Son dəqiqə
Manset / Ölkə
17-03-2022, 18:38
306
Azərbaycan yollarında 20-dən çox velosipedçi həlak olub

Ötən il Azərbaycanda yol qəzalarında ölən velosipedçilərin sayı açıqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 2021-ci ildə velosipedçiləri vurma ilə nəticələnən 40 yol-nəqliyyat hadisəsi olub. Nəticədə 22 nəfər ölüb, 19 nəfər xəsarət alıb.
Bu ilin son 2 ayı ərzində isə 5 belə hadisə baş verib.