Son dəqiqə
17-05-2022, 12:24
571

Sabunçu RİH-nin başçısına qarşı münasibətdə “sular durulmağa” başlayır

Sabunçu RİH-nin başçısına qarşı münasibətdə “sular durulmağa” başlayır

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlar zamanı itkin düşən, yaxud da qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslər nəzərdə tutulur.

Sabunçu RİH-nin başçısına qarşı münasibətdə “sular durulmağa” başlayır
Qeyd edək ki, 03 sentyabr 1993-cü ildə ulu öndər Heydər Əliyev “Şəhid adının əbədləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər” haqqında Azərbaycan Respublikasının Qanunu imzalayıb. Bu Qanunun 1-ci maddəsində şəhid ailəsi üzvlərinin hansı şəxslərə şamil olunduğu, 5-ci maddəsində şəhid və şəhid ailələrinin məsələ və problemləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının məşğul olduqları qeyd olunub. Bundan əlavə, adı çəkilən bu dövlət qurumlarının şəhid ailələrinə tibbi və sosial xidmətlərin göstərilməsi, mənzil tikintisi, təsərrüfatla məşğul olmaq üçün torpaq sahələrinin ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardımların göstərilməsi və s. kimi məsələləri də, qarşılıqlı əlaqə şəraitində həll etdikləri vurğulanır.

Qeyd edəcəyimiz olay şəhid ailəsinin üzvü ilə bağlı olduğundan, baş verənlər haqda müəyyən düşüncələrimizi, fərdi yanaşmamızın varlığını hər kəslə bölüşməyi özümüz üçün borc bildik. Yəni, onu bildirmək istəyirik ki, 13 may 2022-ci il tarixdə bir çox media qurumlarında, əksər sosial şəbəkə istifadəçilərinin paylaşımlarında və s. Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olan, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunan gizir Sübhan Mahir oğlu Abdurahmanlının anası Mehriban Abdurahmanlının, Sabunçu rayonu, Ramanı qəsəbəsi ərazisində inşaasını həyata keçirmək istədiyi tikilinin RİH-nin başçısı Adil Vəliyevin verdiyi tapşırıqlar əsasında uçurdulması, sanki qısa zaman kəsiyində ölkə gündəmini zəbt edən əsas mövzulardan birinə çevrildi. Düzdür, belə bir addımın atıldığı ilk günlərdə əsas hədəf Sabunçu RİH-nin başçısı Adil Vəliyev oldu. Buna da əsas səbəb, media qurumlarından bir neçəsinin məsələyə qərəzli prizmadan yanaşmaları oldusa, bir neçəsinin isə məsələnin əsl mahiyyəti haqda məlumatsız olmaları oldu. Fakt ondan ibarətdir ki, günlər keçdikcə “sular durulmağa” başladı və bu da nəticə etibarilə problemin əsl mahiyyəti haqda tam əksəriyyətin məlumatlı olmasına səbəb oldu. Yəni, bəlli oldu ki, şəhid anası Mehriban Əbdülrəhmanova ərazidə “makler”lik fəaliyyəti ilə məşğul olan Amil Əliyev adlı şəxsin “toruna düşür” və qeyd olunan tikili şəhidin anasına deyil, məhz bir şəxsin özünə məxsusdur. Bundan əlavə, həmin tikilinin inşaası xeyli müddət bundan öncə RİH və aidiyyatı üzrə digər dövlət qurumları tərəfindən dayandırılıbmış. Yəni, köhnə tikilini başa çatdırmaq istəyinə düşən Amil Əliyev, bu yöndə niyyətini “çin etmək” üçün çox götür-qoy edir və daha sonra o, şəhid ailəsi üzvünə verilmiş imtiyazlardan yararlanmaq qərarına gəlir. Hətta, yayılan şifahi məlumatlarda o da qeyd olunur ki, yarımçıq qalmış tikilini başa çatdırmaq üçün Amil Əliyev şəhidin anasına 1000 manat məbləğində pul da verir.
Bundan əlavə, müəyyən çevrədə belə bir söz-söhbət də dolaşır ki, şəhid ailəsi üzvünə verilmiş imtiyazlarından yararlanmaq istəyinə düşən Amil Əliyev, heç bir sənədi olmayan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ev yox, məhz qeyri-yaşayış sahəsi - obyekti inşa etmək qərarında olur. Yaşanan olayla bağlı Sabunçu RİH-i başçısının Ramanı qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanov, bəzi media qurumlarına verdiyi açıqlamasında bildirdi ki, “Mehriban Abdurahmanlı Amil Əliyev adlı şəxsin “toruna düşür” və şəhid anası bir neçə dəfə İcra Başçısının qəbulunda olub. Hər dəfə ona izah olunub ki, qeyd olunan ərazi Abşeron rayonuna məxsusdur və kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Hətta, şəhid anasına o da bildirilir ki, qanuni sənədləri olan torpaq sahəsində tikinti işləri aparasa, o halda RİH tərəfindən ona lazımi köməklik də göstəriləcək. Bu yöndə verilən tövsiyyə və açıqlamalara baxmayaraq, Mehriban Abdurahmanlı tikinti işlərini həyata keçirmək qərarına gəlir. Əgər hansısa şəxs dövlətin qayğısından, şəhid ailəsi üzvlərinə verilmiş imtiyazlardan sui-istifadə etmək istəyinə düşürsə, bu heç cür yolverilməzdir və biz belə işlərə hansısa formada göz yuma bilmərik. Onu da qeyd edim ki, bu gün hər bir şəhid ailəsinin üzvü dövlətimiz tərəfindən lazımi qayğı ilə əhatə olunub və onlar bizim başımızın tacıdırlar. Məsələn, çoxsaylı təminatlardan biri olaraq 17 sentyabr 2021-ci il tarixdə şəhid anası Mehriban Abdurahmanlıgilin ailəsinə dövlət tərəfindən Ramanı qəsəbəsindəki “Yeni Yaşayış Kompleksi”ndə 3 otaqlı mənzil verilib, “YAŞAT” Fondundan 8190 manat məbləğində maddi yardım göstərilib. Biz möhtərəm Prezidentin verdiyi tapşırıqlar əsasında ərazidə yaşayan hər bir şəhid ailəsinin üzvləri ilə, qazilərlə, veteranlarla maraqlanırıq, onların məsələ və problemlərinə dayaq oluruq, lazımi köməkliyimizi göstəririk”.
Yəqin ki, belə bir açıqlamalardan sonra yaşanan olayın mahiyyəti, atılan hər bir addımın incəlikləri və s. hər kəsə güntəki aydın olacaq. Düşünürük ki, günlər keçdikcə Sabunçu RİH-nin başçısı Adil Vəliyevlə bağlı hər kəsin düşüncəsində formalaşmış ictimai münasibət kökündən dəyişəcək. Çünki, əsl həqiqətlər daha geniş çevrəyə məlum olmaqdadır. Bəli, bu gün reallıq ondan ibarətdir ki, qeyd olunan torpaq sahəsi şəhid anası Mehriban Abdurahmanlıya aid deyil və RİH olayla bağlı konkret mövqeyini ortaya qoyub. Yəni, şəhid anası özünəməxsus torpaq sahəsində tikinti işləri apararsa, o halda RİH tərəfindən ona lazımi köməkliyin göstəriləcəyi dilə gətirilib. Qaldı ki, Amil Əliyev adlı şəxsin maraqlarının təmin olunması yöndə atdığı addımlara, yəni şəhis anası Mehriban Abdurahmanlını önə verməsinə, bu da hər kəs tərəfindən qınanılmalıdır. Çünki, bu cür əməllər qəbuledilməzdir. Digər tərəfdən, daha yaxşı hal o olar ki, hər bir şəhid aliləsinin üzvü, o cümlədən Mehriban Abdurahmanlı da, məhz bu kimi həssas məsələlərdə diqqətli olmalı və şəhid adının, şəhid ruhunun müqəddəsliyinin qorunmasına çalışmalıdır. Çünki, hər bir şəhidin adı, hər bir şəhidin ruhu bizim üçün ucadır, ucadan da ucadır, əlçatmazdır! Odur ki, hər birimiz bu müqəddəsliyi qoruyub saxlamağa çalışmalı, heç zaman şəhid adından, şəhid ruhundan hansısa marağın təmin olunmasın yöndə istifadə etməməliyik.

Xəbərtv.info

Digər xəbərlər

Moskvada azərbaycanlının öldürülmə anı - ANBAAN VİDEO
Yaponiyada yenidən rekord yoluxma qeydə alındı
Fransanın Mərakeşdəki baş konsulu intihar edib
Bağlanan banklardakı pullar nə vaxt qaytarılacaq?
Prezident Dövlət Komitəsinin əməkdaşlarını təltif etdi - SƏRƏNCAM
Lavrov Azərbaycan və Ermənistanın XİN rəhbərlərinə zəng etdi
Səlim Müslümovun yüksək vəzifə tutan qohumu işdən çıxarıldı - FOTO
Bədəndə yağları əridən meyvə
Azərbaycanda daha bir müəssisədə tibbi spirt istehsalına başlandı - FOTO
Vilyam Hacıyevin həbs müddəti uzadıldı
İlham Əliyev beynəlxalq tədbirdə çıxış edəcək
Rəqibin əsəbləri ilə oynadı: Komandasını dünya çempionatına daşıdı -
Ermənistan müxalifəti ümumermənistan tətili elan etdi
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ
Neftin qiyməti artır
Nazirlikdən məktəblərin yenidən bağlanması ilə bağlı AÇIQLAMA
"Zirə" komandasında yeni təyinat olub
Sumqayıt Texniki Kollecdə Mətanət Pirquliyeva ilə xalası Raya Nəcəfova arasında maliyyə davası- Təhsil naziri Əmrullayev və SDU-nin rektoru Hüseynov hara baxır ?
Məcburi köçkünlərə iş imkanı
İlham Əliyev iki nəfərə fəxri ad verdi -
Baş Prokurorluq ölən və yaralanan mülki vətəndaşların sayını açıqladı
Birinci sinfə qəbul prosesində tədris digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb
Levon Ter-Petrosyan: “Erməninin sonrakı ağlı” xəstəliyindən qurtulmaq lazımdır”
Son sutkada koronavirusdan sağalanların sayı, yoluxanların sayını iki qat üstələdi
General Rövşən Əkbərovun həbsinin şok səbəbi
Ərdoğan: "Türkiyə də Qarabağda Rusiya ilə eyni anlayış içərisində yer alacaq”
“Xocalı, Xocavənd, digər ərazilər də Azərbaycanın tam nəzarəti altına keçəcək”
Orqanizmin şəkər tələbatını qaydaya salmağa kömək edən ədviyyatlar
Azərbaycanda 200 məhkum azadlığa buraxıldı
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı: 15 nəfər vəfat edib - FOTO
{sape_links}{sape_article}