Son dəqiqə
20-04-2022, 21:16
318

Muxtar Babayev yaxın kadrının canını yoxlamalardan qurtarıb hansı vəzifəyə təyin etdi

Muxtar Babayev yaxın kadrının canını yoxlamalardan qurtarıb hansı vəzifəyə təyin etdi

Muxtar Babayevin 2018-ci ilin aprelində qəfil, heç kimin gözləmədiyi halda Ekologiya və Təbi Sərvətlər naziri təyin edilməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Xatırladaq ki, buna qədər cənab Muxtar Babayev 2-3 il SOCAR-ın Ekologiya üzrə vitse-prezident vəzifəsində də işləmişdi. Amma onun bu təcrübəsi Azərbaycan kimi bir ölkənin ekoloji problemlərinin həll olunmasına kifayət edirdimi? Əsla.

Bəs Muxtar Babayevin bu təyinatından sonra ETSN-də nələr dəyişdi? Demək olar ki, elə ilk günlərdən nazirlikdə köklü kadr dəyişiklıkləri baş verdi. Muxtar Babayevin vaxtı ilə SOCAR-da çalışdığı bütün döst-tanışları, qohumları Nazirliyə transfer etdi. Onların hamısına demək olar ki, nazirlikdə bir sıra aparıcı vəzifələr tapşırdı. Az keçməmiş nazirliyin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru vəzifəsinə , əslən Qubadan olan həmyerlisi və əmisi oğlu deyilən Fizuli Babayev təyin edildi. Yəni, təbii ki, bu adam da SOCAR-dan transfer olunanlardan biri hesab olunur. Həmin Fizuli Babayevi Təbii Sərvətlər naziri martın 1-dən, təqaüd yaşına 2 ay qalmış vəzifəsindən azad edib. Niyə? Əldə etdiyimiz məlumatlara görə ETSN-in adıçəkilən idarəsində köklü yoxlamalar olub və külli miqdarda dövlət vəsaitlərinin mənimsənildiyi üzə çıxıb. Muxtar Babayev isə yerlisini, ya da qohumunu təhlükədən uzaqlaşdırmaq məqsədi ilə təqaüd yaşına 2 ay qalmış vəzifəsindən uzaqlaşdırıb. Çox uzağa deyil, elə ETSN-də Texniki təminat şöbəsində direktor müavini təyin edib.
Bəs Fizuli Babayevin bir ay əvvəl direktoru olduğu Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsində nələr olmuşdu. Qeyd edək ki, qurumun balansında ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə istifadə edilən xeyli sayda nəqliyyat vasitələri var. Bu nəqliyyat vasitələrinin hərəkət cədvəlindən tutmuş, bütün maddi-texniki məsələlər də məhz sözügedən idarənin səlahiyyətlərinə daxildir. Son 3 ildə dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinə ayrılmış vəsaitlərin hansı məqsədlər üçün sərf olunması ətrafında apardığımız araşdırmalar barədə hələ Füzuli Babayevin vəzifə başında olduğu vaxtlar yazmışdıq.
Araşdırmalar zamanı Fizuli Babayevin Mexaniki Təminat İdarəsinə direktor təyinatından sonra keçirilmiş tenderlərin necə formal və qanunvericiliyin tələblərinə cavab vermədən keçirildiyini təsdiq edən konkret faktlara da toxunmuşduq. Belə ki, İdarənin sərnişindaşıma, yükdaşıma və torpaq işlərinin görülməsi xidmətlərinin satın alınması üzrə “UNISERVICE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı müqavilə üzrə qeyd etdiyimiz xidmətlərin göstərilməsinə Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi 494 461.3 manat məbləğində hər il vəsait ayırıb. Müqavilənin bağlanıldığı MMC ilə tanış olaq.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “UNISERVICE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 27.09.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU,AZADLIQ PR., ev 196, m. 114, qanuni təmsilçisi kimi isə Mütəllimov Samir Adil oğlu qeyd olunub.
Açıq mənbələrdən əldə edilmiş bu məlumatlardan da göründüyü kimi Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin keçirdiyi tenderlərin böyük əksəriyyəti bir neçə MMC-lərlə həyata keçirilib. Yəni idarə bütün işləri daimi müştərilərinə həvalə edib, satınalmalar haqqında qanunun tələblərinə zidd olaraq eyni şirkətlərlə işbirliyi qurub. Hansı ki, həmin MMC-lərin barəsində adlarından başqa heç bir məlumat yoxdur. Baxmayaraq ki, kifayət qədər ciddi məbləğlərdə tenderin qalibləri olublar, amma bu MMC-lərin nəinki bir veb-səhifəsinə, hətta sosial şəbəkə hesablarına belə rast gəlmək mümkün deyil. Bunlar şübhəli məsələlərin birinci tərəfi. İkinci maraqlı tərəf isə ondan ibarətdir ki, tenderlərdə nəqliyyat vasitələri və texnikalar üçün satınalması nəzərdə tutulan ehtiyat hissələri,sürtgü yağları, şin və akkumulyatorların böyük əksəriyyətini sürücülər şəxsi vəsaitləri hesabına alırlar. Bunlar açıq mənbələrdə təbii ki, göstərilmir. Bunları biz müxtəlif yollarla, şəxsi mənbələrimiz vasitəsi ilə öyrənə bilmişik. Bəs ayrılan milyonlarla dövlət vəsaiti hara gedir?

Suala cavab verməzdən öncə məsələnin digər tərəfini, yəni tenderlərin əslində regionlarda necə həyata keçirilməsi prosedurunun hansı maxinasiyalarla baş verməsini, idarədə kimlərin bu məslələri hansı mexanizmlə idarə etməsinin təfərrüatını yerlərdəki mənbələrimizin köməkliyi sayəsində aşkarlaya bilmişik. İdarə rəisinin göstərişilə 2019-cu ildə Nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU,AZADLIQ PR., ev 196, m. 114, qanuni təmsilçisi kimi isə Mütəllimov Samir Adil oğlu kimi qeydiyyatdan keçən MMC ilə idarə arasında hər il təxminən yarım milyon manat civarında tender müqaviləsi bağlamaqla regionlardakı meşə təsərrüfatı mərkəzlərinin tabeliyində olan ərazilərdən dövlət təşkilatlarının quru oduncaqla təchiz olunması məsələsinin həllini tapması nəzərdə tutulurdu. Belə ki, idarənin balansında bu işlərin icrası üçün kifayət qədər texnika və yük avtomobillərinin olmasına baxmayaraq, tender yolu ilə ayrılmış milyonlar təyinatından kənarlaşdırılıb. Sadə bir üsulla. Rayonlarda fəaliyyət göstərən fiziki şəxslərə məxsus avtomobillərin sahiblərini meşə materiallarının daşınmasına cəlb etmək məqsədilə “UNISERVICE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Samir Mütəllimov arasında yay fəsli üçün xidməti müqavilə bağlanmışdır. Bu MMC-nin texnikaları yoxdursa, tenderdə necə qalib olub?

Həmin müqavilələri bağlayan sürücülərdən birinin sözlərinə görə işlər ETSN nümayəndəsi olan və idarənin Qəbələ-İsmayıllı regionu üzrə kuratoru təyin edilmiş Elsevər adlı birisi tərəfindən tənzimlənir. Belə ki, Oğuz, Qəbələ, İsmayıllı rayonları üzrə meşələrdən yerli sakinlərin icazəli meşə materiallarının daşınması xidmətilə məşğul olan sürücülərə müraciət edərək onlarla bir şərtlə meşəyə buraxılmalarını razılaşır. Hər rayon üzrə 3 nəfər yük avtomobili olan sürücü əvvələcə Elsevərin şəxsi avtomobilinə oturdularaq Bakı şəhərinə, daha dəqiq desək Xırdalan şəhərində yerləşən Fizuli Babayevin idarəsinə gətitilir. Müdirin “kassası” hesab edilən Xosrov müəllimin təlim və tövsiyələrindən sonra MMC müdiri Samir Mütəllimov idarəyə dəvət edilərək hər bir sürücü ilə ayrı ayrılıqda xidməti müqavilələrə imzalanır. Sürücülərə bank kartları tərtib edilərək təqdim edilir. Və onlara başa salınır ki, hər ay onların kart hesablarına MMC tərəindən köçürülən 4500-4800 manat pullar hesaba oturdulduqdan dərhal sonra gətirib geri verməlidirlər. Qəbələnin Vəndam kəndində yaşayan və Fizuli Babayevlə uzaq qohumluq əlaqələri olan Elsevərə. Rəsmi sövdələşmədən sonra Xosrov müəllim onları gəldikləri rayonlara yola salır. Son 3 ildə beləcə ETSN Regional Meşə Təsərrüfatı Mərkəzləri üzrə Elsevər kimi 1 nəfər kurator olamqla bu iş beləcə düzülüb qoşulur. Şəki Regional Meşə Təsərrüfatı üzrə idarənin kuratorunun adı isə Vüqardır. O da öz növbəsində Xosrov müəllimin göstərişlərinə uyğun olaraq Balakən, Zaqatala, Qax və Şəki rayonları üzrə meşələrlə əlaqəsi olan hər rayon üzrə 3 nəfər sürücü taparaq onlarla əvvəlcə gizli sövdələşir, hər birinin adına rəsmi müqavilə bağlanmaqla bank kartı təşkil edilir. Bundan əlavə mənbə onu da bildirdi ki, sürücülər tərəfindən guya meşə materialı olan yüklərin daşınması zamanı avtomobilimizin sürtkü materialı, şinləri və yanacaqla təmin olunması üçün də MMC tərəfindən xeyli vəsaitin ayrılması nəzərdə tutulur. Məsələn, hər bir yük avtomobili üçün 3000 manatlıq yanacaq formal yazılır. Sürücülər də özləri demişkən “Çörəklərinin xatirinə” belə şərtlər altında müqavilələr bağlamağa razı olurlar. Və hərdən 80-100 manat qarşılığında real yükləri də idarə və təşkilatlara daşıyırlar. Amma hər dəfə onların bank hesabına 4500-4800 manat əməkhaqqı köçürüləndə yerli vergi orqanları onlardan aldıqları vəsaitin vergisininin ödənilməsini tələb edirlər.Və bu məsələ deyilənə görə həll olunmamış qalmaqdadır. Yerdə qalan bütün proseslər formal olaraq kağız üzərində sənədləşdirlir. Tender “qalibi” olmuş 5 manatlıq Nizamnamə kapitalının sahibi, “UNISERVICE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri S.Mütəllimov isə reallıqda 5-10 manat qarşılığında bir etibarlı alət kimi istifadə edilir və edilməkdədir. Sonda dövlət büdcəsindən ayrılan milyonları qazanan isə Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru olmuş Fizuli Babayev, Xosrov müəllim və yerlərdəki kuratorlar olan Elsevər və Vüqar kimilər olur. Budur, Elsevərin özünün də etiraf etdiyi kimi qısa müddətdə 2 möhtəşəm evə və 3 təzə minik avtomobilinə sahib olmuşdur.
Bir sözlə, biz təkcə bir epizod üzrə, yəni, “tender qalibi” olmuş “UNISERVICE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün hər il dövlət büdcəsindən ayrılan milyonların reallıqdakı taleyinə qismən aydınlıq gətirdik. Və bu prizmadan yanaşmaqla Fizuli Babayevi idarəsinin müxtəlif təyinatlar üzrə ayrı-ayrı etibarlı MMC-lərlə bağladığı müqavilərərin sonradan necə formal həyata keçirilməsini də digərləri üzrə araşdırıb detalları ilə üzə çıxarmaq olar.

Qurum fiziki şəxs Fərzəliyev Sabir Təvəl oğlu ilə 10.07.2020-ci il və 06.05.2021-ci il tarixlərdə nəqliyyat vasitələri və texnikalar üçün ehtiyat hissələri, şin və akkumulyatorların satın alınması üzrə müvafiq olaraq 563473.6 və 570501.68 manat məbləğində satınalma müqaviləsi bağlamışdır. Bu yuxarıda qeyd etdiyimiz xidmətlərin satınalmasına on ay ərzində 1 133 975 manat vəsaitin ayrılması deməkdir. Buraya nəqliyyat vasitələri və texnikalar üçün müxtəlif akkumulyatorların satın alınması üçün ayrılmış 121556.52 manatı da əlavə etsək, bu on ay ərzində bir fiziki şəxslə 1255531 manat satınalma müqaviləsinin bağlanılması deməkdir.
Bəs Fərzəliyev Sabir Təvəl oğlu kimdir? Fiziki şəxs kimi Quba rayon Vergilər İdarəsində Dövlət qeydiyyatına alınıb. Prezident İlham Əliyevin 31 dekabr 2020-ci il tarixli Sərəncamına əsasəsən Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxslərın təltif edilməsi siyahısında Fərzəliyev Sabir Təvəl oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunduğu barədə məlumat var. Sözügedən şəxsın bir fiziki şəxs olaraq kənd təsərrüfatının inkişafında nə kimi xidmətləri olub,deyə bilmərik, amma respublikanın şimal bölgəsində bir çox müəssisələrin elan etdiyi tenderlərin qalibi olması barədə məlumatlar yetərincədir. Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin elan etdiyi tenderin qalibi olmasında da çox güman ki, bir yerli kimi Fizuli Babayevin rolu olub.

Göründüyü kimi Fizuli Babayevin son illər törətdiyi irimqyaslı korrupsiya hüquqpozmalarının üstü açılıb. Ona görə də nazir Muxtar Babayev onu cinayət məsuliyyətindən xilas etmək üçün təqaüd yaşına 2 ay qalmış? cari ilin martın 1-dən vəzifəsindən azad edib. Çox keçməmiş isə şəriki və əmisi oğlu olan Fizuli Babayevə nazirliyin bütün texniki təminat sisteminə nəzarət edən şöbəyə müşavir vəzifəsinə gətirib. Bilinmir, Fizuli Babayev bu vəzifədə nə qədər duruş gətirəcək. Amma görsənən odur ki, nazir Muxtar Babayev sevimli kadrını hələ çox bəlalardan xilas edəcək.

(Aktualinfo.org)

XəbərTv.info

Digər xəbərlər

General Mövlam Şixəliyev və dəstə üzvləri 14 milyon manat rüşvət almaqda təqsirləndirilir
Cəbrayılın Məzrə kəndindən görüntülər - VİDEO
"Həyat yoldaşımla aramızda bağlılıq var" - Həmidə Ömərova
Cənubi Azərbaycan təmsilçisi "Traktor" klubu İran kubokunu qazandı
Düşmən yeni itkilərini açıqladı
DYP-də hər şey köhnə qaydada gedir - Sadəcə qiymətlər bir az dəyişib...
Dünya bazarında neftin qiyməti
Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonu ərazisində Soltanlı stansiyasının təməli qoyulub -
Küveyt hökuməti istefaya getdi
Bu gündən etibarən bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək - QAYDALAR
Xarici işlər nazirinin ailə sərvəti -
Prezidentdən məcburi köçkünlərə şad xəbər
Türkiyənin oyununda fantastik qol -
Türkiyədə dəhşətli qum fırtınası meydana gəldi - VİDEO
İran xarici işlər nazirinin Azərbaycana səfər tarixi və proqramı məlum oldu
Müstəqim Məmmədovdan şəhid ailəsinə hörmətsizlik -
Həftə sonu marşrut avtobuslarının fəaliyyəti dayandırılacaq
Azərbaycanlıların bəlası - Çörəyi çox yemək xəstəliklərə YOL AÇIR!
Səhiyyə nazirinin müavini: “Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var”
Bakıda xəstələr və həkimlər qidadan zəhərləndi
Kartof insanları belə ZƏHƏRLƏYİR - Mütəxəssisllərdən VACİB TÖVSİYƏLƏR
Baş redaktorlar 3-cü jurnalist binasından DANIŞDILAR: “Bizdə heç 200 keyfiyyətli evsiz jurnalist qalmayıb”
Laçında cüyür ovlayıb kef məclisi təşkil edən iki nəfər saxlanılıb - VİDEO
Azərbaycan nefti bahalaşdı
Bakıda işıqforun işləməməsi qəzaya səbəb olub, xəsarət alanlar var - FOTO - VİDEO
Putinə “güclü lider”, Trampa isə “lovğa” dedi
Ermənilər atəşkəs rejimini 54 dəfə pozdu
Beynəlxalq Bankla Azər-Türk Bank İnvestisiya Holdinqinin idarəetməsinə verildi
İlahə Fəda: “Allaha şükür edirəm, yaxşı ki, övladım yoxdur” -
Türkiyə mallarını boykot edən Nikol Paşinyan Almatıda türk otelində qalır
{sape_links}{sape_article}