Son dəqiqə
12-05-2022, 11:57
290

Bakıda dizel limitlə satılır?

Bakıda dizel limitlə satılır?

Dünən axşam saatlarında Bakıdakı yanacaq doldurma məntəqələrində dizel satışına məhdudiyyət qoyulması ilə bağlı məlumat yayılıb.

Sürücülərin bildirdiyinə görə, "Azpetrol" yanacaqdoldurma məntəqəsindən başqa, digər YDM-lərdə dizel limitlə satılıb.

Qeyd edilib ki, buna səbəb Neft Emalı Zavodunda aparılan təmir işləridir.

Məsələ ilə bağlı “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib ki, hazırda bu sahədə hansısa problem yoxdur:

"Hazırda "SOCAR" brendli yanacaqdoldurma məntəqələrində dizel yanacağının satışı ilə bağlı heç bir çətinlik yoxdur. Qeyd olunan yanacaq növünün satışı fasiləsiz olaraq həyata keçirilir".

Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) istehsal gücünün artırılması, respublikanın “AVRO-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, ətraf mühitə təsirlərin minimuma endirilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri həyata keçirilir.

Bu səbəbdən 4 aprel 2022-ci il tarixdən etibarən “NEZ” əsaslı planlı təmirə dayandırılıb. 2022-ci ilin əsaslı təmiri NEZ-də uzun müddətli (bir ildən çox) fasilədən sonra həyata keçirilir, işlər həcminə və mürəkkəbliyinə görə əvvəlki illərin təmir işlərindən kəskin fərqlənir. Təmirə dayanma zamanı SOCAR və kənar təşkilatlardan 2000-dən çox işçi qüvvəsi cəlb ediləcək.

Əsaslı təmir müddəti ərzində respublikanın müvafiq mühərrik yanacaqları ilə fasiləsiz təmin olunması üçün SOCAR tərəfindən lazımi tədbirlər görülüb. Belə ki, NEZ-in strukturuna daxil olan keçmiş “Azərneftyağ” NEZ-in bir sıra qurğuları istismarını davam etdirəcək və müəyyən həcmdə kerosin, dizel və benzin istehsal olunacaq. Həmçinin ölkənin dizel və kerosin yanacaqlarına olan tələbatı NEZ-də formalaşdırılmış ehtiyatlar hesabına təmin ediləcək.(modern.az)

Xəbərtv.info

Digər xəbərlər

Avqustda hava necə olacaq?
Bu əsgərimiz iki silahdaşı ilə birgə 7 düşmən tankını məhv edib
Bakıda qardaş qardaşını öldürdü
Nəcməddin Sadıkovun yaxın adamı ilə bağlı hökmdən protest verildi
Səlim Müslümov həbs edildi - RƏSMİ
Qarabağ ermənisinin pasportunda doğum yeri Azərbaycan yazılıb
Laçında keçirilən Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb -
Bakıda evini kirayə verən şəxs dəhşət yaşadı
FHN əməkdaşı beynəlxalq yarışda gümüş medal qazanıb -
Putin: “Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub"
Azərbaycanda bu həftəsonu 3 gün iş olmayacaq
Gülsarə İmanovanın kimliyi bəlli oldu- Zəngilanın məhkəmə sədri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuryevnanın sifarişlərini yerinə yetirir…
Xaçmaz sakini qayınana və qaynatasını güllələdi
Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi işdən çıxarıldı
Gələn həftədən metro da işləməyəcək
Azərbaycanlı qadın polisdən qaçmaq istəyərkən ayağını qırdı
"Tender kralı“ Hacı Ramazan yeni fabrik tikdirir? - İLGİNC
Braziliya-Argentina matçında qalmaqal - Oyun dayandı+Video
Prezident İlham Əliyevlə “Microsoft” şirkətinin vitse-prezidenti arasında videokonfrans keçirilib
Damla xeyriyyə tədbirindən imtina etdi: “Dedi ki, mən elə yerlərə getmirəm” - VİDEO
"Sosial şəbəkələrdə yayılanlar düşmən dəyirmanına su tökməkdir”
İş adamının oğlunu qaçırıb 500 min tələb etdilər
Professor SOCAR-a "yaxşı" qiymətini verdi
Koronavirus fürsətçilərinin sarımsaq böhranı - VİDEO
İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib
Nazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı yeni qərar
Kəbirə Məmmədova Nəsib və Suğra Daşdəmirovları intihar həddinə çatdırıb: Prezidentə müraciət
Abel Məhərrəmovun restoranı və 20 şəxs cəzalandırıldı
Sabaha olan hava proqnozu açıqlandı: Dəyişkən buludlu olacaq
Ramil Usubovun oğluna yeni vəzifə verildi
{sape_links}{sape_article}