Son dəqiqə
14-01-2020, 09:09
1 033

İlham Əliyev: “Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır”

İlham Əliyev: “Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır”

Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı sonda yekun nitqi ilə çıxış edib. O, çıxışında Azərbaycanın dünya əhəmiyyətli nəhəng layihələr icra etdiyindən söz açıb:

“Bu layihələr arasında Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum, TANAP qaz kəmərləri var. Cənub Qaz Dəhlizi bu il istismara veriləcək. Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib və bu yol vasitəsilə yükdaşımaların həcmi ildən-ilə artır. Bakı-Tbilisi-Qars Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsidir. Biz bu layihəni qonşu ölkələrlə - Türkiyə və Gürcüstan ilə uğurla icra etdik. Digər qonşularımızla - Rusiya və İran ilə Şimal-Cənub nəqliyyat dəhlizi üzrə işlər uğurla gedir və demək olar ki, bu dəhliz fəaliyyət göstərir. Sadəcə olaraq, bu dəhlizi daha da səmərəli etmək üçün növbəti addımlar atılır”.

İlham Əliyev çıxışında qeyd edib ki, bu nəhəng enerji və nəqliyyat layihələri Ermənistandan yan keçib:

“Bu, bizim qonşularımızdır, eyni zamanda, Rusiya istisna olmaqla, Ermənistanın da qonşularıdır. Yəni, biz qonşularla dostluq, əməkdaşlıq, səmimiyyət əsasında münasibətləri qurmuşuq və məhz buna görə bu layihələrə nail olmuşuq. Ermənistan isə əsrlərboyu qonşulara xor gözlə baxır, qonşulardan nəsə qoparmaq istəyir, onların torpağına iddia edir, tarixi saxtalaşdırır, tarixi abidələri saxtalaşdırır və özününküləşdirməyə cəhd edir. Fərq bundan ibarətdir.

Ermənistanı bu enerji və nəqliyyat layihələrindən biz təcrid etmişik və bunu heç vaxt gizlətməmişik. Mən hələ bir neçə il bundan əvvəl demişdim ki, biz Ermənistanı regionda bizim iştirakımızla reallaşdırılan bütün önəmli layihələrdən təcrid edəcəyik və biz buna nail olduq, həmişə olduğu kimi sözümüzə sadiq qaldıq”.

Prezident qeyd edib ki, Ermənistanı siyasi, iqtisadi, investisiya, enerji və nəqliyyat dalanı adlandırıb:

“Torpaqlarımızdan çıxmayana qədər bu vəziyyət belə də qalacaq. Beləliklə, Ermənistan rəhbərliyi növbəti dəfə saxta məlumat əsasında Ermənistanı Azərbaycanla müqayisə etmək istəsə, yaxşı fikirləşsin. Çünki idman dili ilə desək, Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır və getdikcə bu fərq daha da böyüyəcək.

Bilirsiniz, əvvəllər mən Azərbaycanı heç bir ölkə ilə heç vaxt müqayisə etməmişəm. Biz işimizi kimisə qabaqlamaq üçün görmürük. Biz işimizi Azərbaycan xalqı, dövləti naminə görürük, sadəcə olaraq, Ermənistanın növbəti yalanlarını ifşa etmək üçün məcbur olub, bu müqayisəli təhlili sizə və Azərbaycan xalqına təqdim etdim. Özü də mənim gətirdiyim rəqəmlər həqiqəti əks etdirir, Ermənistanın gətirdiyi rəqəmlər növbəti əfsanədir, növbəti yalandır”.

Digər xəbərlər

ADA Universitetində Diplomatiya həftəsi keçirilir -
Gürcüstanda vətəndaşların kommunal xərclərini hökumət ödəyəcək
Quş qripi ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi
"Kürd Elnur"un həbs müddəti uzadıldı
Türkiyəli general koronavirusdan öldü
Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib
Sosial şəbəkədə virus təxribatçıları peyda olub - onları cəza gözləyir
Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib
Yaşar Əliyev TŞ-nın iclasında Ermənistan tərəfinin əsassız ittihamlarına cavab verib – TAM MƏTN
"Hoffenhaym"ın futbolçusu millimizdə
Prezident: Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır
Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ! – Bazar günü günortaya qədər...
Cavid Qurbanovun “sağ əli” Qubadlıda nə axtarır?
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
“MƏRCAN” toyuq fabrikində ağlagəlməz fırıldaqlar...
Ermənistanda dövlət qurumlarını və vəzifəli şəxsləri tənqid etmək qadağan edildi
Azərbaycanda qeydiyyatda olan QİÇS xəsətələrinin sayı AÇIQLANDI
Azərbaycan vətəndaşları Gürcüstana bu tarixdən gedə biləcəklər
Xüsusi təyinatlıların döyüş təlimi davam edir
Düşmənin sıradan çıxarılan texnikaları - SİYAHI
“Microsoft” vəfat etmiş şəxslərlə ünsiyyətə imkan verən cihaz yaradacaq
Rusiyada "Twitter" də bloklandı
Lavrov: “Dağlıq Qarabağda atəş 10 oktyabr 12:00-dan dayandırılacaq”
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib - VİDEO
AzTV-nin binasında bədbəxt hadisə: Bir nəfər öldü - FOTO
Bu gün neçə şagirddə koronavirus aşkarlanıb?
Yüksək peşə təhsili alanların universitetə daxil olmaq hüququ olacaq
Prezident: "44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək"
Ömər aşırımında hərbi maşın qəzaya düşdü - 2 hərbçimiz həlak oldu