Son dəqiqə
11-03-2022, 09:02
307

Onlarla tank və digər texnika ələ keçirilib, 10 təyyarə, yanacaq kalonu məhv edilib

Onlarla tank və digər texnika ələ keçirilib, 10 təyyarə, yanacaq kalonu məhv edilib

Rusiya ordusu ötən gün ərzində də Ukraynada canlı qüvvə və texnika sarıdan ağır itkilər verib. Xəbər verildiyi kimi Kiyev ətrafındakı Brovarı rayonunda Rusiya ordusunun tank polkuna artilleriya və hava zərbələri endirilib, bu zaman polk komandiri də daxil olmaqla onlarla hərbçi ölüb. Bir neçə tank sıradan çıxarılıb, bir tank və bir MTLB personal daşıyıcı qənimət götürülüb.

Ukrayna Silahlı Qüvvələrinin “Şimal” əməliyyat Komandanlığının yaydığı məlumatda isə deyilir ki, Çerniqov vilayətində düşmənin üstün qüvvələri ilə döyüşün nəticəsi olaraq Rusiya ordusunun 10 tankı, zenit-raket kompleksi və zirehli təxliyyə maşını qənimət olaraq ələ keçirilib. Rusların canlı qüvvə sarıdan itkiləri barədə məlumat verilmir.

Sumı vilayətində isə Rusiya ordusunun təchizat kalonu darmadağın edilib. Sosial şəbəkələrdə bu hücumun nəticələrinə dair kadrlar yayılıb, kadrlardan məlum olur ki, çoxsaylı yanacaq və təchizat maşını yandırılıb, məhv edilib. “Müharibənin ikinci həftəsində ruslara nəhayət çatıb ki, kalonu sadəcə olaraq irəli göndərmək yox, onu müşaiyət etmək də lazımdır. İndi təchizat kalonu ilə “Tiqr” zirehli maşını və BTR-80 gedir. Amma...indiki halda onlara bu da kömək etmədi”,-Facebook istifadəçisi Dmitri Putyata həmin kadrları paylaşaraq yazıb.

Kadrlardan məlum olur ki, rusların təchizat kalonunu hava hücumundan qorumaq üçün “Osa-M” zenit-raket kompleksi də müşaiyət edib, amma həmin texnika da vurulub. Sıradan çıxarılan yanacaq maşınlarının sayı 10-dur. Ukraynalı hərbi jurnalist Yuri Butusov əməliyyatı belə şərh edib: “Rusiya ordusunun yanacaqdolduran kalonunun nümunəvi şəkildə darmadağın edilməsi...Şübhəsiz ki Ukrayna döyüşçülərinin bu uğurlu hücumu Rusiya qoşunlarının hücum əməliyyatlarına ağır zərbə vurmuş oldu”.

Digər məlumata görə Ukrayna xüsusi təyinatlıları Rusiyanın “Pantsir -S1” zenit raket-top kompleksini qənimət olaraq ələ keçiriblər. Bu kompleksin qiyməti 15 milyon dollardır. Əməliyyatın harada keçirildiyi göstərilmir.
Ukrayna Silahlı Qüvvələrinin Hava Komandanlığı isə bildirir ki, martın 10-da düşmənin 10 döyüş təyyarəsi məhv edilib. Habelə Ukrayna aviasiyası düşmənin iki kalonuna sarsıdıcı hava zərbələri endirib.

Məlumatda deyilir ki, Rusiya Hava Kosmik Qüvvələri ötən gün ərzində 7 Su-25, habelə Su-34 itirib, sonuncu aldığı zədə ilə aerodroma qayıtmağa çalışsa da Rusiya ərazisində yerə düşüb. Quru qoşunları isə öz növbəsində iki Su-25 vurublar, bu təyyarələrin vurulması fotomateriallarla təsdiqlənib. Onlardan biri “Stinger” raketi ilə vurulub.

Bütün bunlar Rusiya ordusunun ötən gün verdiyi itkilərin heç də hamısı deyil.

Digər xəbərlər

Həbib Nurməhəmmədov Maskı Zukerberqə qarşı hazırlaşdırmaqdan imtina edib
Sevindik Hətəmovun yüksələn karyerası - “karyer müdiri” kreslosundan uzanan bir yol...
Azərbaycanlı qardaşların milyardlarına həbs qoyuldu
Eskalatorda biabırçılıq: Qadının ətəyinin altını telefona çəkdi - foto
G7 Rusiyanı zəiflətmək üçün yeni sanksiyalar tətbiq edəcək
Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO
KİV: Ermənistan müdafiə naziri istefa verib
Sabirabadda ağır qəza: 1 nəfər öldü, 2 nəfər yaralandı
Prezident İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü olub -
Azərbaycanda koronavirusa daha 542 yeni yoluxma, 9 ölüm
Kərim Babayevin bazarlarına görə gərgin vəziyyət
Naxçıvan istiqamətində düşmən PUA-sı məhv edildi
Azərbaycan tərəfinin hücum cəhdi olmayıb
Bələdiyyə sədrinə cinayət işi başlanıldı
Ukrayna artıq ABŞ-dan ən mükəmməl kəşfiyyat-zərbə PUA-nın ilk partiyasını aldı -
Bakıda ər arvadını moteldə qətlə yetirdi
Mərdəkanda yerləşən "Tandirloin" restoranında müştəriyə qarşı soyğunçuluq - Hər adama 30 manatlıq sifariş verməlisiz
DYP əhaliyə müraciət etdi: Terror və təxribatlar törədilməsi ehtimalı ilə bağlı...
MN-dən ermənilərin yaydığı video ilə bağlı AÇIQLAMA
Arda Turan koronavirusa yoluxub
Baş Nazir qərarı təsdiqlədi - Dərslər bu formada keçiriləcək
Azərbaycanda radikal partiya rəhbərləri 20 Yanvar hüzn izdihamını da siyasiləşdirməyə cəhd etdilər
Birinci MDB Oyunları başa çatıb
Türkiyədə benzin UCUZLAŞDI
Şəmkirdə “Aşura” mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Xalq artisti Ramiz Əzizbəyli vəfat edib
“Polad Həşimovun məzarına gül qoymaq istəyirdi, özü də onun yanında dəfn olundu” - VİDEO
Əli Həsənov bu vəzifəsini də itirdi
Mərziyyə Ramazanova 123 saylı dövlət baxçasını özəlləşdirib?
Gələn il pensiya yaşı belə olacaq (CƏDVƏL)
{sape_links}{sape_article}