Son dəqiqə
21-02-2022, 16:28
333

Gəncə icra hakimiyyətində İNSİDENT - İcra hakimiyyətindən AÇIQLAMA

Gəncə icra hakimiyyətində İNSİDENT -


Bu gün GƏncə ŞİH-də insident yaşanıb. Belə ki, sosial şəbəkələrdə yayılan informasiyalara görə, Vətən müharibəsi iştirakçısı Hüseynov Qiyas Sahib oğlu özünü etiraz olaraq yandırmağa qalxıb.

Olayın təfərrüatı ilə bağlı yaxın vaxtlarda daha dəqiq bilgiləri təqdim edəcəyik.

Bu arada isə Gəncə RİH baş verən olayla bağlı öz açıqlamasını yayıb.

Gəncə şəhər İcra Hakimiyyətinin açıqlamasına görə, əlillik dərəcəsinin təyin olunmaması ilə bağlı narazılıq yaratmaq məqsədilə 21 fevral 2022-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatına müraciət edən, Vətən müharibəsi iştirakçısı Hüseynov Qiyas Sahib oğlu Gəncə Şəhər Hakimiyyətinin qəbul otağına gələrək təkidlə ona əlilliyinin təyin edilməsinə köməklik göstərilməsini tələb edib. Ona istəyi ilə bağlı ətraflı izahat verilməsinə baxmayaraq, Q.Hüseynov özünün və İcra Hakimiyyətinin əməkdaşlarının üzərinə benzin tökərək yandırmağa cəhd edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona qarşı zor tətbiq etmə ilə müşayiət edilən qərəzli hərəkətlər edib. Dedikləri ilə kifayətlənməyərək, Qiyas Hüseynov Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşlarının və polis işçilərinin yanında Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, eyni zamanda Vətən müharibəsi iştirakçısı olan Babayev Ayxan Cavanşir oğlunun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq, başı ilə onun üz nahiyəsinə zərbə vuraraq, dövlət məmuruna xəsarət yetirib.

Məsələyə hüquqi qiymət verilməsi məqsədi ilə şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət olunub.

Qeyd olunub ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ayxan Babayev Vətən müharibəsinin iştirakçısı olub, “N” saylı hərbi hissənin manqa komandiri kimi Cəbrayıl, Qubadlı və Laçın rayonlarının azadlığı uğrunda vuruşub. O, Azərbaycan Respublikası Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, 29.12.2020-ci il tarixli Sərəncamları ilə isə “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.//dia.az

XəbərTv.info

Digər xəbərlər

DGK-da FÖVQƏLADƏ VƏZİYYƏT - Bu il ŞİŞİRDİLMİŞ PLANI ödəyə bilməyəcəklər...
Azərbaycanda film kimi OLAY: Qadın evini təmir etdirdiyi ustası tərəfindən aldadıldı - VİDEO
“Barsa” fikrini dəyişdi: Qrizmanı geri göndərib “Atletiko”nun digər ulduzunu almaq istəyir
Siyəzənin halına dəsmal götürüb AĞLAYAN LAZIMDIR... -
Dövlət büdcəsinə işğaldan azad olunmuş ərazilərin yenidənqurması ilə bağlı düzəlişlər daxil ediləcək
Aylar öncə itkin düşmüş hərbçimizin şəhid xəbəri gəldi - FOTO
Kəlbəcər məktəbində biabırçılıq
Hikmət Hacıyev ermənilərin “fake” “suriyalı döyüşçü” yalanını ifşa etdi
Sabirabadın icra başçısının ev hədiyyə etdiyi xanım kimdir?
Prezidentdən Şuşaya çəkilən yolla bağlı sərəncam
Prezident Şuşada inzibati binanın əsaslı təmiri ilə tanış oldu -
Ermənilər dövlət qurumlarının binalarını atəşə tutdu: 7 nəfər yaralandı - RƏSMİ
Təyyarədə güclü yanğın baş verdi -
Koronavirusa yoluxan mer komaya düşdü
“Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - RƏSMİ
Respublika Veteranlar Təşkilatı media nümayəndələrin həlak olması ilə bağlı bəyanat yaydı
“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb
Rəqəmsal Mərkəzlərin üstünlükləri
Benzinin qiymətinin ucuzlaşması ilə bağlı SOCAR-dan açıqlama
Qəbul imtahanları nə vaxt keçiriləcək? - DİM-dən canlı yayım
Tovuz istiqamətində düşmən yenidən hücuma keçdi, döyüşlər gedir
Şəkidə 23 yaşlı qadın intihar edib
Bakıda sürüşməyə meyilli ərazilərin SİYAHISI
Müslüm Maqomayevin heykəlinin ucaldılması prosesi niyə uzanır?
İntim görüntülərə görə axundu şantaj edənlər məhkəmə zalında həbs edildi
Telefona gələn bu SMS-lər dərhal silinməlidir
Ramin Bayramlının qohumu jurnalistlərə hücum etdi, villanı çəkməyə qoymadı – ANBAAN VİDEO
Bu gün Şuşanın işğalı günüdür
MN: “Ermənistan tərəfi yenə yalan danışır”
Zəngilan və Kəlbəcərdəki qızıl mədənlərində qazıntılarla bağlı müqavilələr imzalanıb
{sape_links}{sape_article}