Son dəqiqə
Aktual / Manset
28-03-2022, 18:04
330
Rusiyanın daha bir məşhur qəzeti bağlandı
Rusiya mətbuatında özünəməxsus mövqeyi ilə seçilən "Novaya Qazeta" fəaliyyətini dayandırır. Bu barədə qəzetin "Twitter" hesabında məlumat verilib.
Bildirilir ki, qəzet müəyyən səbəblərdən daha çap olunmayacaq. Rusiyanın ictimai-siyasi qəzeti olan "Novaya Qazeta" müxalif liberal-demokratik və insan haqları istiqamətləri, həmçinin jurnalist araşdırmaları ilə tanınır.