Son dəqiqə
28-03-2022, 13:45
632

Asif Əsgərovun işçisi zibil qablarını gündəlik 15 manata “arendaya” verir - FOTO/ FAKTLAR


Ölkə rəhbəri Ilham Əliyev cənablarının ayrı-ayrı vaxtlarda imzaladığı sərəncamlar əsasında, Bakı şəhərinin rayonlarına təyin olunan bəzi icra başçılarının qol qoyduqları qanunsuzluq əməlləri, daim geniş ictimaiyyətin müzakirə etdiyi əsas mövzulardan birinə çevrilir. Faktdır ki, icra başçısı vəzifəsinə təyin olunan həmin şəxslər ya açıq şəkildə, ya da ki, xəlvəti yollarla qarşılarına qoyduqları məqsədlərini “çin etmək” üçün minbir hoqqalardan çıxırlar. Belə bir səbəblər üzündəndir ki, paytaxt Bakı şəhərinin ərazilərində olmazın qanunsuzluqların baş alıb getməsi, bir növ adi məişət məsələlərindən birinə çevrilir.

Yəqin ki, tam əksəriyyət o haqda məlumata malikdir ki, paytaxt Bakı şəhəri ərazisində daha böyük qanunsuzluqların, olmazın özbaşınalıqların və s. tüğyan etdiyi rayonlardan biri, bəlkə də lap birincisi Nəsimi rayonudur. Çünki, Asif Əsgərov icra başçısı təyin olunduğu ilk günlərdən bu rayonun küçə və döngələrində, bir qədər boş olan ərazilərində satmadığı torpaq sahələri qalmadı. Əksər yaşılıqlar məhv olundu, boş sahələr satışa çıxarıldı və yerlərdə villalar, hündür mərtəbəli yaşayış evləri və s. inşa olundu.

Bakı şəhərinin Nəsimi rayonu ərazisində baş alıb gedən növbəti hoqqalardan biri də, bu gün rayonun A. Mustafayev küçəsi ilə A. Məhərrəmov küçəsində yaşanmaqdadır. Yəni, tam əksəriyyət şahiddir ki, əvvəllər A. Məhərrəmov küçəsində, Şamaxinka adı ilə tanınan əraziyə yaxın bir köşk var idi. Hal-hazırda qeyd olunan bu ünvanda qanunsuz tikinti işləri həyata keçirilir. Xebertv. informasiya agentliyinin əməkdaşının əldə etdiyi məlumata görə inşaası həyata keçirilən tikilinin əsl sahibi, məhz həmin tikiliyə bitişik fəaliyyət göstərən kiçik mağazanın sahibidir. Əraziyə baxış keçirilərkən o da məlum oldu ki, bu tikili üçün bünövrə də qazılıb. Elə ki, inşası həyata keçirilən tikili ilə maraqlandıq, o halda mağazanın sahibi “RH-nin başçısı Asif Əsgərov, Nəsimi MKTB-nin rəisi Nizami Mayılovun vasitəsilə tikilinin “xeyr-dua”sını verib. Ona görə də tikili qanunsuz deyil və bu ərazidəki həyətyanı sahələrdə abadlaşma işləri gedir. Cənab Başçı bütün bunlarla bağlı lazımi tapşırığını verib ki, ərazidə səliqə-səhman yaradılsın” dedi. Belə bir cavabın verilməsi, bu gün ortaya çoxsaylı sualların çıxmasına da səbəb olur. Yəni, RİH-nin başçısı deyəsən bütün ərazilərə “əl gəzdirdiyindən”, bu gün də qeyd olunan əraziyə “əl gəzdirmək” qərarına gəlib.

Asif Əsgərovun işçisi zibil qablarını gündəlik 15 manata “arendaya” verir



Bundan başqa rayon ərazisində fəaliyyət göstərən 3-cü mkr-n bazarına gedən yolun sol hissəsində, hansısa şəxslər beşmərtəbəli yaşayış binasının divarıda böyük bir dəlik açaraq qapı açıblar. Redaksiya əməkdaşlarımız belə bir qanunsuzluğa müdaxilə etdikdən sonra qazıntı-söküntü işləri dayandırılır və qzılmış sahənin üstü dəmir örtüklərlə müvəqqəti bağlanır. Bilmək olmur ki, yaşayış binasının divarını dağıdan şəxslərin məqsədi gələcəkdə orada mağaza açmaqdır, yoxsa digər məqsədlərini həyata keçirməkdir? Düşündürücü haldır ki, yaşayış binasına məxsus özülün müəyyən hissəsi qazılır, binanın divarı deşilir və arxa tərəfə qapı açılır. Bütün bunların qarşılığında isə, Nəsimi RİH-i və hüquq-mühafizə orqanı əməkdaşları, hətta bu kimi məsələlərə cavabdehlik daşıyan digər dövlət qurumlarının məsul şəxsləri, hələ də problemin varlığına susmaqdadırlar.





Daha biabırçı mənzərənin baş verdiyi ərazilərdən biri də, adı çəkilən rayonun “Şamaxinka” adlanan hissəsində. "İmperial" şadlıq evinin arxasında yaşanmaqdadır. Bir müddətdir ki, ayrı-ayrı şəxslər bu ərazidə yerləşən yerüstü piyada keçidin sağ və sol hissələrində qanunsuz küçə ticarəti ilə məşğul olurlar. Elə ki, həyata keçirilən qanunsuz küçə ticarəti zamanı zibillər ortaya çıxır, o halda həmin zibillərin hara atılması məsələsi gündəmə gəlir. Belə olan halda alver işləri ilə məşğul olan şəxslər 23 saylı MKİS-in rəisi Yasin Əliquliyevlə danışıb "barışırlar". Yəni, tərəflər arasında belə bir şərtlər daxilində razılıq əldə olunur ki, Yasin Əliquliyevin tapşırığı əsasında əraziyə MKİS-in balansında olan iki-üç ədəd plasmas yeşik qoyulur. Bunun qarşılığında isə, qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslər Yasin Əliquliyevə gündəlik 15 manat “arenda pulu” ödəməli olurlar. Unutmaq olmaz ki, bu kimi işlərin danışılıb razılığıa gəlinməsində, Yasin Əliquliyevə həmin idarənin mühəndisi Əbülfət müəllim yaxından köməklik göstərir. Elə ki, redaksiya əməkdaşlarımız bu məsələ ilə bağlı Nəsimi rayonu MKTB-in rəisi Nizami Mayılovla əlaqə saxlayıb, müəyyən araşdırmalar aparırlar, plasmas yeşiklər dərhal ərazindən götürülür. Bu da onu söyləməyə əsas verir ki, ərazidə baş verən, yaxud da düşünülmüş şəkildə yaradılan hər cür iyrəncliklərin arxasında, birbaşa Yasin Əliquliyevin “şeytan barmağı” xüsusi təsir gücünə malik olur.



Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Mövzunu diqqətdə saxlayacağıq.


XəbərTv.info

Digər xəbərlər

4 yaşlı qızı döyərək boyunbağısını oğurladılar
Qorbaçov yaşı ilə rekorda imza atdı
Əbülfəs Qarayevin də yola salınacağı deyilir... - İDDİA
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Polis rəisinin müavini vəfat etdi: Vəzifəyə yenicə təyin olunmuşdu
Ölkədə son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb
Məşhur jurnalist Malaxov da azərbaycanlılara çağırış etdi: “Evdə qalın!”
Mustafa Babanlı HƏBSDƏN NECƏ QURTULDU...
Bakı metrosu 15 fevralda açıqlacaq?
Baş Prokurorluq: Gəncənin atəşə tutulması nəticəsində 5 nəfər həlak olub
Günün qoroskopu - 04.12.2019
Bu kəndlər də işğaldan azad edildi
Nərminin qətli ilə bağlı sensasion SƏS YAZISI YAYILDI - Qatil ODUR (AUDİO)
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Ayaz Mütəllibov dünyasını dəyişdi
“Aman ayrılıq” əbədi həsrət gətirdi: “Hər gün o mahnını oxuyurdu, fərqinə varmırdım ki...” - VİDEOREPORTAJ
Bu ölkə Azərbaycana pulsuz vaksin göndərir
Vətəndaş özünü yandırdı
May ayının birdəfəlik ödənişinə başlandı
Prezident internetə qoyulan məhdudiyyətdən danışdı
Bakıdakı dəhşətli qəza ilə bağlı bəzi məqamlar üzə çıxdı - - VİDEO
Prezident Bakıdakı Qarabağ yürüşündən danışdı
Hansı məhbuslar əfv olunacaq?– Komissiya üzvü AÇIQLADI
Nikol Paşiyan: “Bəyanatı imzalamaqdan başqa çıxış yolu yox idi”
Ramil İsmayılov Quba rayon İcra başçısı olacaq?
Bakıda idman arenasında 16 yaşlı gənc qətlə yetirildi
Bakıda DƏHŞƏT: Oğul anasını öldürdü
Kəmaləddin Heydərov Qəbələdəki yanğın yerinə getdi - VİDEO
İcra başçısı şöbə müdirini işdən çıxardı
Magistraturaya sınaq imtahanının nəticələri açıqlandı
{sape_links}{sape_article}