Son dəqiqə
16-05-2022, 14:40
618

İTV “Avroviziya-2022”dəki səsvermə ilə bağlı məlumat yayıb

İTV “Avroviziya-2022”dəki səsvermə ilə bağlı məlumat yayıb

İTV “Avroviziya-2022”dəki səsvermə ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir:

“Avroviziya-2022” mahnı müsabiqəsinin final mərhələsi zamanı baş verənlər və ondan sonra verilmiş qərarlar Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətində təəssüflə qarşılanıb.

Bəyan edirik ki, biz müsabiqə təşkilatçılarına azərbaycanlı münsiflərin səs verdikləri ölkələrin adlarını göndərmişdik. Həmin siyahıya əsasən, 12 bal Ukraynaya verilmişdi. Yarış təşkilatçıları buna cavab olaraq, İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndələrindən final şousunun sonunda heç bir səbəb gətirmədən israrla başqa nəticələrin açıqlanmasını istəyiblər. Biz bu istəyi qətiyyətlə rədd etmişik. Dərhal təşkilatçılara sorğu xarakterli rəsmi məktub göndərilib və canlı yayımda onlardan alınan nəticələrin deyil, bizim jürinin səslərini açıqlayacağımızı, bu məsələni isə ictimailəşdirəcəyimizi bildirmişik.

Yalnız bundan sonra bizə cümə axşamı keçirilən yarımfinal mərhələsi zamanı altı ölkənin, o cümlədən Azərbaycanın səsləri ilə bağlı müəyyən “qəribəliyin” olduğu barədə məlumat verildi.

Qeyd edək ki, bu “qəribəlik”lə bağlı bizə cümə axşamından şənbə günü finalın sonuna qədər heç bir məlumat verilməyib, hansısa “sübutlar” indiyə qədər təqdim olunmayıb.

Yayım zamanı İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndəsi Azərbaycanda münsiflərin səsverməsinin nəticələrini elan etməyə tam hazır olmasına baxmayaraq, yarış təşkilatçıları Bakıya bağlanmayıb, bizim adımızdan öz nəticələrini elan ediblər. Bu prosesin Bakıdan aparılmaması isə texniki problemlərlə əlaqələndirilib.

Halbuki bizdə səslərin canlı yayımda elan olunması üçün heç bir texniki problem yox idi. Bir daha vurğulayırıq ki, biz təşkilatçılara İctimai Televiziyanın adından səsləri elan etməyə heç bir hüquq verməmişik.

Biz bu məsələ ilə bağlı rəsmi cavab gözləyirik və ondan asılı olaraq növbəti addımlar atmağı planlaşdırırıq. Ümid edirik ki, yaranmış vəziyyət tezliklə ədalətin qorunması şərtilə çözüləcək.

Xəbərtv.info

Digər xəbərlər

Azərbaycanda şok!Quşçuluq broylerində qadınları cinsi istismara məruz qoyurlar?
Pakistanda sərnişinlə dolu avtobus çaya düşdü
Azərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir - VİDEO
Bakıda polisdən film kimi qaçış
İki eksperiza, iki müxtəlif rəy... - Buna nə ad vermək olar?..
İcra hakimiyyətinin saxlanılan əməkdaşının oğlu da yüksək vəzifəli şəxs imiş (ÖZƏL)
“Qarabağ tarixi” dərsliyinin adı dəyişdiriləcək
Eldar Əzizov nazir postuna gətirilir
Bakıda obyektdən oğurluq edən şəxs "iş başında" saxlanıldı -
Neymar koronavirusa yoluxdu
Bakıdakı Avropa çempionatı azarkeşsiz keçiriləcək
Xanım iş adamından Bakı Şəhər Nizami Rayon Məhkəməsinin hakimləri, eləcə də məhkəmə icrasçısı haqda ŞOK İDDİA
Rasim Balayevin doğum günüdür
Qadın toyuq almağı unudan ərini bıçaqlayaraq öldürdü - Çində qətl
İki karateçimiz Avropa çempionu oldu
Paşinyan xarici işlər naziri Ara Ayvazyanı vəzifəsindən azad etmək istəyir
Ledi Qaqanın köməkçisini öldürüb itlərini oğurladılar
Bir anda tapıldı - çox az sayda qalıb/ FOTOLAR
Kim Çen In: “Xarici dünya ilə əlaqələrimizi genişləndirməliyik”
Azərbaycanda bir gündə 2104 nəfər COVID-19-dan sağalıb, 1213 nəfər yoluxub, 21 nəfər vəfat edib
Dövlət qulluqçularının peşə bayramı günüdür
Artur Rasizadə hələ də komissiya sədridir
ABŞ-ın birinci xanımının aparat rəhbəri toqquşmalara görə istefa verdi
MN: “Ermənistan öz itkilərini gizlətmək üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir”
Siyəzəndə məmurun ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI... - VİDEO
Xankəndi yaxınlığında yenidən atışma səsləri eşidilib
Putinin son çıxışının Azərbaycan üçün müsbət çalarları - ŞƏRH
İşğaldan azad olunmuş ərazilərə gedənlərin NƏZƏRİNƏ - XƏBƏRDARLIQ
Hollandiyadan gələn azərbaycanlı qız canlı yayımda Kəlimeyi-şəhadət gətirərək müsəlman oldu — VİDEO
Parlament seçkilərində "Bakı qırğını" ƏN MARAQLI DAİRƏLƏR – VİDEO