Son dəqiqə
25-04-2022, 11:16
234

Bu pensiyalar artır: 2 yenilik necə tətbiq ediləcək?

Bu pensiyalar artır: 2 yenilik necə tətbiq ediləcək?

Ailə başçısını itirməyə görə pensiya məbləğlərinin hesablanması qaydalarında yeni təklif olunan dəyişikliklər ilə bağlı 2 yenilik nəzərdə tutulur. “Əmək pensiyaları haqqında” qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik ailə başçısını itirdikdən sonra dünyasını dəyişmiş şəxsın pensiyasının ailə üzvüləri arasında bölüşdürülməsini nəzərdə tutur.

Gununsesi.info xəbər verir ki, bu barədə iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, hazırda yaşa, yaxud əlilliyə görə pensiya alan şəxs ailə başçısını itirdikdə və ailə başçısını itirməyə görə də pensiya hüququ yarandıqda öz pensiyasını seçirsə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürülmür. Yəni dəyişikliklərdən sonra bu reallaşacaq:

“Məsələn, 400 manat alan ailə başçısı dünyasını dəyişdikdən sonra onun yoldaşı öz pensiyasını almaqda davam edir. Yəni, o, dünyasını dəyişmiş yoldaşının pensiyasını seçmir. Bu halda dünyasını dəyişmiş şəxsin yoldaşı öz pensiyasını alacaq və digər 400 manat isə ailə üzvləri arasında aylıq bölüşdürüləcək.

Dünyasını dəyişən ailə başçısının pensiya kapitalı da indeksləşdirilərək artırılacaq”.

Millət vəkili bildirib ki, daha bir məsələ pensiyaçının dünyasını dəyişəndən sonra onun əmək pensiyasının sığorta hissəsinin məbləğinin indeksləşdirilməsi ilə bağlıdır:

“Yeni layihə qəbul olunandan sonra dünyasını dəyişən şəxsin pensiya kapitalının indeksasiya olunub artırılması halı mümkün olacaq. Qanunun 18.3-cü maddəsinə ediləcək düzəlişə əsasən pensiyaçı olan şəxs vəfat etdikdə və ailə üzvlərinin sonralar ailə başçısını itirməyə görə pensiya almaq hüququ yarandıqda həmin dövr ərzində də əmək pensiyasının sığorta hissəsinin məbləği indeksləşdiriləcək və ailə başçısını itirməyə görə pensiyanın sığorta hissəsi daha yüksək məbləğdə təyin olunacaq.

Məsələn, pensiyaçı dünyasını dəyişən zaman onun əmək pensiyasının sığorta hissəsi 50 min manatdır. Bu halda həmin şəxsin orta pensiya məbləği 347 manatdır (50 min manat/144 ay). Amma onun ailə üzvlərinin ailə başçısını itirməyə görə pensiya almaq hüququ 7 ildən sonra yaranır. Bu illər ərzində isə indeksasiya faizi 30 il olub. Bu zaman 50 min manat kapitalın üzərinə 15 min manat əlavə olunacaq. Bu halda dünyasını dəyişən vətəndaşımızın əmək pensiyasının sığorta hissəsi 65 min manata çatdılacaq ki, bu da ailə üzvü və ya üzvülərinin daha çox vəsait almasına imkan verəcək. Bununla da həmin şəxs üçün orta pensiya məbləği 347 manatdan 451 manata yüksələcək. Sığorta məbləğinin həcmi böyük olan zaman artımlar daha böyük faizlə ifadə olunacaq.

Dəyişiklik layihəsi Milli Məclisinin 26 aprel tarixili plenar iclasında müzakirəyə çıxarılacaq”.

XəbərTv.info

Digər xəbərlər

Azərbaycanda şok!Quşçuluq broylerində qadınları cinsi istismara məruz qoyurlar?
Pakistanda sərnişinlə dolu avtobus çaya düşdü
Azərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir - VİDEO
Bakıda polisdən film kimi qaçış
İki eksperiza, iki müxtəlif rəy... - Buna nə ad vermək olar?..
İcra hakimiyyətinin saxlanılan əməkdaşının oğlu da yüksək vəzifəli şəxs imiş (ÖZƏL)
“Qarabağ tarixi” dərsliyinin adı dəyişdiriləcək
Eldar Əzizov nazir postuna gətirilir
Bakıda obyektdən oğurluq edən şəxs "iş başında" saxlanıldı -
Neymar koronavirusa yoluxdu
Bakıdakı Avropa çempionatı azarkeşsiz keçiriləcək
Xanım iş adamından Bakı Şəhər Nizami Rayon Məhkəməsinin hakimləri, eləcə də məhkəmə icrasçısı haqda ŞOK İDDİA
Rasim Balayevin doğum günüdür
Qadın toyuq almağı unudan ərini bıçaqlayaraq öldürdü - Çində qətl
İki karateçimiz Avropa çempionu oldu
Paşinyan xarici işlər naziri Ara Ayvazyanı vəzifəsindən azad etmək istəyir
Ledi Qaqanın köməkçisini öldürüb itlərini oğurladılar
Bir anda tapıldı - çox az sayda qalıb/ FOTOLAR
Kim Çen In: “Xarici dünya ilə əlaqələrimizi genişləndirməliyik”
Azərbaycanda bir gündə 2104 nəfər COVID-19-dan sağalıb, 1213 nəfər yoluxub, 21 nəfər vəfat edib
Dövlət qulluqçularının peşə bayramı günüdür
Artur Rasizadə hələ də komissiya sədridir
ABŞ-ın birinci xanımının aparat rəhbəri toqquşmalara görə istefa verdi
MN: “Ermənistan öz itkilərini gizlətmək üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir”
Siyəzəndə məmurun ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI... - VİDEO
Xankəndi yaxınlığında yenidən atışma səsləri eşidilib
Putinin son çıxışının Azərbaycan üçün müsbət çalarları - ŞƏRH
İşğaldan azad olunmuş ərazilərə gedənlərin NƏZƏRİNƏ - XƏBƏRDARLIQ
Hollandiyadan gələn azərbaycanlı qız canlı yayımda Kəlimeyi-şəhadət gətirərək müsəlman oldu — VİDEO
Parlament seçkilərində "Bakı qırğını" ƏN MARAQLI DAİRƏLƏR – VİDEO