Son dəqiqə
28-04-2022, 16:31
251

Müdafiə nazirinin müavinləri azad edilmiş ərazilərdə olub - VİDEO

Müdafiə nazirinin müavinləri azad edilmiş ərazilərdə olub -

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması, həmçinin döyüş hazırlığının yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Bu barədə Xəbərtv.info-Ya Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə nazirinin müavinləri - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev yeni inşa olunaraq şəxsi heyətin istifadəsinə verilən infrastruktura baxış keçirib.

Bildirilib ki, müasir tələblər nəzərə alınmaqla inşa olunan infrastrukturda şəxsi heyətin bütün zəruri ehtiyacları tam qarşılanıb. Burada qərargah binası, yataqxana, hamam-sanitar qovşağı, ehtiyat qidaların saxlanması üçün ərzaq anbarı, əşya anbarı, qazanxana, ideoloji sinif, xidməti, məişət və silah otaqları mövcuddur. Şəxsi heyətin qidalanması üçün nəzərdə tutulan yeməkxana binası müasir standartlara cavab verən məişət texnikası və inventarla təchiz edilib.

Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb. Bundan əlavə, hərbi qulluqçuların asudə vaxtlarının səmərəli təşkili üçün idman şəhərciyi salınıb. Ərazidə abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilib.
Nazir müavinləri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı müvafiq göstərişlər verib.

Sonra general-leytenant N.Osmanov və general-leytenant Ə.Əfəndiyev şəxsi heyətlə görüşərək onların qayğıları ilə maraqlanıb, hərbi qulluqçuları qarşıdan gələn Ramazan bayramı münasibətilə general-polkovnik Zakir Həsənovun adından təbrik edərək xidmətlərində uğurlar arzulayıb. Hərbi qulluqçular yaradılan yüksək şəraitə, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda müdafiə nazirinin aidiyyəti üzrə müvafiq tapşırıqları şəxsi heyətə çatdırılıb, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu qiymətli hədiyyələrlə mükafatlandırılıb.


Digər xəbərlər

Rektor öz qohumlarını ATU-ya doldurdu -
Düşmən öz tanklarını atəşə tutdu: Ekipaj məhv edildi
Ali məktəblərə ixtisas seçiminin vaxtı AÇIQLANDI
Prezident “İskəndər M”lə bağlı cavab tələb etdi
Azərbaycan ordusu 24 günə Ermənistanın illik büdcəsinə bu qədər ziyan vurub
"Koronaviruslu xəstələrə görə əməkhaqqına əlavələr hələ də ödənilməyib”
Dağlıq Qarabağ və ətraf rayonlardakı 67 məscidin 63-ü tamamilə dağıdılıb
Bakıda qarlı hava ilə əlaqədar qurulan çadırların - SİYAHISI
“Qarabağ”ın potensial rəqibləri üz-üzə - AFİŞA
Ağır döyüşdən çıxan Azərbaycan əsgərləri: “Ermənilər qaçır, zəfər bizimlədir” - VİDEO
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik etdi
Keçmış nazirin övladları Azərbaycandan köçüb - VİDEO
İlham Əliyev Bris Rokföy ilə Ermənistanla sülh müqaviləsini müzakirə edib
Parlament Azərbaycanda hərbi vəziyyətin ləğv edilməsini təsdiqlədi
Neçə xanım deputat oldu?
12 mindən çox şəxsə niyə “Müharibə veteranı” adı verilmir? -
Bakıda bu özəl klinika bağlandı
İlham Əliyev: “Bizə kənardan təzyiq olarsa, onda “F-16”ları görəcəksiz"
Bir səhvə görə vəzifəsini itirən məmurlar... - Fotolar
Rusiyadan Bakıya dəvət etdiyi sevgilisinin azyaşlı qızına təcavüz etdi
“Rüşvətə qarşıyam” deyib rüşvətə görə həbs edilən icra başçısı məhkəməyə çıxarılır
Qırğızıstan prezidenti istefa verəcək, amma bir şərtlə...
Bennett İsrail üçün əsas təhlükəni adlandırıb
Ermənilər Kəlbəcərdə elektrik dirəklərini dağıdırlar
Türkiyə Qarabağda atəşkəsə nəzarətdə iştirakını elan etdi
Türkiyədə küçələrdən birinə şəhid general Polad Həşimovun adı veriləcək
Kürdə batan Ramin Vətən müharibəsi iştirakçısı imiş
10 nəfərdən çox toplaşmaq qadağan edilsə də, Bakı metrosu bu gün - Video
Sabah hava şəraiti necə olcaq?
Azərbaycanda son sutkada 2064 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb
{sape_links}{sape_article}