Son dəqiqə
Siyasət / Manset
21-02-2022, 16:50
376
İlham Əliyev və Vladimir Putin Bəyannamə imzalayacaq
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfər edəcək.
Prezidentin Rusiyaya səfəri fevralın 22-si baş tutacaq.
Bildirilir ki, səfər zamanı İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Qarabağla bağlı bəyanatların icrasını müzakirə edəcəklər.
“Görüş zamanı iki ölkə arasında siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq”, - deyə məlumatda vurğulanıb.
Qeyd olunur ki, danışıqların yekununda İlham Əliyevlə Vladimir Putin Azərbaycan və Rusiya arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran Müttəfiqlik Münasibətləri Haqqında Bəyannamə imzalayacaqlar.//qafqazinfo.az
XəbərTv.info