Son dəqiqə
20-05-2022, 11:37
701

DTX qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş azərbaycanlını həbs etdi

DTX qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş azərbaycanlını həbs etdi
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edib.

Bu barədə DTX-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, DTX tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri çərçivəsində daha əvvəl silahlı terror təşkilatının Türkiyə Respublikası ərazisində fəaliyyət göstərən birliklərinə üzv olma şübhəsi ilə Türkiyə ərazisində saxta pasportla Özbəkistan vətəndaşı İlyorjon İsanov kimi saxlanılaraq həbs edilib, lakin təqsiri sübuta yetirilmədiyi üçün azad edilmiş 1977-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Osmanov Akif Aydın oğlunun dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda terror aktlarının törədildiyi silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən olunub.

Başlanılmış cinayət işi üzrə aparılmış araşdırmalar nəticəsində Akif Osmanovun Suriya Ərəb Respublikasının Atma şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlər keçərək, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsəməklə dini radikalizm və dini düşmənçilik zəminində “Azəri Camaatı” adlı qanunsuz silahlı qruplaşmanın fəaliyyətində iştirak etməsi, qrup üzvləri ilə birlikdə “Şeyx Süleyman” qəsəbəsi uğrunda gedən döyüşlərə qoşularaq qəlpə yarası alması, habelə terror təşkilatı tərəfindən digər ölkələrin ərazisində sərbəst hərəkət edib cinayət məsuliyyətindən yayına bilməsi məqsədilə Özbəkistan Respublikası vətəndaşının adına saxta pasport ilə təmin olunması və həmin pasportla müxtəlif ölkələrdə olmasına dair mötəbər dəlillər əldə edilib.

Akif Osmanov şübhəli şəxs qismində tutularaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Xəbərtv.info

Digər xəbərlər

"Korrupsiya idarəsi Şabran xəstəxanasında əməliyyat keçirsin" - VİDEO
“Ziraat Bank Azərbaycan”da yenə Avni Dəmirçi sindromu yaşanır?
Azərbaycan yığmasının Rusiya ilə oyunlarının nəticələri ləğv olunub
“IDEA” paytaxtın Sabunçu rayonunda yeni “Bizim Həyət”in açılışını edib
Yasamal sakinləri səhəri belə açdı.
Gülməmmədova keçmiş MTN işçisini elə bir problemə salıb ki... -
Muxtar Babayevin diqqətinə: Qırmızı Kitaba daxil olan agaclar məhv edilib, yerində restoran tikilib -
“Ukrayna məğlub olsa, Avropa da süqut edəcək” - Zelenskidən çağırış
Ərəb şeyxinə ərə gedən Zeynəbin dramı: O haradadır?
"Polat Yol Yapı" işçilərin MAAŞINI VERMİR... - VIDEO
Daşkəsəndə 48 yaşlı kişi zəhərlənmədən öldü
Soyuqdan dondu, 6 saat sonra dirildi — nadir hadisə - fotolar
Onlar NATO-nu təhdid edir -
İki məşhur klinikanın adından yazılan 100-ə yaxın COVID-19 testi saxta çıxdı
Azərbaycanda ötən il intihar etmiş şəxslərin sayı açıqlanıb
Ceyhun Bayramov Litvanın ölkəmizdəki səfirini qəbul edib -
Gəncə DYPŞ rəisinin bu günki idarəçiliyi əksəriyyətə örnək ola bilər
“Ömür boyu pulum olmayıb, bu gün də cibim boşdur” - Siyavuş Novruzovla maraqlı MÜSAHİBƏ
Bu gün Şuşada «Xarıbülbül» musiqi festivalı başlayır
Ermənilərin sıradan çıxarılan texnikası
Səhiyyə Nazirliyi koronavirusa qarşı evdə müalicə prosesinə aydınlıq gətirib
Qaz limiti ilə bağlı mühüm - Açıqlama
Prezident: “Bilirəm ki, xalq qovmaqla bağlı sözlərimi bəyənib”
Əfqanıstandakı iflasın ardınca Bayden postsovet məkanına yönələ bilər
Koçaryan koronavirusa yoluxdu, Moskva səfəri təxirə düşdü
“Azərbaycanlı general”ın Xocavənddəki evi - VİDEOREPORTAJ
ADIF ləğv prosesində olan banklara borcu olanlara müraciət edib
Zəngilanın Cahangirbəyli kəndindən görüntülər - VİDEO
Bu il Azərbaycanda baş verən zəlzələlərin sayı açıqlanıb
Prezident xalqa müraciət etdi - TAM MƏTN
{sape_links}{sape_article}