Son dəqiqə
21-02-2022, 15:23
246

Azərbaycanda insanların xəbəri olmadan adlarına şirkətlər açıb milyonlarla borca salırlar - İLGİNC FAKTLAR

Azərbaycanda insanların xəbəri olmadan adlarına şirkətlər açıb milyonlarla borca salırlar -


Azərbaycanda vətəndaşların etibarından sui-istifadə edərək onların adına şirkətlər qeydiyyatdan keçirən mütəşəkkil cinayətkar şəbəkə fəaliyyət göstərir.

XəbərTv.info-nunn məlumatına görə, yeniavaz.com-un apardığı araşdırma göstərir ki, hazırda onlarla şəxs bu cinayətkar şəbəkənin qurbanına çevrilib.

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi ev 87 ünvanında qeydiyyatda olan Yakuşev Stanislav Ələskəroviç adlı vətəndaş bildirir ki, Rəhimov Elman Hətəm oğlu adlı şəxs onu aldadaraq adına şirkətlər təsis edib.



Stanislav Yakuşev bildirir ki, o, valideyin himayəsindən mərhum olmuş uşaqlar üçün nəzərdə tutulan 2 nömrəli ümumi orta internat məktəbində oxuyub. Daha sonra Heydər Əliyev Fondu tərəfindən Mərdəkanda ona ev verilib və özü ilə birgə internat məktəbində oxuyan xanımla ailə həyatı qurub. Stanislav deyir ki, bir-neçə il əvvəl qəza keçirərək ayağından zədə alıb. Əvvəllər tanımadığı Elman Rəhimov adlı şəxs ona müəyyən yardımlar edib. Daha sonra Elman Rəhimov Stanislavın etibarını qazanaraq ondan etibarnamə alıb. Etibarnamə aldıqdan sonra Stanislav bir daha Elmanı görməyib.

Bu yaxınlarda Stanislav Yakuşevə Xəzər rayon məhkəməsindən bildiriş gəlib və məlum olub ki, 2020-ci ilin noyabr ayında onun adına 2 MMC dövlət qeydiyyatına alınıb. Hazırda bu MMC-lərin dövlət büdcəsinə böyük həcmdə vergi borcu var.
Stanislav Yakuşevin qanuni təmsilçisi olduğu “JASMİN AZ LTD” MMC və “TERMİNAL AZ” MMC-lər “Nizami rayonu, Yavər Səfərov ev 28. m. 28” ünvanında dövlət qeydiyyatına alınıb. Bu ünvanda qısa müddətdə (19 ay ərzində) 285 şirkət (tam siyahı yazının sonunda yerləşdirilib) qeydiyyata alınıb. Bu şirkətlərin bir çoxuna eyni şəxslər rəhbərlik edir və onların adlarında da oxşarlıqlar var. Bu isə onu göstərir ki, digər şirkətləri də dövlət qeydiyyatına aldıran şəxslər hansısa formada bir mərkəzdən idarə olunur. Bu ünvanda qeydiyyatda olan şirkətlərin bir çoxunun adına yalnız dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində rast gəlmək mümkündür. Bu MMC-lərin qısa müddət əvvəl təsis olunmalarına baxmayaraq hazırda dövlət büdcəsinə böyük həcmdə vergi borcları da var.
Stanislav Yakuşevin adına təsis olunan 2 şirkətin də dövlət büdcəsinə ümumilikdə 425 min manata yaxın vergi borcu yaranıb. Uzun zamandır işsiz olduğunu bildirən Stanislav bu qədər borcu necə qaytaracağını, onu aldadan Elman Rəhimovla necə əlaqə saxlayacağını bilmir.
Fevral ayının 5-də məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini deyən Stanislavın sözlərinə görə, müraciəti qeydə alınsa da ona hər hansı bir əlavə məlumat verilməyib.
Maraqlı məqamlardan biri də odur ki, 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsində 107 MMC-ni qeydiyyata aldıraraq külli midarda vergini dövlət büdcəsindən yaındıran mütəşəkkil dəstə üzvlərinə hökm oxunub. 7 il həbs cəzası alan şəxslərdən biri də Rəhimov Elman Hətəm oğludir.

Aldadılan vətəndaşlardan birinin ağacdan asılmış meyiti tapılıb

Qeyd edək ki, mütəşəkkil şəbəkənin yeganə qurbanı Stanislav deyil. Bənzər vəziyyətlı bir-çox insan qarşılaşıb. Xatırlayırsınızsa, bir həftə əvvəl Astara sakini - 1981-ci il təvəllüdlü Zaur Məhərrəm oğlu Sovqatovun ağacdan asılmış meyiti tapılıb.
Hazırda prokurorluq Zaurun hansı şəraitdə öldüyünü araşdırır. Ölümündən əvvəl mətbuata verdiyi açıqlmada Zaur bildirib ki, 2018-ci ildə ünvanlı sosial yardım almaq üçün yaxın dostu, Bakının Binə qəsəbəsində yaşayan Rövşən Hüseynovdan kömək istəyib. Onun iddiasına görə, dostu Rövşən bildirib ki, ona səlahiyyətli nümayəndə qismində etibarnamə verilsə, bu işi həll edə bilər. Bildirdiyinə görə, etibarnamə verdikdən aylar sonra aldadıldığını anlayıb.

Digər xəbərlər

İlham Əliyev: "Atəşkəs istəyən Ermənistana silah verər?!"
Azərbaycanlı aktyorun evində PARTLAYIŞ - Durumu AĞIRDIR
Moskvada Azərbaycanın sovet dövrünə aid xalça və tikmələri SƏRGİLƏNƏCƏK
Qarabağda Ermənistan tərəfdən Azərbaycana qarşı vuruşan terrorçuların haradan gəldiyi məlum olub
“Salyan OİL” şirkətinin fəhlələri etiraz aksiyası keçirdilər
"Narkoz verilən xəstəni palatada əməliyyat etmək olarmı?" - Oğlunu itirən atanın FƏRYADI
Rövşən Əkbərov məhkəmə qarşısında... BƏS NƏCMƏDDİN SADIQOV?
Həbs edilən məmur icra başçısının əleyhinə ifadə verdi - FOTO
Bağdadda partlayış: 8 ölü, 10 yaralı
İmişlidə 11 yaşlı qızı zorlamaqda şübhəli bilinən şəxs saxlanılıb
II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
Sabah Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
Azərbaycan nefti bahalaşır
Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb
Ermənistanda koronavirusa yoluxma kəskin şəkildə artıb
Kür çayının aşağı axınında suyun səviyyəsinin azalmasının səbəbləri açıqlanıb
Prezident: “Biz heç bir muxtar rayon razılığına gəlməmişik”
Karantin rejimində taksi fəaliyyəti ilə bağlı müraciət edənlər arasında sui-istifadə halı qeydə alınıb
“Abid Şərifov, oğurluğun xırdası və irisi olmur, hamısı oğurluqdur…”
Suqovuşan kəndindən VİDEOREPORTAJ
Tanınmış həkim od püskürdü: Sertifikat imtahanları Azərbaycanda necə keçirilir?
Sona çatan 28 illik həsrət, şəhidlərin qisası və şanlı QƏLƏBƏ! - Qarabağ Azərbaycandır!
Paşinyanın can qorxusu ona cangüdənlərinin sayını artırmağa sövq edib - VİDEO
İlham Əliyev və Vladimir Putin Bəyannamə imzalayacaq
MN: “Cəbhənin Ağdam istiqamətində ordumuzun zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib”
Sabah yağış yağacaq
Sabiq deputata cinayət işi açıldı
“Qəfildən tappıltı eşidildi, qızlar bax o gördüyünüz yerə çırpıldı...”
Hadrut və bir neçə kənd işğaldan azad edildi
Azərbaycanda ilk dəfə elektrobus istehsal olunub - FOTO
{sape_links}{sape_article}