Son dəqiqə
İdman / Manset
18-03-2022, 08:35
311
1/4 finalın bütün iştirakçıları bəlli oldu - Konfrans Liqası
UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
Mərhələnin ən maraqlı görüşlərindən biri Fransada olub. Burada cari mövsümdə müxtəlif mərhələlərdə “Qarabağ”ın rəqibi olmuş iki komanda – “Marsel” və “Bazel” üz-üzə gəlib. İlk matçda Fransa klubu 2:1 hesablı qalibiyyət əldə etmişdi. Cavab matçında da oxşar nəticəyə imza atan fransızlar 1/4 finala yüksəliblər.
Joze Mourinyonun “Roma”sı ilk oyunda minimal hesabla məğlub etdiyi “Vitess”i bu dəfə evdə sınağa çəkib. Cavab görüşündə qalib müəyyənləşməyib və növbəti mərhələyə “canavarlar” vəsiqə qazanıb.
Mövsümün sürpriz komandalarından sayılan “Bude Qlimt”in avrokubok macərası davam edir. İlk oyunda “Alkmaar”ı 2:1 üstələyən Norveç klubu cavab görüşündə heç-heçəyə nail olmaqla növbəti mərhələyə adlayıb.
İlk oyunda hərəyə 4 top vuran “Kopenhagen”lə PSV-nin cavab qarşılaşması da maraqla gözlənilirdi. Bu dəfə yalnız PSV 4 qol vurub, “Kopenhagen” isə susub.
UEFA Konfrans Liqası
1/8 finalın cavab oyunları
17 mart
Alkmaar (Niderland) – Bude Qlimt (Norveç) 2:2
Qol: Pavlidis, 18; 30 – Pelleqrino, 26. Sampsted, 105+1.
İlk oyun – 1:2
Kopenhagen (Danimarka) – PSV (Niderland) 0:4
Qol: Zahavi, 10; 79. Getse, 38. Madueke, 90+1.
İlk oyun – 4:4
Renn (Fransa) – Lester Siti (İngiltərə) 2:1
Qol: Buriqe, 8. Tait, 76 – Fofana, 51.
İlk oyun – 0:2
Bazel (İsveçrə) – Olimpik (Marsel, Fransa) 1:2
Qol: Ndoye, 63 – C.Ündər, 74. Ronjye, 90+3.
İlk oyun – 1:2
Gent (Belçika) – PAOK (Yunanıstan) 1:2
Qol: Depoytre, 40 – Krespo, 20. Auqusto, 77.
İlk oyun – 0:1
Roma (İtaliya) – Vitess (Niderland) 1:1
Qol: Abraham, 90+1 – Vittek, 62.
İlk oyun – 1:0
Feyenoord (Niderland) – Partizan (Serbiya) 3:1
Qol: Dessers, 45. Nelson, 59. Linssen, 90 – R.Qomes, 61.
İlk oyun – 5:2
LASK (Avstriya) – Slaviya (Praqa, Çexiya) 4:3
Qol: Vayzinger, 36; 76. Qruber, 88. Şmidt, 89 – Olayinka, 24. Bah, 37. Sor, 62.
İlk oyun – 1:4