Son dəqiqə
14-01-2020, 10:10
1 171

Milyonçu, Firon və Yapon oğullarının mandat savaşı - Şəkidə “ölüm dairəsi”

Milyonçu, Firon və Yapon oğullarının mandat savaşı - Şəkidə “ölüm dairəsi”

Deputatlığa namizədlər arasında iki gəncin adı xüsusi diqqət çəkir. Reportyor.info-nun araşdırmasına görə, 113 saylı Şəki şəhər seçki dairəsində məmur balası ilə milyonçu oğlunun amansız mübarizəsi gözlənilir.

Belə ki, vaxtilə Almaniyada 554 mənzil almış Nasir Mustafazadənin oğlu Nicat Mustafazadənin 113 saylı Şəki şəhər seçki dairəsindən namizədliyi təsdiq olunub.

Nicat Mustafazadə “Kapital Bank” ASC-də aparıcı mütəxəssisdir, İngiltərənin Durham biznes məktəbinin məzunudur.

Atası Nasir Mustafazadə “Azəri Servis LTD”nin rəhbəridir, əvvəllər “Azərkəndsutəchizatı” Dövlət Konsernində çalışıb.

Onun sahib olduğu şirkət irihəcmli tenderlərin “qalibi” olub, əsas sifarişçiləri “Meliorasiya və Su Təsərrüfatı”ASC, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu olub.

Həmçinin, “Azərsu” ASC, Bakı şəhəri Mənzil Kommunal Departamenti və rayon icra hakimiyyətləridir. Bir neçə il əvvəl Almaniyanın Frankfurt şəhərində 554 mənzil aldığı və sonradan bütün mənzilləri türk işadamına 22 milyon 800 min avroya satdığı məlum olmuşdu.

İndi oğlu N.Mustafazadə Şəkidən deputatlığa iddialıdır. Oliqarx oğlunun şanslarının sırf maliyyə hesabına yüksək olduğunu söyləmək olar.

Lakin 113 saylı Şəki şəhər seçki dairəsindən YAP-ın namizədi İskəndərov Vüqar Yapon oğludur. Hazırda Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəki şəhər Təşkilatının sədr müavini olan V.İskəndərov idmançı kimi tanınır. Onun da deputatlıq şansı az deyil.

Bu dairədə oliqarx və Yapon oğlunun əsas rəqibi isə Şəkinin icra başçısının müavini Firon Əliyevin oğludur.

Firon Əliyevin 1988-ci il təvəllüdlü oğlu Toğrul Əliyevin namizədliyi 113 saylı Şəki şəhər seçki dairəsindən təsdiq olunub.

Toğrul Əliyev keçmiş vergilər naziri Fazil Məmmədova məxsus “SYNERGY GROUP” MMC-də kommersiya departamenti direktoru vəzifəsində çalışır.

Firon Əliyev 19 ildən bəridir ki, icra başçısının müavinidir, yerli idarə və müəssisələrin bir çoxunda onun adamları rəhbər vəzifələri tutur.

Bir neçə il qabaq başçı ilə müavini F.Əliyev arasında qalmaqal olduğu barədə KİV yazmışdı. Beləliklə, 113 saylı dairəni “ölüm dairəsi” adlandırmaq olar.

Çünki hər üç rəqib gəncdir, şansları bərabərdir və kinin qalib gələcəyini 9 fevral günü biləcəyik. Meydanda oliqarx, Yapon və Firon balaları var. Seçim şəkili seçicilərindir…

Reportyor.info

Digər xəbərlər

Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin şəkildə artıb
Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
YAP-ın rayon təşkilatının sədri vəfat etdi
Sabahın hava proqnozu AÇIQLANDI
190 manat yenidən veriləcəkak
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı işçi qrup yaradılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən küləkli hava ilə bağlı XƏBƏRDARLIQ
“Abidin Fərzəliyevin qanunsuz əməllərinin qurbanına çevrilmişəm”
Nazir əvəzi Şirəliyevdən qalma müavinlərə İNANMIR...
Bur tibb ocağı yox, qəssabxana imiş... - GİLEY
""Space"də oğlumu şəhid kimi təqdim etdilər, sonra dedilər ki, intihar edib" — FOTOREPORTAJ
Ermənistan millisindən biabırçı məğlubiyyət: Qapılarında 10 qol gördülər
Tural Abbaslı dənizi hasarlayanlara OD PÜSKÜRDÜ: -
Azərbaycanda vəzifəli şəxs vəfat etdi
“İnfiniti” və “Extra” gecə klublarının rəhbərləri saxlanıldı - VİDEO
Azərbaycanda daha 1151 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
“Neftçi” Emin Mahmudovu liqamızın ən çox qazanan yerli futbolçusu edir: Kapitan komandaya nə vaxt qoşulacaq?
Dövlət Komissiyasının katibi hospitalda olan erməni əsirlərə baş çəkdi - Fotolar
Kəmaləddin Heydərovun Bosniyadakı 40 milyon avroluq şirə zavodunun tikintisi tamamilə dayandırıla bilər
“Azərenerji” dənizdə böyük estakada tikir - VİDEO
Bakıda faciə: İşçilər öldü
Şuşada avtomobil qəzasında xəsarət alan hərbçi 13 gün sonra vəfat etdi
İlham Əliyev və Mehriban Əliyevanın Romada rəsmi qarşılanma mərasimi olub
Azərbaycanda məktəb direktoru koronavirusdan vəfat etdi
DİN: Hökməlidə hər hansı bir şəxsə qarşı fiziki təzyiq göstərilməyib
"Ərim gecə saat 4-də məni döyüb çılpaq halda küçəyə atdı" - Evdən qaçan 5 uşaq anası - FOTOLAR
Respublika Uşaq Kitabxanasında “ölü canlar“ – Büdcə necə talanır?
Bakıda tələbə qız faciəvi şəkildə öldü - FOTO
Ödənişli təhsil alanlara güzəşt ediləcək?
Vaşinqtonda atışma zamanı öldürülənlərin sayı 4-ə çatdı
{sape_links}{sape_article}