Son dəqiqə
10-03-2022, 19:47
294

Ankarada Əliyev və Ərdoğan arasında dörd saat davam edən görüş başa çatdı

Ankarada Əliyev və Ərdoğan arasında dörd saat davam edən görüş başa çatdı

Martın 10-da Ankarada Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çankaya Köşkündə İlham Əliyevi qarşılayıb.

Prezidentlər birgə foto çəkdiriblər.

Görüşdə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulanıb. Postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Zəngəzur dəhlizinin açılmasının, onun region üçün yaratdığı perspektivlərin, bu xüsusda Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi qeyd edilib, Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları mövzusunda müzakirə aparılıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa toxunulub, bu xüsusda Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərdiyi qeyd olunub, bu dəhliz vasitəsilə qardaş ölkəyə və Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları müzakirə edilib, həmçinin İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi və bununla bağlı Azərbaycanın dövlət büdcəsində investisiyanın nəzərdə tutulduğu vurğulanıb.

Söhbət əsnasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Hərbi, hərbi texniki, o cümlədən hərbi təlim və tədris sahələrində əməkdaşlığın uğurla davam etdirildiyi bildirilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Görüşdə Ukraynadakı hadisələrlə bağlı fikir mübadiləsi aparılıb, Türkiyə və Azərbaycanın, eyni zamanda, prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin tezliklə dayandırılması istiqamətindəki şəxsi səyləri yüksək qiymətləndirilib.

Sonda Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin inkişafından bir daha məmnunluq ifadə olunub və prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib.

Digər xəbərlər

Heydərovun "Gilan"ı TƏNƏZZÜLDƏ...
Əsas məqsəd saxta və əsassız əlillik təyinatlarının aşkar edilərək ləğv olunmasıdır.
Əhaliyə qazla bağlı ŞAD XƏBƏR - VİDEO
Bu şəxslərin xərçəngə tutulma riski yüksəkdir
Bakıda "bomj"ların qadınla yatmaq uğrunda qanlı mübarizəsi - TƏFƏRRÜAT
Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycan Minatəmizləmə Agentliyi yaradıldı
BU `MAHAL` KİMİNDİR BELƏ?.. - ETİRAZ
Düşmən gün ərzində ikinci dəfə yeni itkilərinin sayını açıqladı
“Brilyant əl”in ulduzu psixiatrik klinikaya yerləşdirildi
İcra başçısının həbs müddəti artırılır
“Virtual məktəb” portalında verilən tapşırıqlar şagirdlərin qiymətləndirməsinə təsir etməyəcək
Azərbaycanda icra başçısının müavini saxta peyvənd sənədi tələb edib (RƏSMİ)
Maştağada evinin zirzəmisində çətənə kolları yetişdirən şəxs tutulub -
İki icra başçısı həbs oluna bilər - İlginc faktlar
Düşmənin xarabalığa çevirdiyi daha bir Ağdam kəndi - VİDEO
Mehriban Əliyeva haqqında sənədli film hazırlanıb - VİDEO
Gecələdiyi avtobusda ölüsü tapılan azərbaycanlı aktyor - FOTO
"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovun biznes imperiyası -
Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda bağçalar fəaliyyətini davam etdirəcək
Ac qarına 1 stəkan içən 100 il yaşayacaq
Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub
Neftin qiyməti bahalaşır
Kəlbəcər rayonunun Daşbulaq kəndindən görüntülər - VİDEO
“Putinin yerinə o gələcək” – Daha bir polkovnik
İbrahimoviç koronavirusa yoluxdu
Hikmət Hacıyev: “Tonayan cinayət əməllərinə görə cavab verməlidir”
"Bu şəhərdə"nin məşhur aktyoru oğlu ilə - foto
Kəlbəcərdə azərbaycanlı və erməni hərbçilər arasında münaqişə yaşanıb
DTX əməliyyat keçirdi, həbs olunanlar var - Video
{sape_links}{sape_article}