

Qusarda bu günlərdə dəm qazından bir ailənin beş üzvünün (ata, ana və onların 3 azyaşlı övladı) həlak olması həmin ailənin daha üç yaxınının ölümünə dolayısı ilə səbəb olmuşdu.
Belə ki, Qusarda qazdan boğulub ölən gənc qadının bacısı, Sumqayıtda yaşayan Ələkbərova Fidan Mövsüm qızı faciə xəbərini eşidərək öz həyat yoldaşı və 6 aylıq övladı ilə rayona yola düşərkən Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi yaxınlığından keçən hissəsində qəzaya düşmüşdülər. Onların getdiyi “Mercedes”in idarəetmədən çıxaraq körpüdən aşması nəticəsində Fidan və onun əri, habelə 6 aylıq körpəsi hadisə yerində həlak olmuşdu. Bununla da eyni ailədən ölənlərin sayı 8 olmuşdu.

Bu sarsıdıcı faciədən sonra həmin qəzaya dair DYP kameralarından çəkildiyi təxmin edilən görüntülər yayıldı. Məlum oldu ki, 1985-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu “Mercedes-Benz E320” markalı, 90-TF-497 nömrəli avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən avtomobil yolda yaranmış çuxura, yaxud sürücülərin jarqonu ilə deyildiyi kimi, “qarmoşkaya” düşərək idarəetməni itirib və metal konstruksiyalı arakəsməyə dəyərək körpüdən aşıb.

Belə “qarmoşkalar” sürətin saatda 110 kilometr müəyyən edildiyi yolda olduqca təhlükəlidir və qaçılmaz qəza riski yaradır. Kadrlardan da göründüyü kimi sürücünün idarəetməni itirməsi məhz avtomobilin yolda yaranmış çökmə nəticəsində baş verir. Hansı ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun dövründə tikilmiş bu yolun çox keçmədən necə yararsız vəziyyətə düşməsi çoxdan bəllidir.

Və indi bir ailənin yox olmasına səbəb olmuş həmin dəhşətli faciədən sonra yol işçiləri həmin çuxura asfalt yamamağı qərara alıblar. Hansı ki, bunu faciədən əvvəl etmək lazım idi. Hazırda qəza ilə bağlı araşdırmalar davam etdirilir və belə görünür ki, hadisədə yolun istismarına cavabdeh olanların da birbaşa məsuliyyəti var. Hələ yolu vaxtilə keyfiyyətsiz tikib təhvil verənlər bir yana qalsın.../virtualaz.org/

Digər xəbərlər

DGK-da FÖVQƏLADƏ VƏZİYYƏT - Bu il ŞİŞİRDİLMİŞ PLANI ödəyə bilməyəcəklər...
Azərbaycanda film kimi OLAY: Qadın evini təmir etdirdiyi ustası tərəfindən aldadıldı - VİDEO
“Barsa” fikrini dəyişdi: Qrizmanı geri göndərib “Atletiko”nun digər ulduzunu almaq istəyir
Siyəzənin halına dəsmal götürüb AĞLAYAN LAZIMDIR... -
Dövlət büdcəsinə işğaldan azad olunmuş ərazilərin yenidənqurması ilə bağlı düzəlişlər daxil ediləcək
Aylar öncə itkin düşmüş hərbçimizin şəhid xəbəri gəldi - FOTO
Kəlbəcər məktəbində biabırçılıq
Hikmət Hacıyev ermənilərin “fake” “suriyalı döyüşçü” yalanını ifşa etdi
Sabirabadın icra başçısının ev hədiyyə etdiyi xanım kimdir?
Prezidentdən Şuşaya çəkilən yolla bağlı sərəncam
Prezident Şuşada inzibati binanın əsaslı təmiri ilə tanış oldu -
Ermənilər dövlət qurumlarının binalarını atəşə tutdu: 7 nəfər yaralandı - RƏSMİ
Təyyarədə güclü yanğın baş verdi -
Koronavirusa yoluxan mer komaya düşdü
“Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - RƏSMİ
Respublika Veteranlar Təşkilatı media nümayəndələrin həlak olması ilə bağlı bəyanat yaydı
“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb
Rəqəmsal Mərkəzlərin üstünlükləri
Benzinin qiymətinin ucuzlaşması ilə bağlı SOCAR-dan açıqlama
Qəbul imtahanları nə vaxt keçiriləcək? - DİM-dən canlı yayım
Tovuz istiqamətində düşmən yenidən hücuma keçdi, döyüşlər gedir
Şəkidə 23 yaşlı qadın intihar edib
Bakıda sürüşməyə meyilli ərazilərin SİYAHISI
Müslüm Maqomayevin heykəlinin ucaldılması prosesi niyə uzanır?
İntim görüntülərə görə axundu şantaj edənlər məhkəmə zalında həbs edildi
Telefona gələn bu SMS-lər dərhal silinməlidir
Ramin Bayramlının qohumu jurnalistlərə hücum etdi, villanı çəkməyə qoymadı – ANBAAN VİDEO
Bu gün Şuşanın işğalı günüdür
MN: “Ermənistan tərəfi yenə yalan danışır”
Zəngilan və Kəlbəcərdəki qızıl mədənlərində qazıntılarla bağlı müqavilələr imzalanıb
{sape_links}{sape_article}