Son dəqiqə
5-05-2022, 10:46
271

Kərim Vəliyev Kəlbəcərdə döyüş hazırlığını yoxladı - FOTO

Kərim Vəliyev Kəlbəcərdə döyüş hazırlığını yoxladı - FOTO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəlbəcər rayonunda dislokasiya olunan hərbi hissələrin döyüş hazırlığını yoxlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Baş Qərargah rəisi qoşun xidmətinin və döyüş növbətçiliyinin təşkili, eləcə də hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olub. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasını təmin etmək üçün bütün lazımi şərait yaradılıb.

General-polkovnik K.Vəliyev dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşərək onun qayğıları ilə maraqlanıb, xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırıb, gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonra Baş Qərargah rəisi hərbi birliyin komandir-rəis heyəti ilə xidməti müşavirə keçirib. General-polkovnik K.Vəliyev Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.

Sonda müasir ümumqoşun döyüşünün aparılması üsulları nəzərə alınmaqla bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, silah və döyüş texnikasının effektiv tətbiqi məqsədilə təlimlərin real döyüş şəraitinə uyğun keçirilməsi ilə əlaqədar müdafiə nazirinin göstərişləri aidiyyəti üzrə şəxsi heyətə çatdırılıb.

Xəbərtv.info

Digər xəbərlər

Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsini qəbul edib
Rusiyada ağır yol qəzası: 8 ölü, 3 yaralı - FOTO
Bakı metrosunda Tofiq Yaqublu ilə bağlı maraqlı etiraz- VİDEO
Zakir Qaralovun şirkətlərinin külli miqdarda vergi borcu üzə çıxdı
Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir görüntü paylaşılıb
Azərbaycanda daha 52 şagirddə koronavirus aşkarlanıb
Ermənistanda generalın oğlu və daha 68 nəfər saxlanıldı
Həkim uşaqlarla bağlı iddianı təkzib etdi: "Olsaydı, məlumatım olardı”
Bu idarənin rəisi Ana Təbiətə DƏDƏ MALI KİMİ BAXIR... -
Vergi güzəştlərindən yararlanacaq şirkətlər kimlərə məxsusdur? (ARAŞDIRMA)
Çempionlar Liqasında 4-cü tura start verildi: Nəticələr
Samux sakini qonşusunu biçaqladı
Məktəblərdə şagird sıxlığı bu formada idarə olunacaq
“Qarabağ”ın ev matçı Türkiyədə keçiriləcək
Azərbaycanda kasıb tələbələrin builki təhsil haqqını dövlət ödəyəcək
Sabahın hava proqnozu AÇIQLANDI
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər
“Əlimdə 45 dəqiqəlik video var, etiraflar edib...” - Nərminin atası
Bir ailənin 6 üzvü dəm qazından zəhərləndi
İşğaldan azad olunmuş ərazilərə gedənlərə - XƏBƏRDARLIQ
Neçə qazi intihar etməlidir ki, Siraqqədini yola salsınlar?
Sumqayıt təhsilində NƏ BAŞ VERİR?
Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbuluna başlanılır
Millimizin oyununu qadın hakim idarə edəcək
Azərbaycanda icra başçısının imarətində asılmış meyit aşkarlandı
Bu gün Azərbaycanda neçə şagirddə koronavirus aşkarlanıb?
Azərbaycan Ordusu vacib ərazi və yüksəkliklər ələ keçirib
Bu gün Muğam Mərkəzində Oqtay adminnin "Uca dağlar" musiqisi səslənilmişdir.
Həkim məsləhəti: Karantin zamanı tez-tez cinsi əlaqədə olun - VİDEO
5 yaşlı uşağın ayağı eskalatora ilişdi - Barmaqları qopdu - VİDEO
{sape_links}{sape_article}