Son dəqiqə
13-05-2022, 13:36
275

Mədəniyyət Nazirliyi 400 min vəsaiti NECƏ GÖYƏ SOVURUB?

Mədəniyyət Nazirliyi 400 min vəsaiti NECƏ GÖYƏ SOVURUB?

2018-ci ilin prezident seçkilərindən sonra inaqurasiya çıxışı zamanı Prezident İlham Əliyev bəyan etdi ki, daha heç nə əvvəlki olmayacaq. Bununla da hakimiyyətin bütün qollarını – icraedici, qanunverici, məhkəmə sahələrini əhatə edən kompleks islahatlar prosesinin əsası qoyuldu.

Dövlət başçısının da bəyan etdiyi kimi, instusional islahatların əsas məqsədi idarəetməyə yeni nəfəs gətirmək, şəffaflığa nail olmaq, müasir dövrün çağırşları ilə ayaqlaşmaqdır. Təsadüfi deyil ki, son dörd ildə bir çox məmurlar vəzifələrindən azad edilərək, yeniləri ilə əvəz olundular. Bundan sonra cəmiyyətdə ciddi dəyişikliklərin və yeniliklərin olacağına böyük ümidlər yaransa da, bir çox hallarda bu gözləntilər özünü doğrultmadı.

Prezident İlham Əliyevin ilin əvvəlində yerli televiziyalara müsahibəsi zamanı söylədiyi fikirlər də bunun bariz nümunəsidir.

SİTAT: – Azərbaycan ictimaiyyəti görür ki, çox ciddi kadr islahatları həyata keçirilib. Hakimiyyətin demək olar ki, bütün qollarında ciddi kadr islahatları aparılıb. Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq böyük dərəcədə ciddi kadr dəyişikliyi baş verib və bu, hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq. Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə səbəb olmur. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır – SİTATın sonu.

Mədəniyyət Nazirliyində baş verənlər, dövlət sifarişlərini təyinatı üzrə xərcləmədiyi barədə səslənən idddialar bir daha sübut edir ki, ya bəzi yeni nazirlər sələflərinin yolu ilə gedir, ya da idarəetmədə buraxdığı boşluqlar səbəbindən baş verənlərdən xəbərsizdirlər.

Mədəniyyət Nazirliyi tərəfindən hüquqlarının pozulduğunu bildirən “Balta” animasiyasının prodüseri Nicat Manafovun sözlərinə görə, nazirlik animasiya xidmətləri üzrə “dövlət satınalması” həyata keçirib. Qanuna müvafiq olaraq bunun üçün tender müsabiqəsi təşkil edilməli olsa da, bundan imtina edilib. Nazirlik dədə-baba qaydası, centlmen sazişi ilə bu layihəni həyata keçirməyi “AzanFilm”ə həvaləedib. Sonradan isə onlar bundan imtina edirlər. İddialara görə, şirkətin bundan imtina etməsinin əsas səbəbi ayrılan vəsaitin nazirlik rəsmiləri ilə bölüşdürülməsi tələbi olub. “AzanFilm”in imtinasından sonra yeni bir animasiya şirkəti peyda olub və “dövlət sifarişi” ona yönəldilib.

Ən dəhşətlisi isə odur ki, bu məqsədlə 400 min manat vəsait ayrılan şirkətin nə animatoru, nə də animasiya sahəsində ixtisaslaşmış kadrı yoxdur. Üzərinə “ağır yük” qoyulduğunun fərqinə varan “Salnamə” başlayıb elanla animator və animasiya mütəxəssisi axtarışına. Hansı ki, bunu nazirlik də həyata keçirə bilərdi. “Dövlət satınalmaları haqqında” qanuna müvafiq olaraq ona görə tender tələbi qoyulur ki, dövlət vəsaitləri mənimslənilməsin və ortaya normal iş qoyulsun. Beləcə işin bir ucu gəlib çıxır “Qarınqulu” adlı animasiya layihəsinə ayrılan vəsaitin yoxa çıxmasına.

Ortaya haqlı suallar çıxır. “Qarınqulu” animasiya layihəsinə bu qədər vəsait ayırmağa dəyərdimi və bu cəmiyyətə nə verəcək? Dövlət büdcəsindən 400 min manat vəsait yönəldilən bu layihə niyə tendersiz verilib və Dövlət satınalmaları haqqında” qanunun tələbləri niyə pozulub? “Salnamə” studiyasının bunu icra edəcək komandası yoxdursa, niyə onun üzərində dayanılıb? Ortada hansı qaranlıq məqamlar olub ki, animasiya studiyası olan “AzanFilm” bu layihədən niyə imtina edib?

N.Manafov deyir ki, bu Mədəniyyət Nazirliyinin fəaliyyətində ilk belə “təcrübə”deyil: “Bu, mədəniyyət cameəsi üçün nə ilkdir, nə də son. Lakin bir məsələ də var ki, rəqabət şəraiti olmadan keyfiyyətli ekran əsərlərinin ərsəyə gəlməsi mümkün deyil. Mədəniyyət Nazirliyinin Audiovizual və İnteraktiv Media şöbəsinin rəhbəri Rüfət Həsənovun bu layihə ilə əlaqəli mənimlə bir neçə dəfə “kofeşop”da qeyri-rəsmi görüş keçirib. Ona ünvanladığım “Niyə bu layihə tendersiz verilib, niyə başqa animatorlar və şirkətlər dəvət olunmayıb” sualına isə tutarlı cavab ala bilməmişəm. Digər cavabını tapa bilmədiyim sual isə Rüfət Həsənovun bu layihədəki marağıdır.” – deyə prodüser bildirir.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinə məsələ ilə bağlı sorğu ilə müraciət edilsə də, Nazirliyin rəsmisi məsələnin mübahisəli olduğu üçün cavab verə bilməyəcəklərini bildirdi.

Etibarlı mənbədən aldığımız məlumata görə, Rüfət Həsənov bir neçə gün öncə dövlət başçısının sərəncamı ilə yaradılan Azərbaycan Kino Agentliyinin sədri olmaq istiqamətində çalışır və artıq bu məqsədlə müəyyən dairələrlə anlaşdığı da söylənilənlər arasındadır.(hokm.az)

Xəbərtv.info

Digər xəbərlər

Həbib Nurməhəmmədov Maskı Zukerberqə qarşı hazırlaşdırmaqdan imtina edib
Sevindik Hətəmovun yüksələn karyerası - “karyer müdiri” kreslosundan uzanan bir yol...
Azərbaycanlı qardaşların milyardlarına həbs qoyuldu
Eskalatorda biabırçılıq: Qadının ətəyinin altını telefona çəkdi - foto
G7 Rusiyanı zəiflətmək üçün yeni sanksiyalar tətbiq edəcək
Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO
KİV: Ermənistan müdafiə naziri istefa verib
Sabirabadda ağır qəza: 1 nəfər öldü, 2 nəfər yaralandı
Prezident İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü olub -
Azərbaycanda koronavirusa daha 542 yeni yoluxma, 9 ölüm
Kərim Babayevin bazarlarına görə gərgin vəziyyət
Naxçıvan istiqamətində düşmən PUA-sı məhv edildi
Azərbaycan tərəfinin hücum cəhdi olmayıb
Bələdiyyə sədrinə cinayət işi başlanıldı
Ukrayna artıq ABŞ-dan ən mükəmməl kəşfiyyat-zərbə PUA-nın ilk partiyasını aldı -
Bakıda ər arvadını moteldə qətlə yetirdi
Mərdəkanda yerləşən "Tandirloin" restoranında müştəriyə qarşı soyğunçuluq - Hər adama 30 manatlıq sifariş verməlisiz
DYP əhaliyə müraciət etdi: Terror və təxribatlar törədilməsi ehtimalı ilə bağlı...
MN-dən ermənilərin yaydığı video ilə bağlı AÇIQLAMA
Arda Turan koronavirusa yoluxub
Baş Nazir qərarı təsdiqlədi - Dərslər bu formada keçiriləcək
Azərbaycanda radikal partiya rəhbərləri 20 Yanvar hüzn izdihamını da siyasiləşdirməyə cəhd etdilər
Birinci MDB Oyunları başa çatıb
Türkiyədə benzin UCUZLAŞDI
Şəmkirdə “Aşura” mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Xalq artisti Ramiz Əzizbəyli vəfat edib
“Polad Həşimovun məzarına gül qoymaq istəyirdi, özü də onun yanında dəfn olundu” - VİDEO
Əli Həsənov bu vəzifəsini də itirdi
Mərziyyə Ramazanova 123 saylı dövlət baxçasını özəlləşdirib?
Gələn il pensiya yaşı belə olacaq (CƏDVƏL)
{sape_links}{sape_article}