Son dəqiqə
10-05-2022, 11:02
379

Kərəm Həsənovla bağlı İLGİNC İDDİALAR... - kriminal avtoritetlə əlaqələri olub?

Kərəm Həsənovla bağlı İLGİNC İDDİALAR... -

Azərbaycanda məmuriyyətin korrupsiyaya bulaşması qeyri-adi xəbər deyil, lakin oliqarxlaşan yüksək çinli vəzifəlilərin arasında "oğru dünyası"na da qarışanların olması artıq onların cinayət və kriminal aləmə bağlantısını ortaya qoyur. Məmur dövlətin nümayəndəsidir, rəsmi şəxsdir, idarəçilikdə təmsil olunur, sual yarana bilər ki, onun "qanuni oğru"larla nə əlaqəsi var? Yəni o deməkdir ki, dövlətin adamı kriminal dünyasına baş vurub və əli "vor zakon" aləminə çatır. Bu halda mütləq şəkildə dövlətin müvafiq orqanları həmin məmurun əlaqələrini təftiş etməli, yoxlamalı, kriminal dünyasına nə kimi təsirləri olduğu, dövlətə vura biləcəyi zərər-ziyan öyrənilməlidir.

Xəbərtv.info Anaxeber.info-ya istinadən bildirir ki, bu günlərdə Xural.tv rəhbəri Əvəz Zeynallının Azad Söz kanalında açıqladığı dəhşətli fakt bu mövzunu gündəmə gətirib və böyük müzakirələrə səbəb olub. Ə. Zeynallının sözlərinə görə "lotu Quli" adı ilə tanınan mərhum kriminal avtoritet Nadir Səlifovu hələ həbsdə olduğu dövrdən tanıyır və o zaman münasibətləri yaranıb.

Ə. Zeynallı bildirib ki, "lotu Quli" ona bir məqalənin silinməsini xahiş edib. Jurnalist də cavabında deyib ki, kriminal avtoritet insana bir dəfə zəng edər və təbii ki, Ə. Zeynallı bu müraciəti hörmət-xətirlə qarşılayıb. Məlum olub ki, N.Səlifov ondan hazırda Prezidentin köməkçisi Kərəm Həsənovla bağlı gedən məqalə haqda xahiş edib. Ə. Zeynallı bunun səbəbini soruşanda "lotu Quli" deyib ki, Kərəm Həsənovla dostluq münasibətləri var. Jurnalistin bu çıxışı sosial mediada partlayış yaradıb. Təsəvvür edin ki, Prezidentin köməkçisi Kərəm Həsənov barəsində gedən yazıya görə nə Administrasiyanın ictimai - siyasi şöbəsinə, nə Mətbuat Şurasına demir, birbaşa kriminal avtoritetdən məsələnin həllini xahiş edir. Qəribədir, K. Həsənov dövlət rəhbərinin köməkçisi olduğu halda nə üçün özü haqda yazını "lotu Quli" vasitəsi ilə sildirmək istəyib? Prezidentin köməkçisinin "vor zakon" aləmi ilə nə kimi əlaqəsi var? Dövlətin önəmli fiqurlarından biri kriminal aləmə möhtacdırsa, "lotu Quli"yə ağız açırsa, deməli, çox ciddi bir boşluq və problem mövcuddur. Üstəlik, K. Həsənovun indi də N. Səlifovun çevrəsi ilə əlaqələri araşdırılmalıdır. Onun qətlindən sonra adamları hələ də var və dövlət məmurunun bağlantısı yoxlanılmalıdır. Yeri gəlmişkən, "lotu Quli" elə K.Həsənova məxsus olduğu deyilən Antalyadakı "Alva Donna" otelində qətlə yetirilib. Bu da maraq doğurur ki, niyə məhz K. Həsənova aid oteldə imiş və orada öldürülüb? Deməli, Ə. Zeynallının dediyi kimi, K. Həsənovun kriminal avtoritetlə əlaqələri olub. Əks halda ondan yazını sildirməyi istəməzdi. Bundan əlavə, Ə.Zeynallı qeyd edib ki, K. Həsənova aid "Alva Donna" otelinə azərbaycanlılar buraxılmır. Səbəbi bilinməsə də, çox təhqiramiz münasibətdir. Öz həmvətənlərini Türkiyədəki otelinə buraxmayan bir məmur elə yalnız kriminal aləmlə əlaqə qura bilər. Hər halda dövlət rəhbərliyinin ətrafında belə qalmaqallı məmurun olması yaxşı hal deyil. Hərçənd Kərəm Həsənov Mətbuat Şurası vasitəsi ilə də yazı haqda xahiş edə bilərdi, bunun üçün "lotu Quli"yə demək suallar doğurur. Ümumiyyətlə, K. Həsənovun adı bir sıra skandal işlərdə keçibşə. Hələ Əmlak Komitəsi sədri olarkən MTN bandası ilə əlaqələri barədə mətbuatda geniş məlumatlar dərc olunub. Həmçinin sabiq nazir Fərhad Əliyevin istintaqı zamanı həmyerlisi Kərəm Həsənovun onun əleyhinə ifadə verdiyi iddiaları səslənib. Halbuki keçmiş nazir onun karyera yüksəlişinə dəstək olmuşdu. Bütün bunlar, indisə Əvəz Zeynallının dedikləri K. Həsənovun fəaliyyətində böyük suallar yaradır. Onu da deyək ki, adı çəkilən otel Antalyanın Serik rayonunda Boğazkent məhəlləsində yerləşir. Antalyanın ən elit və böyük təsislərindən olan otelin bir nəfər üçün tək gecəlik qiyməti 232.26 AZN-dir. Məlumatlara görə, əvvəllər Habil Nadiroğlu adlı iş adamına məxsus olan "Alva Donna Qrup” 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən "Vertex İnvestment Limited” şirkətinə satılıb.

Digər xəbərlər

4 yaşlı qızı döyərək boyunbağısını oğurladılar
Qorbaçov yaşı ilə rekorda imza atdı
Əbülfəs Qarayevin də yola salınacağı deyilir... - İDDİA
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Polis rəisinin müavini vəfat etdi: Vəzifəyə yenicə təyin olunmuşdu
Ölkədə son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb
Məşhur jurnalist Malaxov da azərbaycanlılara çağırış etdi: “Evdə qalın!”
Mustafa Babanlı HƏBSDƏN NECƏ QURTULDU...
Bakı metrosu 15 fevralda açıqlacaq?
Baş Prokurorluq: Gəncənin atəşə tutulması nəticəsində 5 nəfər həlak olub
Günün qoroskopu - 04.12.2019
Bu kəndlər də işğaldan azad edildi
Nərminin qətli ilə bağlı sensasion SƏS YAZISI YAYILDI - Qatil ODUR (AUDİO)
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Ayaz Mütəllibov dünyasını dəyişdi
“Aman ayrılıq” əbədi həsrət gətirdi: “Hər gün o mahnını oxuyurdu, fərqinə varmırdım ki...” - VİDEOREPORTAJ
Bu ölkə Azərbaycana pulsuz vaksin göndərir
Vətəndaş özünü yandırdı
May ayının birdəfəlik ödənişinə başlandı
Prezident internetə qoyulan məhdudiyyətdən danışdı
Bakıdakı dəhşətli qəza ilə bağlı bəzi məqamlar üzə çıxdı - - VİDEO
Prezident Bakıdakı Qarabağ yürüşündən danışdı
Hansı məhbuslar əfv olunacaq?– Komissiya üzvü AÇIQLADI
Nikol Paşiyan: “Bəyanatı imzalamaqdan başqa çıxış yolu yox idi”
Ramil İsmayılov Quba rayon İcra başçısı olacaq?
Bakıda idman arenasında 16 yaşlı gənc qətlə yetirildi
Bakıda DƏHŞƏT: Oğul anasını öldürdü
Kəmaləddin Heydərov Qəbələdəki yanğın yerinə getdi - VİDEO
İcra başçısı şöbə müdirini işdən çıxardı
Magistraturaya sınaq imtahanının nəticələri açıqlandı
{sape_links}{sape_article}