Son dəqiqə
22-04-2022, 11:44
337

Gənc nazir buralara nəzər salsa, yaxşıdır...

Gənc nazir buralara nəzər salsa, yaxşıdır...

Söhbət Abşeron rayon Mədəniyyət Mərkəzindən düşmüşkən, bu sferada baş verən bir çox problemlərə nəzər salaq.

Birincisi, ondan başlayaq ki, hazırda sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevin müavinləri, baş idarə rəisləri həbsxanada olduğu halda, Əbülfəs Qarayev xanımı Lalə Kazımova ilə Londonda onlara məxsus villada istirahət edir.
Bəli, birinci, əsas məsələ budur ki, nazir azadlıqda, öz kefindədir, amma müavinləri, müşavirləri həbsxanada...
Bu barədə dəfələrlə yazdığımız üçün uzunçuluğa varmaq istəmirik. Amma...
Əmması odur ki, nazirin icazəsi olmadan, müavinlər, müşavirlər, yaxud rayon şöbələrinin rəhbərləri kim idi ki, rüşvət ala bilə...?
Axı, məhkəmə prosesində də müavinlər açıq şəkildə dedilər ki, rayon mədəniyyət mərkəzlərindən aldığımız pulları cənab nazir Əbülfəs Qarayevə verirdik.
Bu bütün istintaq və məhkəmə materiallarında təsdiq və təsbit olunub.
Yəni nazirlriyin yüksək rütbəli məmurları təsdiq edir ki, biz yüz minləri Əbülfəs Qarayevə vermişik, o da bizə 5-10 faiz pul qaytarıb.
Yəni ölkənin məhkəmə-hüquq sistemi o gündədir ki, baş cinayətkar qalıb kənarda, başqaları həbs olunur.
Məhkəmə materiallarından bəlli olur ki, nazirin müavinləri rayon mədəniyyət mərkəzlərinin rəhbərlərindən, musiqi məktəblərindən hər ay aylıq alıb nazirə verirmişlər.
Belə Mədəniyyət mərkəzlərindən biri də Abşeron Mədəniyyət Mərkəzidir.
Yeri gəlmişkən, bir haşiyə kənara çıxaraq qeyd edək ki, son illər Azərbaycanda müxtəlif nazirlik və komitələrin regional idarələri yaranıb.
Loru dildə desək, Abşeronun, Xızının, Sumqayıtın Mədəniyyət idarələri yerində qalır və əlavə...Regional idarə yaradılır. Və Regional idarədə hər rayonun öz kuratoru, köməkçisi, katibəsi, sürücüsü, xidməti avtomobili və s...
Görəsən, bu Regional idarələri hansı məntiqlə, hansı ağılla yaradıblar ?
Bu boyda dövlət vəsaitini sağa-sola dağıtmağın nə mənası var.
Bu bilirsiniz nəyə oxşayır...?
Lap sadə dildə desək, 4-5 rayonun icra hakimiyyəti yerində qalır və onlara nəzarət üçün “Regional icra başçısı” vəzifəsi və idarəsi yaradılır.
Və bu qurumun tabeçiliyində yuxarıda qeyd etdiyimiz kimi Abşeron rayon Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.
Abşeron rayon Mədəniyyət Mərkəzinin direktoru Kamran Musayevdir.
Kamran Musayev hər ay mərkəzin nəzdində olan musiqi məktəblərindən pul toplayaraq nazirliyə çatdırıb.
Qısa məlumat üçün qeyd edək ki, Abşeron rayon Mədəniyyət Mərkəzi 1984-cü ildə ümumi sahəsi 4510 kv m olan Abşeron rayon mədəniyyət evi (2012-ci ilin 27 dekabr tarixindən Mədəniyyət Mərkəzi adlandırılmış) inşa edilmişdir. Mərkəzin 400 və 170 tamaşaçı yerlik zalı, 40 iş otağı, 300 kvm foyesi, 51 kvm qarderobçu, 5 sanitar qovşağı vardır. Abşeron rayon Mədəniyyət Mərkəzi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Sumqayıt Regional Mədəniyyət İdarəsi və Abşeron rayon İcra Hakimiyyətinin verdiyi əmr, sərəncam və fərmanlara müvafiq olaraq illik iş planı üzrə mədəni-kütləvi tədbirlər həyata keçirir. Mərkəz mədəni irsin qorunması və təbliği, mədəni sərvətlərin yaradılması və inkişafı istiqamətində işlər görür. Mərkəzin folklor, diyarşünaslıq və sənətkarliq sahələri üzrə profilləşmiş 9 klub filialı vardır. (Qobu qəsəbə sənətkarliq evi, Mehdiabad qəsəbə diyarşünaslıq evi, Ceyranbatan qəsəbə folklor evi, Novxanı kənd sənətkarlıq klubu, Məmmədli kənd diyarşünaslıq klubu, Fatmayı kənd diyarşünaslıq klubu, Hökməli qəsəbə diyarşünaslıq klubu, Görədil kənd folklor klubu, Pirəkəşkül kənd sənətkarlıq klubu) Mədəniyyət Mərkəzində Musiqili Komediya Xalq teatrı, "Çeşmə" folklor ansamblı, "Xəzri" xalq çalğı alətləri ansamblı, "Abşeron" aşıqlar qrupu, "Abşeron" meyxana qrupu, "Odlar yurdu" ritm qrupu, "Günəş" uşaq teatrı, "Qaravəlli" folklor teatrı, "Abşeron" xınayaxdı qrupu, "Abşeron" rəqs kollektivi, "Buta" xalq tətbiqi və təsviri sənət həvəskar birliyi, "Mənim dünyam" təsviri və dekorativ sənət" ictimai birliyi və digər kurs və dərnəklər fəaliyyət göstərir. Xalq teatrı və bədii özfəaliyyət kollektivlərinin üzvləri, xalq tətbiqi və təsviri, dekorativ sənət ustaları tarixi və əlamətdar günlərdə, bayram tədbirlərində, respublika festivallarında iştirak edirlər.
İndi gördünüzmü, Kamran Musayevin tabeçiliyində neçə-neçə klublar, musiqi qrupları, musiqi məktəbləri faəliyyət göstərir.
Təsəvvür edirsiniz, Fatmayi kəndində Diyarşünasılıq klubu var və işçiləri dövlətdən maaş alır.
Belə klublar xeyli saydadır və xeyli sayda işçiləri var.
Mərkəzin nəzdində Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbi var. Bu məktəb də Kamran Musayev üçün əlavə gəlir mənbəyidir.
Sözün qısası, Abşeron Mədəniyyət Mərkəzi sanki rüşvət və korrupsiya yuvasıdır.
Görəsən Əbülfəs Qarayevin xələfi olan yeni nazir Anar Kərimov bütün bu cinayət əməllərini görmür..?
Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. (gundelik-baku.com)

XəbərTv.info

Digər xəbərlər

Qaz təchizatı dayandırıla bilər: Əhaliyə XƏBƏRDARLIQ
Nuşirəvan Səfərovun yerinə yeni rəis təyin edildi
Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəfat etdi
“Azərsu” abonentlərə müraciət edib
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
İlham Əliyev dövlət agentliyinə 3,1 milyon manat ayırdı
Düşmən Tərtərdə daha bir mülki vətəndaşı öldürdü
Ermənistanlı hakim-inspektor azərbaycanlı referilərə qiymət verəcək
31 maydan metroda gediş haqqı 97 qəpik olacaq?
Baş Prokurorluq: Bərdədə həkim səhlənkarlığı ilə bağlı fakt araşdırılır
Abid Şərifovun şirkəti borc içində batır –
İnsan alveri ilə məşğul olan üç cinayətkar qrup zərərsizləşdirildi (RƏSMİ)
Azərbaycanda son sutkada vaksinasiya olunanların sayı açıqlandı
Prezident Qarabağın statusu məsələsinə nöqtə qoydu - VİDEO
Ermənilər yenidən Gəncəni atəşə tutur - RƏSMİ
10 ildir gedən "Bacanaqlar" bağlanır
Bu il Azərbaycan əhalisi ən çox nəyə pul xərcləyib?
Ermənistan millisindən biabırçı məğlubiyyət: Qapılarında 10 qol gördülər
Səsvermənin nəticələri açıqlanır – SON DƏQİQƏ
Azərbaycan 2016-cı ilin aprel müharibəsini niyə dayandırıb? - ƏTRAFLI
Çili sahillərində 6.2 ballıq zəlzələ
DİN rəsmisi: "Polis postlarının sayının azaldılması barədə məlumatlar əsassızdır"
Çində koronavirusa yoluxanların 90%-dən çoxu sağalıb
Portuqaliyalı cüdoçu yerə düşən telefona görə Bakı turnirindən uzaqlaşdırıldı - VİDEO
Hərarəti olan şagird buraxılış imtahanına buraxılmayıb
Bir sıra sahələrdə yerində xidmət dayandırılır
“Şuşa da, Qarabağ da Azərbaycanındır” - Ermənidən etiraf + VİDEO
Ermənistan tikinti materialları adı altında Qarabağa əsgər daşıyırmış... - VİDEO
Azərbaycanlı qardaşların milyardlarına həbs qoyuldu
İşsiz qalan şou əhli: Evini, maşınını, qızıllarını satanlar - SİYAHI
{sape_links}{sape_article}