Son dəqiqə
1-04-2022, 08:32
304

Cüdoçularımızın “Böyük dəbilqə”də ilk rəqibləri müəyyənləşdi

Cüdoçularımızın “Böyük dəbilqə”də ilk rəqibləri müəyyənləşdi

Bu gün Antalyada start götürəcək “Böyük dəbilqə” turnirində cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.

Ümumi mükafat dəyəri 154 min avro olan yarışda Azərbaycan 17 idmançı ilə təmsil olunacaq.

Yarışın birinci günündə kişilər arasında 60, 66, qadınlar arasında isə 48, 52 və 57 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Belə ki, kişilər arasında 60 kiloqram çəki dərəcəsində Turan Bayramov Felipe Dakruz (Livan), Rövşən Əliyev Dilşot Xalmatov (Ukrayna), 66 kiloqram çəkidə Yaşar Nəcəfov Adonis Diaz (ABŞ), Orxan Səfərov isə ABŞ-ın digər təmsilçisi İsaiah Ramirez-Lusian Bors Domitresku cütünün qalibi ilə qarşılaşacaq.

Qadınlar arasında isə 48 kiloqram çəki dərəcəsində Şəfəq Həmidova Andrea Stojadinov (Serbiya), Leyla Əliyeva Aliani Kubkarbonnel Julian (Kuba), 52 kiloqram çəkidə Gültac Məmmədəliyeva Qaxar İrmaqambetova (Qazaxıstan) ilə mübarizə aparacaq.

Turnirin ikinci günündə qadınların yarışında Günel Həsənli (70 kq) Lidya Brançeva (Bolqarıstan) ilə, kişilər arasında isə Rüstəm Orucov (73 kq) Denislav İvanov (Bolqaristan) - Hektor San Roman Çavez (Kuba) cütünün qalibi, Telman Vəliyev Coşua Qrin (İrlandiya), Elcan Hacıyev (81 kq) Jim Heyjman (Hollandiya), Murad Fətiyev Kedrik Kalonqa (Konqo Demokratik Respublikası) ilə qarşılaşacaqlar.

Yarışın üçüncü günündə isə kişilər arasında Rüfət İsmayılov (90 kq) Qeorqi Qramatikov (Bolqaristan), Elmar Qasımov (100 kq) Qriqori Minaskin (Estoniya), Zelim Kotsoyev Nulixan Şarxan (Qazaxıstan) - Mərt Şişmanlar (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq. Yüz kiloqramdan yuxarı çəki dərəcəsində cüdoçularımız İmran Yusifov Marius Fizel (Slovakiya), Uşanqi Kokauri Mirça Kroytoru (Rumıniya) - Lorenzo Aqro Silvayn (İtaliya) cütünün qalibi ilə görüşəcək.

Aprelin 3-də başa çatacaq yarışda 63 ölkədən 500-dən çox cüdoçu mübarizə aparacaq.

Digər xəbərlər

Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilir
Tanınmış futbolçu da koronavirusa yoluxdu
Bakıda ticarət mərkəzində qadına qarşı CİNAYƏT
İlham Əliyevdən Ermənistanın faşist rəhbərliyinə XƏBƏRDARLIQ
Düşmən mövqelərində xaos: Hərbçilərin yaxınları yolu bağlayır, silahı yerə qoymağı tələb edirlər
Hadrut və Zəngilanda nə baş verir?
Şəhərin mərkəzində insanların gecə həyatına haram qatan "Bar2Kat" kulubuna dur deyən tapılacaqmı? -
Prezident bir qrup sahibkarı təltif etdi -
Türkiyə ordusu Suriyada onlarla terrorçunu məhv etdi
Məktəbə göndərilməyən şagirdlərə onlayn dərs keçiriləcək?
Sülhməramlılar bayrağımıza hörmətsizlik etdilər -
Əfqanıstanda Rusiya səfirliyinin avtomobili partladıldı
Prokurorluq dəhşətli hadisə ilə bağlı açıqlama yaydı
Deputatın oğlu da işdən çıxarıldı
ABŞ-da ermənilər azərbaycanlılara qarşı təxribat hazırlayır
Keçmiş məhkum komendant postunda tapança ilə saxlanıldı
Bakıda iki bacını avtomobil vurdu
İstifadə olunmuş maskaları yığıb yenidən satırlar? - VİDEO
Rəqqasə Aygün Türkiyədə küçənin ortasında elə rəqs etdi ki... - VİDEO
Azərbaycan hərbçiləri “Efes-2022” təlimində -
Röya yenə məşhurları klipinə çəkdi
Adil Əliyev: “ABŞ diplomatiya tarixinin ən böyük səhvini etdi”
Azərbaycanda son sutkada koronavirusa 996 nəfər yoluxdu
Bakıda 6 tələbə qız kirayə mənzildə dəm qazından zəhərləndi
Cəfər Əliyev hərbi prokuror Xanlar Vəliyevin qardaşını ittiham etdi: “Hər şeyimi əlimdən aldı”
Abidələrin bərpası adıyla büdcəmiz dağıdılır
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Bakıda kişi arvadını amansızlıqla qətlə yetirdi
“Siyəzən Broyler”də yanğın oldu
Azercell-dən müəllimlərə dəstək!