Son dəqiqə
13-05-2022, 11:12
263

Orxan Fikrətoğlu təyinatından yazdı: “İcazə verin, bütün sahələri salavatlayaq”

Orxan Fikrətoğlu təyinatından yazdı: “İcazə verin, bütün sahələri salavatlayaq”

Dünən Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib və bu vəzifəyə tanınmış teleaparıcı Orxan Fikrətoğlu təyin edilib.

O, təyinatı ilə bağlı özünün “Facebook” hesabında açıqlama yayıb:

“Mən həm Dövlət Turizm Agentliyinə, həm Tahir Əmiraslanova milli irs zəminində yardım etmək fikrindəyəm. Tarixi, diplomatik və siyasi sahədə, əlbəttə ki! Buna ehtiyac var.

Kulinariya ancaq yemək demək deyil. Milli mədəniyyətin bir qoludur və dövlətin yumşaq siyasət yürütdüyü mühüm sahədir. Həyatına hirsli olanların, borcu-zadı olanların, ömürləri boyu gündəmdən kənarda qalanların mənim bu müvəqqəti seçimimlə bağlı ağızdolusu danışmaları əslində gözlənilən idi.

Azərbaycanın bir çox sahələrində intibaha ehtiyac var. Milli kulinariyanın digital formatda yeni TV variantda təqdimatı bütün dünyaya çıxarılacaq. Bu sahənin təhsil mexanizmi, nəhayət ki, qurulacaq. İctimai nəzarət mexanizmləri, şəffaflıq təmin ediləcək. Kulinariya bir çoxlarının fikrində, deyəsən, bozbaşxana kimi şəkillənib. Mən Dövlət Turizm Agentliyinə bu stereotipi dağıtmaqda Tahir Əmiraslanov və digərləri ilə birlikdə kömək edirəm.

Tahir Əmiraslanov hələ də Milli Kulinariya Mərkəzi Assosiasiyasının rəhbəridir. Mən də hər gün İTV-də verilişimi aparıram.

Beşinci kolona xidmət edən, Azərbaycanın inkişafında maraqlı olmayan bəzi boşboğazlara isə “Facebook”da dövlətini və məni sevənlər cavab verirlər. Sakit olun. Mən yemək bişirməyəcəyəm. Heç xəstəliyim səbəbindən yeyə də bilməyəcəm. Əlbəttə ki, kulinariya mənim sahəm deyil. Amma bir vaxtlar kino və TV də mənim sahəm deyildi. Sonralar oldu.

Bacarırsınızsa, bu sahədə bizə kömək edin. Bacarmırsınızsa, kasada qurd axtarmayın. İcazə verin, bütün sahələri salavatlayaq”.

Xəbərtv.info

Digər xəbərlər

Bakıda kütləvi dava olub
Sahibə Qafarova Macarıstana getdi
MN: Ermənistan ərazisinin atəşə tutulması xəbəri düşmənin növbəti təxribatıdır
Rafael Dadaşovun xəstəxanadan görüntüsü
Qarayevin dağıdığıcı tamahı, rüşvət piramidası... - Deputatdan naziri bitirəcək yazı
İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib -
Daha üç yaşayış məntəqəsi atəşə tutuldu
Özünə başdaşı düzəltdirən kişi həmin daşla küçəni gəzdi - FOTO
Azərbaycanda bir gündə 167 nəfər COVID-19-dan sağalıb, 124 nəfər yoluxub, 2 nəfər vəfat edib
Rüşvətlə əsgərləri arxa cəbhəyə keçirən polkovnik saxlanıldı
Gəncəyə leysan yağdı - VİDEO
Zəngilandan 301 milyon manat qanunsuz gəlir əldə edən isveçrəlilər beynəlxalq axtarışa verildi
Allahşükür Paşazadə: “Mixail Qorbaçov cəzasını almalıdır”
Sabah hava çiskinli olacaq
Xocavənd istiqamətində düşmənin yüksək vəzifəli şəxsləri məhv edildi - VİDEO
Bakıda Zəfər atəşfəşanlığı - VİDEO
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır
“Barselona” iki məşhur futbolçusunu sata bilər
19 yaşlı ananın körpəsi həkim səhlənkarlığından öldü
İlham Əliyev: “Sülhməramlılar mərkəzində Rusiya və Türkiyə zabitləri  fəaliyyət göstərəcək”
Qarabağda cəsədlərin dəyişdirilməsinə başlanılıb
Elmar Məmmədyarovun kadrları niyə “evdə oturub” istintaqın sonunu gözləyir? - İLGİNC
ABŞ-ın birinci xanımının aparat rəhbəri toqquşmalara görə istefa verdi
Bakının bu ərazisində su olmayacaq
Bakıda səkkiz nəfər yıxılaraq xəsarət alıb
Azərbaycanda I dərəcə müddətsiz əlillik təyin olunan 2127 nəfər barəsində araşdırma aparılıb
Müdafiə Nazirliyi Türkiyə - Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimindən görüntülər paylaşdı - VİDEO
Şəhid və qazi ailələrinə “YAŞAT kart” veriləcək
Gəncədə xilasetmə işləri yekunlaşdı
İdman zalları niyə açılmır? - VİDEO
{sape_links}{sape_article}